Son xəbərlər (32)

Son xəbərlər

“Zəfərə gedən yol”

Tam da bir il öncə -27 sentyabr 2020-ci il  tarixində  Azərbaycan xalqı 44 günlük yola çıxdı.Otuz illik həsrətlə,nisgillə baxdığımız yola.Bu yol böyük bir millətin haqqıyla ,harayı ilə,igidlərinin qanı ilə,canı ilə,əzmi ,iradəsi ilə,cəsur rəhbərinin komandanlığı ilə gedilən şərəfli yol idi.Bu yol bizi evimizə -Qarabağımıza aparan yol idi.Bəli bu yol Zəfər yolu idi.Zəfər yolunda canından keçmiş,qanları ilə çağdaş dövrümüzün yeni tarixini yazmış qəhrəman şəhidlərimizi dərin hörmətlə və minnətlə anırıq.Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020 –ci ildə imzaladığı “Azərbaycan Respublikasında Anım Günün təsis edilməsi haqqında” sərəncama əsasən biz bunü günü Anım Günü kimi qeyd edirik.Biz onları anırıq-qürurumuzu dirçəldən,vətənimizi bütövləşdirən,alnımızın ləkəsini təmizləyən,sevinc hissimizi bizə qaytaran şəhidlərimizi.Müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqı 15 minə yaxın şəhid vermişdi.Birinci Qarabağ savaşında 11.557  şəhidimiz olmuşdu.Vətən müharibəsində isə 2907 igidimiz bu şərəfli zirvəyə yüksəlmişdi.8 nəfər isə itkin düşmüş hesab olunur.Azərbaycanımızın ərazi bütövlüyü ugrunda canlarından keçmiş bütün şəhidlərimizi  yad edirik.Onların ruhu qarşısında baş əyirik.Tək bir gün yox ,hər zaman onların xatirəsini anmalıyıq.Biz və bizdən sonrakı nəsillər unutmamalıdır ki,haqqında qürurla danışdığımız Zəfər tariximiz şəhid qanı ilə yazılmışdı.

Şəhidlərimizdən danışarkən kollecimizin qəhrəmanlarını yad etməyə bilmərik.Həm birinci Qarabağ savaşında,həm də və Vətən müharibəsində kollecimizin tələbə və məzunları döyüşlərdə mərdliklə vuruşmuşdular.Birinci Qarabağ savaşında kollecimizin 7 şəhidi olmuşdu.44 günlük Vətən Müharibəsində isə kollecimizin tələbə və məzunlarından 3 nəfər bu şərəfli adı qazanmışdılar.Tələbəmiz 20 yaşlı  Ağaquliyev İlkin 16 oktyabr tarixində Suqovşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.O,pülemyotçu kimi döyüşlərə qatılmış və  Murov yüksəkliyi , Talış kəndi ,Ağuçuq  kəndi,Ətyeməz kəndinin düşməndən təmizlənməsindəki döyüşlərdə iştirak etmişdi.İlkin  döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfinə keçib  kəşfiyyat məlumatlarını toplayıb geri qayıdarkən,ordumuz tərəfindən  düşmənin məhv edilmiş  və qoyub qaçdığı texnika və hərbi sursatlarında çəkilişini aparmışdı.Ölümündən sonra “Vətən uğrunda”, “Suqovşanın azad olunmasına görə”, “İgidliyə görə “medalları ilə təltif olunmuşdu.Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova da bizim məzunlarımızdandır.O, 23 oktyabr tarixində Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu.Məzunumuz Çilingir Nəbiyev də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə 27 oktyabr tarixində qəhrəmancasına şəhid olmuşdu.Ümumilikdə kollecimizin 12 tələbəsi döyüşlərdə iştirak etmiş,müxtəlif  orden və medallarla təltif olunmuşdular.Tələbələrimiz Zahir Fərəczadə,Ümid Qocayev,Həsən Məmmədov “Cəsur döyüşçü” medalı ilə,Rəhman Əzizov isə “Fizulini alınmasına görə”, “Xocavəndin alınmasına görə” medalları ilə təltif olunmuşdular.Kollecimizdə şəhidlərimizin xatirəsini əbədiləşdirmək  məqsədilə “Qəhrəmanlıq Zirvəsi”adlı auditoriya açılmışdı.Beləliklə tələbələrimiz şəhidlərimizin və qazilərimizin keçdiyi döyüş yolu ilə daha yaxından tanış olurlar.

Çox təəssüflər olsun ki,birinci Qarabağ savaşında çətin də olsa deməliyik ki,məğlub durumuna düşmüşdük.Havadarlarının köməyi ilə düşmən torpaqlarımızın 20%-ni işğal etmişdi.Xalqımızın başına olmazın müsibətləri gətirilmişdi.1 milyondan çox soydaşımız öz torpaqlarından didərgin salınmışdı.Bu  dövr ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalını birmənalı şəkildə pisləyən,onun  işğal olunmuş  ərazilərimizdən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq onların heç biri yerinə yetirilməmişdi.ATƏT-nin Minsk qrupunun  münaqişənin danışıqlar və sülh yolu ilə həllində vasitəçilik missiyası da heç bir nəticə vermirdi.Münaqişə dondurulmuş vəziyyətdə qalmışdı.Prezident İlham Əliyev hər zaman münaqişənin sülh yolu ilə həllinə çalışsada düşmən demək olar ki hər gün atəşkəs rejmini pozur,cəbhəyanı ərazilərdə yaşayan soydaşlarımız təzyiqlərə məruz qalırdılar.

Xalqında səbri tükənirdi.İgidlərimiz vətən həsrəti,qisas hissi ilə alışıb yanırdı.Belə  igidlərimizdən biri də Mübariz İbrahimov idi.Mübarizin cəsarəti  Zəfərə gedən yolda ilk açılmış cığır idi.Mübariz İbrahimov  öz cəsarəti ilə qəhrəmanlıq salnaməsi yazdı.Biz bir daha şahid olduq ki,qəhrəmanlar yaşayır,onlar hər an torpaqlarımızı yağı tapdağından azad etməyə qadirdilər.

Addım –addım zəfərə yaxınlaşan Azərbaycan ordusunun gücünü,əzmini biz Aprel döyüşlərində daha da yaxından gördük.Düşmənin təxribatı nəticəsində baş vermiş 4 günlük döyüşlərdə Azərbaycan ordusu hərbi stateji əhəmiyyətli bir sıra yüksəklikləri ,əraziləri düşməndən təmizləmişdi.Ermənistanın atəşkəs rejmini pozması nəticəsində 2016-ci il aprelin 1-dən 5-nə qədər davam edən  4 günlük döyüşlər  ərzində Azərbaycan ordusu Tərtər rayonun Talış kəndi ətrafındakı yollar ,Seysulan kəndi,Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi,Cocuq Mərcanlı kəndini  tamamilə düşməndən təmizlənmişdi.Goranboy rayonu istiqamətindəki yollar,Tərtər rayonunun Suqovşan kəndi,Qazaxlar kəndi  istiqamətindəki yollar  düşməndən təmizlənmişdi.Aprel döyüşləri ilə Azərbaycan ordusu düşmən üzərində hərbi və psixoloji üstünlük qazandı.Beləliklə bütün dünya Azərbaycanın hərbi və siyasi gücünü görməyə başladı.

2018-ci il may ayını 20-də Ermənistan növbəti dəfə atəşkəs rejmini pozur.Bu dəfə Naxçıvan MR –nın Şərur rayonu hədəf seçilir.Azərbaycan ordusu dərhal düşmənə layiqli cavabını verir.Mayın 20-dən 27-nə kimi davam edən əməliyyatlar  zamanı ordumuz 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Günnüt kəndini,Ağbulaq yüksəkliyini,Qızılqaya dağını,Qaraqaya dağını erməni terrorçularından təmizləmişdi.Dərələyəz mahalının Arpa kəndi istiqamətindəki yollar ordumuzun nəzarətinə götürülmüşdü.Ümumilikdə “Günnüt əməliyatı” zamanı 11.000 hektarlıq  ərazi azad olunmuşdu.Bütün bunlar düşmənə verilmiş mesajlar idi.Artıq düşmən ordumuzun nəyə qadir olduğunu bilirdi.Ermənistan Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarından sonra münaqişənin həllinin sülh yolu ilə həll etmək əvəzinə yenə də təxribat yolunu seçdi.Bu dəyişməz erməni xisləti artıq bizə hərb yolundan başqa bir seçim qoymadı.

2019-cu ildən baş verən siyasi proseslərə diqqət yetirsək görərik ki,Ermənistan rəhbərliyinin  ard-arda səsləndirdiyi təxribat xarakterli fikirlər  münaqişənin danışıqlar yolu ilə həllini  baltalayırdı.Ermənistan baş nazirinin separatçı rejmi danışıqlara cəlb etmək istəyi,danışıqların formatını dəyişdirmək cəhdi danışıqlar prosesinə ciddi şəkildə maneə idi.Daha sonra Ermənistan müdafiə nazirini D.Tonayanın  2019-cu ilin martında ABŞ-a səfəri zamanı erməni diasporası  ilə görüşdə  “hücum imkanlarını genişləndirmək”ifadəsini səsləndirməsi Ermənistanın təcavüzkar siyasətindən əl çəkmədiyinin bariz nümunəsi idi.O,öz strategiyasını “yeni ərazilər uğrunda yeni müharibə”adlandırmışdı.Bu açıq aşkar təhdid idi.Ermənistan baş nazirinin Azərbaycanın işğal altındakı torpaqlara qanunsuz səfəri zamanı səsləndirdiyi   fikirlərə  prezident İlham Əliyev sərt şəkildə cavab verdi. Soçidə keçirilən beynəlxaq əhəmiyyətli Valday formunda çıxışı zamanı prezident İ.Əliyev bildirdiki “Qarabağ  aranlı- dağlı Azərbaycanın ayrılmaz tərkib hissəsidir.Bütün dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.Qarabağ Azərbaycandır!”

Birbaşa hərbi təxribatlarla yanaşı Ermənistan tərəfi beynəlxaq hüquqi prinsiplərə zidd olaraq qanunsuz əməllərlə də məşğul idi.Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG və PKK terrorçularının, həmçinin livan ermənilərinin köçürülməsi  Azərbaycan tərəfindən ciddi naraziliqla və xəbərdarlıqla qarşılandı.Danışıqlar prosesininin tamamən qırılması isə Tovuz hadisələri ilə baş verdi.2020-ci il iyul ayının 12-də düşmən Tovuz rayonun Ağdam kəndi istiqamətində Azərbaycan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhəddindəki mövqeyinə hücuma keçdi.Bununla düşmən yeni gərginlik yaratmaqla münaqişənin cografi genişlənməsinə cəhd edirdi.Ermənistan bununlada  üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da münaqişəyə qoşulmasına ümid edirdi.Azərbaycan ordusu bu təxribatın qarşısını dərhal aldı.Düşmən xeyli itki verərək geri çəkildi.Tovuz döyüşlərində general –mayor Polad Həşimov ,polkovnik İlqar Mirzəyev başda olmaqla Azərbaycan ordusunun 12 hərbçisi qəhrəmancasına şəhid oldu.Xalq öz qəhrəmanlarını böyük izdihamla son mənzilə yola saldı.Həmin günlərdə xalqımız  milli birlik,həmrəylik göstərərək səfərbərlik və hərbi çağırış məntəqələrinin önünə axın etdi.Artıq dövətimizin ,xalqımızın səbri qalmamışdı.Biz bir daha xalq,ordu,dövlət birliyinin şahidi olduq.

2020-ci ilin avqusunda Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakobyanın işğal altındakı torpaqlarımızda qanunsuz təşkil olunmuş hərbi təlimlərdə iştirakı içimizdəki qisas hissini daha da alovlandırdı.Həmin ay düşmənin  Goranboy rayonu istiqamətində  diversiya- kəşfiyyat qrupu təxribat törətməyə cəhd etdi.Görülən tədbirlər zamanı düşmən itki verərək geri çəkildi.Diversiya-kəşfiyyat qrupunun komandiri Qurgen Alaverdyan əsir götürüldü.

25 sentyabr 2020-ci ildə prezident İ.Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxışı zamanı son vaxtlar Ermənistanın törətdiyi təxribatları dünya ictimaiyyətinə çatdırdı.Bu düşmənə son xəbərdarlıq idi.Bunlardan dərs almayan düşmən 27 sentyabr 2020-ci səhər saatlarında növbəti dəfə atəşkəs rejmini pozdu.Bu dəfə Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə hücum əməliyyatlarına başladı. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz 44 günlük şərəfli yolda –Zəfər yolunda inamla və qətiyyətlə irəliləmə başladı.Beləliklə Azərbaycan dövləti,Azərbaycan xalqı və Azərbaycan ordusu çagdaş tariximizin yeni salnaməsini- Zəfər Salnaməsini yazmağa başladı.

 ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar FBK-nın tarix müəllimi Nəsirova Nərminin 27 sentyabr –Anım Gününə həsr olunmuş məqaləsi.

                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!

        XX əsrin 80-ci illərinin ikinci yarısından etibarən Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları genişlənmiş və hərbi təcavüzə çevrilmişdir. 1988-1994-cü illəri əhatə edən Birinci Qarabağ müharibəsində Ermənistan Azərbaycan torpaqlarının 20 %-ni işğal etmiş, eyni zamanda həyata keçirdiyi “etnik təmizləmə” siyasəti nəticəsində 1 milyondan artıq vətəndaşımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycana qarşı həyata keçirilən hərbi təcavüz siyasətinin nəticələrinin aradan qaldırılması və münaqişənin həlli yolunda BMT TŞ bir sıra qətnamələr qəbul etmişdir ( 822, 853, 874, 884 saylı). Lakin Ermənistanın destruktiv mövqeyi bu münaqişənin 30 il ərzində nəticəsiz qalmasına səbəb olmuşdur. 2019-cu ildən etibarən Ermənistanın qəbul etdiyi təxribatçı bəyanatlar, təcavüzkar və hücum xarakterli hərbi doktrinalar, işğal olunmuş torpaqlarda qeyri-qanuni məskunlaşdırmalar, “yeni ərazi uğrunda yeni müharibə” çağırışları, mövcud status-kvonu gücləndirmək istəyi, sərhədyanı ərazilərdə tez- tez atəşkəsin pozulması, qoşunların və silah sursatın artırılması və s. ermənilərin yenidən genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdi ki, Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu və əl atdığı tədbirlər regionda sülhün və təhlükəsizliyin pozulmasına, vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.

     Ermənistanın sonuncu təxribatlarına cavab olaraq, həmçinin torpaqlarımızın işğaldan azad olunması, həmvətənlərimizin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün  Azərbaycan xalqı səfərbər və həmrəy oldu. Müqəddəs amal uğrunda 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başladı.

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 27 sentyabr saat 06:00 radələrində Ermənistan tərəfin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır.  Belə ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqeləri, eyni zamanda  Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının əhalinin sıx məskunlaşdığı kəndləri ilə yanaşı, cəbhə xəttindən xeyli uzaqda yerləşən mülki infrastruktur obyektləri müxtəlif çaplı silahlardan atəşə tutulmuşdur.

    Erməni silahlılarının hücumlarına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks tədbirlər gördü. Prezdentin fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət və həmin tarixdə imzalanmış sərəncama görə isə  qismən səfərbərlik elan edildi.  Tərəflər arasındakı qarşıdurmalar getdikcə güclənmiş və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

    Azərbaycan Ordusu tərəfindən həyata keçirilən və “Dəmir Yumruq” adlandırılan hərbi əməliyyatların ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edilmişdir.

    Oktyabrın 3-də xüsusilə şimal cəbhəsi boyu irəliləyişdə üstünlük qazanmaq üçün böyük əhəmiyyətə malik olan Tərtərin Madagiz kəndi işğaldan azad edilmiş  və kəndin adı Prezident İlham Əliyev tərəfindən bərpa edilərək Suqovuşan adlandırılmışdır.

    Qəhrəman ordumuz cənub cəbhə xətti boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-u tarixində isə Hadrut qəsəbəsini düşməndən azad etmişdir.  Hadrutun düşməndən azad olunması ilə Azərbaycan hərbçiləri Xocavənd rayonunun əlverişli mövqelərində nəzarəti ələ aldılar.

    Azərbaycan Ordusunun düşmənə ardıcıl sarsıdıcı zərbələr vurması Ermənistan tərəfini atəşkəs istəməyə məcbur etdi. Rusiyanın təşəbbüsü ilə münaqişə tərəflərinin Xarici İşlər Nazirlərinin  Moskvada 9-10 oktyabr tarixli görüşündə atəşkəslə bağlı razılıq əldə olunmasına baxmayaraq bir neçə saat sonra Ermənistan yenidən hücum cəhdi göstərdi.

    Azərbaycan Silahlı Qüvvələri tərəfindən oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad edildi. Füzulinin işğaldan azad edilməsinin olduqca çətin bir proses olması xüsusilə vurğulanmışdır. Çünki düşmən 30 il ərzində burada möhkəm istehkamlar qurmuşdu. Hətta bir çox hərbi mütəxəssislər düşünürdülər ki, Füzulini azad etmək aylarla vaxt apara bilər. Lakin Müzəffər Ordumuz bu vəzifənin də öhdəsindən layiqincə gəldi və Füzulini tez bir zamanda azad etdi.

    Oktyabrın 18-də Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı.

    Hər bir qarış torpağımız Azərbaycanın igid əsgər və zabitlərinin canı, qanı bahasına azad edilirdi. 22 oktyabr tarixində Zəngilanın Ağbənd qəsəbəsi işğaldan azad edildikdən sonra İranla dövlət sərhədini tam nəzarətə götürən hərbçilərimiz Arazın o tayındakı soydaşlarımız tərəfindən alqışlarla qarşılandılar. 

    Erməni hərbi birləşmələrinin üst-üstə ağır məğlubiyyətləri Ermənistan rəhbərliyinin danışıqlar üçün ABŞ-a üz tutmasına səbəb oldu. Oktyabrın 24-də ABŞ Dövlət Katibinin müavininin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin birgə görüşündən sonra münaqişə tərəfləri arasında Moskva bəyanatına ( 10 oktyabr) əsasən Humanitar Atəşkəs haqqında razılıq əldə olundu. Lakin ertəsi gün düşmən qüvvələr Azərbaycan ərazisinə yenidən hücum cəhdləri etdilər.

     Məşhur “Aypara” və “Qurd Tələsi” taktikası ilə əks hücuma keçən Azərbaycan hərbçiləri Laçın dəhlizinə doğru irəliləyərək Dağlıq Qarabağda yerləşmiş separatçı ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolun 10km-nə nəzarəti ələ aldılar.

    25 oktyabrda Qubadlı rayonu işğaldan azad edildi.

     İkinci Qarabağ müharibəsi yalnız ön cəbhədə gedən hərbi əməliyyatlarla məhdudlaşmırdı. Belə ki, bu müharibənin gedişində Xalq-Dövlət-Ordu birliyi daha da möhkəmləndi və dünya azərbaycanlılarının birliyi bir daha nümayiş etdirildi. Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə bir bütövlük və mükəmməl birlik yaratmışdı. Arxa cəbhədə vətəndaşlar ordumuz üçün yardım kampaniyaları, qanvermə aksiyaları təşkil edir və ordumuza hər cür mənəvi dəstəyi verməyə çalışırdılar.

     Ön cəbhədə isə qəhrəman hərbçilərimiz hərbi əməliyyatları davam etdirirdilər. Oktyabrın sonlarında Çanaqçı kəndi( Xocalı) işğaldan azad olundu və bununla da Şuşa-Laçın yolunun strateji baxımdan əhəmiyyətli hissəsinə nəzarət Azərbaycan hərbçiləri tərəfindən ələ alındı. Beləliklə, Şuşanın azad olunması uğrunda döyüşlər başlandı. Qarabağın tacı, döyünən ürəyi olan Şuşa təbii istehkam olduğu üçün şəhərə ağır silahlarla daxil olmaq mümkün deyildi. Şuşanın azad edilməsi üçün ya havadan hərbi hücumlar edilməli,  yaxud da yüngül silahlarla əlbəyaxa döyüş variantı seçilməli idi. Şuşanı tez bir zamanda azad etmək üçün əlbəyaxa döyüş taktikası seçildi. Azərbaycan tərəfinin hesablamalarına görə ərazi baxımından buraya 5 gün piyada yol gedilməli idi. Ermənistan komandanlığı Azərbaycan qüvvələrinin Qırmızı Bazar istiqamətində hücuma keçəcəyini güman edirdi. Azərbaycan qoşunlarından gözlənilən 2ci həmlə isə Laçın ərazisindən idi. Lakin Azərbaycan komandanlığı ordunun hərəkət ardıcıllığına, hərbi əməliyyatların miqyasına uyğun bir plan hazırlayaraq Şuşaya sıx Qarabağ meşələrindən 3 gün ərzində onlarla kilometr məsafəsində yeni yol açmışdı.

     Yalnız yüngül silah sursatla silahlanmış Azərbaycan Xüsusi Təyinatlıları Şuşanın sıldırım qayalarına dırmaşaraq bir neçə yerdən şəhərə daxil oldular. Bu zaman hətta hərbçilərimiz yaralı döyüş yoldaşlarını da özləri ilə çiyinlərində daşımışdılar. Eyni zamanda işğaldan azad edilmiş Daşaltı kəndindəki hərbi birliklərin atəş dəstəyi ilə düşmənin sonuncu müqaviməti də qırıldı və Şuşa şəhəri düşməndən azad edildi.

    Ali baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi.

    Noyabrın 9-u Dövlət Bayrağı günü  Müzəffər Ordumuz daha 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəkliyi işğaldan azad etdi. Bununla da 300 yaşayış məntəqəsi işğaldan azad edilmiş oldu. Şuşa uğrunda gedən döyüşlər və əldə olunan qələbə ermənilərin məğlubiyyəti qəbul etməsi ilə nəticələndi.

    Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan arasında münaqişə zonasında hərbi əməliyyatların dayandırılması haqqında birgə bəyanat qəbul edildi.  Bəyanatın şərtlərinə əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana təhvil verilməlidir.

    2020-ci il 27 setyabrda başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi qlobal pandemiyanın baş verdiyi şəraitdə böyük qələbəylə nəticələndi.  İllərdir doğma yurdlarından ayrı düşmüş Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu.

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti, xalqımızın əzmi və iradəsi, müasir ordu quruculuğu və Xalq-Dövlət-Ordu birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan xalqımız tarixi zəfər qazandı.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin dekabrında Vətən müharibəsinin yekunları ilə bağlı bir neçə fərman və sərəncamlar imzaladı.  Bu sənədlərə əsasən hər il 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər günü kimi təsis olundu.

   Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 4 dekabr 12:00-da bir dəqiqəlik sükutla yad edildi.

    Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün YAŞAT fondunun yaradılması haqqında fərman imzaladı. Döyüşlərdə iştirak etmiş minlərlə hərbçi müxtəlif orden, medal və fəxri adla təltif edildi.

    Eyni zamanda Vətən müharibəsində qazanılmış möhtəşəm tarixi qələbəyə və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması nəzərdə tutuldu.

    Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında ölkə ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə müzəffər ordumuzun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirildi.

   Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müharibə bitdikdən sonra işğaldan yenicə azad olunmuş ərazilərə bir neçə dəfə səfərlər etdi və orada yeni layihələrin (Füzuli hava limanı, Şuşaya yol və s. ) təməlini qoydu. 2021-ci ilin yanvarında Qarabağ Dirçəliş Fondu yaradıldı.

     Qasımlı Aynur Mikayıl qızı  

Erməni terror aktları-Gəncə və Bərdə faciəsi

II Qarabağ müharibəsində ard-arda məğlubiyyət yaşayan Ermənistan döyüş meydanlarından kənar şəhər və yaşayış məntəqələrinə hücum etməyə, terror aktları törətməyə başladılar. Ermənistanın təcavüzkar antihumanist siyasətinin nəticəsi olaraq müharibənin baş verdiyi Qarabağ bölgəsindən kənara ilk hücum Gəncə şəhərinə olru. 2020-ci il 4 oktyabr tarixində səhər saat saatlarında Gəncə şəhəri raket vasitəsilə bombardıman edildi. Bu terror aktı zamanı şəhərdə əhalinin sıx yaşayış yeri olan ərazi, yaşayış evləri, ikimərtəbəli yaşayış binası dağıntılara məruz qaldı.Terror aktı zamanı Əliyev Tunar Qoşqar oğlu şəhid olmuş və 32 şəxs yarlanmışdır. Ölkənin baş prakroru Kamran Əliyev hadisədən dərhal sonra bildirdi ki, hadisənin araşdırması zamanı qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” A.Arutunyam bu addımı ilə Cenevre komvensiyasının tələblərini pozaraq dinc əhalini qəsdən öldürmə və dinc əhali arasında vahiməyə səbəb olan hərəkət etmələrinə dair sübutlar toplanışdır. Ölkə rəhbərliyi bu hadisələrə görə bütün məsuliyyəti Ermənistan tərəfinin daşıdığını, lakin bu dəfə hər zaman olduğu kimi, günahı Ermənistan tərəfinin üzərinə götürmədiyini və tam məsuliyyəti Dağlıq Qarabağ rəsmilərinin üzərinə götürdüyünü bildirdi. Əsas hədəf və hədəflərinin Gəncədəki hərbi binalar, eləcə də Gəncə hava limanı olduğunu iddia etdilər. Ancaq Azərbaycan tərəfi bu ittihamların əsassız olduğunu bildirmiş, Covid-19 pandemiyası səbəbi ilə Gəncə Aeoroportunun fəaliyyət göstərmədiyini və Gəncədə ümumiyyətlə, hərbi təyinatlı bina olmadığını vurğulamışdır. Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş terror aktlarının davamı olaraq ikinci dəfə 5 oktyabr 2020-ci il tarixində Gəncə şəhəri yenidən raket hücumuna məruz qaldı. 3 şəxsin də yaralandığı ikinci hücumu zamanı raket Gəncə şəhərinin “Grand Qafqaz” Ticarət kompleksinə düşdü. 8 oktyabr 2020-ci il tarixində edilən növbəti raket hücümu zamanı terrorist düşmən dəstələri tərəfindən növbəti hədəf olaraq yenidən Gəncə şəhəri seçilir. Yaralanan və ölənlərin olmadığı bu üçüncü hücun zamanı nəqliyyat vasitələri, infrastruktur və yaşayış evləri ciddi zərər görmüşdür. Məhz bu hücumun gecə saatlarında baş verməsi düşmənin nə qədər cani olduğunu bir daha göstərdi. 9-10 oktyabr tarixində ağır məğlubiyyətlər qarşısında aciz qalmış Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri Moskvada görüş keçirmiş və atəşkəsə əməl etmiyərək öz terror əməllərini həyata keçirməyə davam etdi. 11 oktyabr gecə saat 02:00 radələrində Gəncə Ermənistanın Berd rayonunda yerləşən Ermənistan Silahlı Qüvvələri tərəfindən Skad ballistik raketləri vasitəsi ilə hücuma məruz qaldı. Bu zaman yaşayış binası dağıntıya məruz qaldı. Hadisədən sonra dərhal xilasetmə və axtarış komandaları hadisə yerinə gəlmişlər. Şəhərdəki infrastruktur ciddi dərəcədə zərər görmüşdür. Belə ki, bir çox obyektlər, 31 mənzil və avtomobillərə xeyli ziyan dəymişdir. Bundan əlavə, 205 nəfərin yaşadığı 95 mənzil vandalizm qurbanı olmuşdur. Tarixən olduğu kimi, Ermənistan törətdiyi terror aktını inkar edərək məsuliyyəti öz üzərinə götürmədi. Bu erməni vəhşiliyinin nəticəsi olaraq 10 nəfər həlak olmuş, 40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdır. Yaralanan və həlak olanlar içərisində qadın və uşaqlarda var iri ki, bununla da erməni canilərinin antihumanist siyasəti dünya ictimaiyyətinə bəyan oldu. Oktyabrın 17 -də saat 01: 00 -da Ermənistan Silahlı Qüvvələri yenidən "Skad" ballistik raketi ilə Gəncəni atəşə tutdu. Raketlər əhalinin sıx yaşadığı əraziləri vurub. Raketlərdən biri şəhər binasında 2 km. uzaqlıqda yerləşən əraziyə düşür. Daha bir raket isə, Kəpəz ərazisinə düşüb. Nəticədə 20 ev dağılıb, bir çox dinc sakin dağıntılar altında qalıb. Bu terror aktları bütün ictimaiyyətə çatdırılmış və bir çox ölkə və nümayəndəlikləri bu cinayətlərə səssiz qalmamışdır. Belə ki, üçüncü və dördüncü hücumlar qardaş ölkə Turkiyə tərəfindən şiddətlə qınandı, həmçinin Türkiyə höküməti sonuncu hücumu müharibə cinayəti adlandırdı. Bununla yanaşı, İsveçrə, Malayziya, Qətərin Azərbaycandakı səfirləri xüsusilə üçüncü hücumu vurğulayaraq təəssüf hissi keçirdiklərini bildirmiş və Azərbaycan xalqına dərindən başsağlığı vermişlər. Həmçinin, Avropa İttifaqı da dördüncü hücumunu, ermənilərin bu terror aktlarını qınamışdır. Bu cinayət aktlarının BMT-nin baş katibi Antoniu Quterreş qəbuledilməz olduğunu bildirdi. Xarici ölkədə yaşayan soydaşlarımız da ölkəmizdə baş verən bu faciələrə səssiz qalmadı. Birləşmiş Krallıqda yaşayan soydaşlarımız və ürəkləri hər zaman bizlərlə bir döyünən İran azərbaycanlıları, türklər Londunun mərkəzində toplaşmış, Gəncə, Mingəçevir, Tərtər və digər yaşayış məntəqələrinə edilmiş raket hücumlarını pisləmiş, öz etirazlarını bildirmişlər. Bir gün sonra isə Çikaqoda yaşayan soydaşlarımızda etiraz əlaməti olaraq yürüş təşkil etmişlər. Növbəti günlərdə Britaniyada yaşayan azərbaycanlılar terror aktları zamanı həlak olanları Londonda yerləşən Azərbaycan səfirliyi qarşısında andılar. Gürcüstandakı soydaşlarımızda parlament binası qarşısında yürüş təşkil etdilər. Həmin gündə Rusiyadakı azərbaycanlılar Azərbaycanın Moskvadakı səfirliyinin qapısımın bir hissəsində 17 oktyabr Gəncəyə olunan raket hücumu zamanı həlak olmuş şəxslərin xatirəsinə anım günü keçirtdilər. Bu terror hücumları ictimailəşdirildi, bir çox ölkə və təşkilatlar bu cinayətlər haqqında susmadı. Üçüncü və dördüncü hücumlar qardaş Türkiyə ölkəsi tərəfindən şiddətlə qınandı və Türkiyə hökuməti son hücumu hərbi cinayət adlandırdı. Eyni zamanda, İsveçrə, Malayziya və Qətərin Azərbaycandakı səfirləri üçüncü hücuma diqqət yetirərək təəssüfləndiklərini bildirdilər və Azərbaycan xalqına dərin başsağlığı verdilər. Avropa Birliyi də dördüncü hücumu və ermənilərin bu terror aktlarını qınadı. BMT baş katibi Antonio Quterreş cinayətlərin qəbuledilməz olduğunu bəyan edib. Xaricdə yaşayan soydaşlarımız ölkəmizdəki bu faciələr haqqında səssiz qalmadılar. Böyük Britaniyada yaşayan həmvətənlərimiz və ürəkləri həmişə bizimlə döyünən Cənub azərbaycanlılar və türklər Londonun mərkəzinə toplaşaraq Gəncə, Mingəçevir, Tərtər və digər yaşayış məntəqələrinə raket hücumlarını qınadılar və etirazlarını bildirdilər. Bir gün sonra Çikaqoda yaşayan soydaşlarımız etiraz yürüşü təşkil etdilər. Sonrakı günlərdə Böyük Britaniyada yaşayan azərbaycanlılar Azərbaycanın Londondakı səfirliyi qarşısında törədilən terror aktlarında həlak olanların xatirəsini ehtiramla yad etdilər. Gürcüstandakı soydaşlarımız parlament binası qarşısında yürüş etdilər. Elə həmin gün Rusiyadakı azərbaycanlılar oktyabrın 17-də Azərbaycanın Moskvadakı səfirliyi qarşısında Gəncəyə raket zərbəsi nəticəsində həlak olanların xatirəsini ehtiramla yad etdilər. 2020-ci il 27 oktyabr tarixindən Ermənistanın silahlı Qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndi 28 oktyabr tarixində isə Bərdə şəhəri raket hücumuba məruz qaldı.Ballistik “claster”tipli 2 ədəd raket hücumu nəticəsində 21 nəfər həlak olmuş (Həlak olanlardan 5-i qadın idi.),70 nəfər isə yaralanmışdır(yaralananlardan 15-i qadın ,8-i uşaq idi.) Mülki infrastruktur erməni vandalizmi nəticəsində xeyli zərər görmüş,30-dan çox mülki obyekt,20-dən çox fərdi yaşayış evlərinə,22nəqliyyat vasitəsinə ciddi dərəcədə zərər dəymişdir. Tərtər ryonu II Qarabağ müharibəsi ərzində ən çox zərər görmüş rayonlardandır. Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtərin şəhər,qəsəbə və kəndləri müxtəlif silahlarlatəşə tutulmuşdur. Vətən müharibəsi başlayandan bir gün sonra,28 sentyabrda Tərtər şəhəri və I Qarabağ müharibəsi zamanı qaçqın düşmüş azərbaycanlıların məskunlaşdığı Şıxarxı atəşə tutulur. Tərtərə edilən hücumu zamanı rayon geniş dağıntılara məruzqalmışd və bu hücum zeyli sayda insn ölümünə səbəb olmuşdur.Müharibə zamanı 29 oktyabra qədər Tərtər rayonu ərazisinə 15.500 mərmi atılmışdır ki,bəzi günlər də Tərtərə düşən mərmi sayının 2000-dən çox olduğu bildirilmişdir. Rayon da infrastruktur xeyli zərər görmüş,xəstəxanalar,məktəblər dövlət binaları dağıntılar məruz qalmışdı.Oktyabrın 29-na qədər 873 ev 14 məktəb 3 xəstəxana binası qismən zərər görmüşdu,133 ev isə təmamilə dağıdılmışdır Tərtərdə olan dağıtılarla bağlı noyabr ayında Azərbaycan hökuməti tərəfindən dəymiş zərərin hesablanması üçün 3 işçi qrupu yaradılmışdır. Mənfur düşmənin silahlı qüvvələri 2020-ci il 17 oktyabr gecə saatlarında Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəf aldı.Lakin atılan raketlər Ordumuzun hava qüvvələri tərəfindən zərərsizləşdirilmişdir. Terror aktlarının ən dəhşətverici səhnələri yaxınlarını,ailələrini itirmiş insanların ağrılı ,acılı,acılı anları oldu.Gəncədə baş vermiş terror aktı zamanı 8 yaşlı Hüseyn və 16 yaşlı Sevil hər iki valideynlərini -ataları Anar Əliyevi və anaları Nurçin Əliyevanı itirdilər.Bu faciə zamanı valiyeyinlərinin hər ikisini itirənlərdən biri də körpə Nilay idi.Nilay raket hücümu zamanı anasını,atası Adil Əliyevi,nənəsi Afaq Əliyevanı itirdi.Bunlarla yanaşı terror aktı zamanı bir ailənin 5 üzvü də həlak olmuşdur.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya fənn birləşmə komissiyasının müəllimi Zeynəb Ələkbərovanın "Məktəbəqədər yaş dövründə uşaqlarda emosiyaların formalaşması prosesinin bəzi məsələləri" elmi işi nəşr edilib.
Məqalədə məktəbəqədər yaşlı uşaqların milli tədqiqatlar çərçivəsində emosional inkişafının müasir vəziyyəti təhlil edilir. Emosional artım mühüm həyati funksiyaların əhəmiyyətli tənzimləyicisi və məktəbəqədər yaşlı uşaqların emosional münasibətlərinin mürəkkəb sisteminin formalaşması faktoru hesab olunur.
Məqaləyə keçid üçün:

Məktəbəqədər yaş dövründə uşaqlarda emosiyaların formalaşması prosesinin bəzi məsələləri

1 -dən səhifə 8
Erməni terror aktları-Gəncə və Bərdə faciəsi II Qarabağ müharibəsində ard-arda məğlubiyyət ...
                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!         XX ...
“Zəfərə gedən yol” Tam da bir il öncə -27 sentyabr 2020-ci il  tarixində  Azərbaycan xalqı 44 ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya fənn birləşmə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənovanın Azərbaycan ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Fatma Kərimovanın müsahibəsi. ...
ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsinin "Fiziki tərbiyə" ...
1. Özünüzü təqdim edin.Mən Əliyeva Tamam Məhəmməd qızı. 29 yaşım var. Azərbaycan Dövlət Pedaqoji ...
Təhsil millətin gələcəyinin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təhsil müəssisələrinin ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…