Qeyri-ənənəvi rəsm texnikası

29 Oktyabr 2021
Author :  

Qeyri-ənənəvi rəsm texnikası

 

Annotasiya. Məqalədə qeyri-ənənəvi rəsm texnikası haqqında məlumat verilmiş, uşaqlarda bu bacarığın inkifaf etdirilməsi üsulları göstərilmişdir.

Açar sözləri: rəsm, texnika, üsul, məktəbəqədər, uşaq, qeyri-ənənəvi rəsm

Ключевые слова: рисунок, техника, метод, дошкольное учреждение, ребенок, нетрадиционный рисунок.

 

 “Uşağın fəaliyyəti nə qədər rəngarəng və mənalı olarsa, onun qabiliyyəti və bacarığı bir o qədər tam və parlaq inkişaf edə bilər.”

                                                                                                                                                   N.S. Leytes

 

Qeyri-ənənəvi rəsm-ənənəyə əsaslanmadan təsvir etmək bacarığıdır.

Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasinin Qanununda deyilir: “Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir” (1).  Bu məsələdən irəli gələrək uşaqların bu təhsil müəssisələrinə cəlb olunması və orada təlim tərbiyənin təşkil olunmasına xüsusi diqqət yetirilməlidir.

“Məktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir, ümumi təhsilə hazırlığını təmin edir” (1). Bu müəssisələrdə keçirilən məşğələləri elə təşkil etmək lazımdır ki, uşaqlar dövlətə və cəmiyyətə şəxsiyyət olaraq yetişsinlər.

Uşaqlar üçün rəsm çəkməyin faydaları danılmazdır və elmi cəhətdən sübut edilmişdir. Rəsm dərsləri incə motor bacarıqlarını inkişaf etdirir və bu düşüncə, danışma, görmə və hərəkət yaddaşından, koordinasiyadan məsul olan beyin bölgələrinin stimullaşdırılmasıdır.  

Məktəbəqədər təhsil müəssisələrində təşkil olunan rəsm məşğələləri müxtəlif formalarda o cümlədən qeyri-ənənəvi rəsm texnikası formasında keçirilir.

Uşaqlarla rəsm işləyərkən belə bir sual ortaya çıxır. Yalnız fırça iləmi  çəkək? Bu axı çox darıxdırıcı olardı!!! Rəsm, qaydalara riayət etməli olunan bir sahə deyil. Məhz yaradıcılıqda nə ilə çəkməyi, nə üzərində çəkməyi və necə çəkməyi öyrətmək olur. Bu hər hansı bir ipcik, düyməcik, xırda daşlar, ağac yarpaqları və ya digər vasitələr yaradıcılıq üçün gözəl alətə çevrilir. Bunadan başqa qum, duz və hətta qəhvədən də istifadə oluna bilər...

 Uşaqların öz duyğularını ifadə etmələri və digər şəxslərə ötürülməsinə tələbat rəsmdə yalnız boyalarla təmin olunmur. İstənilən rəngləmə aləti uşaqların incəliklə duyduqları  xüsusi çalarlarını verir.

        Uşaqların qeyri-ənənəvi rəsm üsullarından istifadə edərək kiçik şah əsərləri yaratmaq üçün əla vasitədir. Bu texnikaların hər biri uşaqlara özünü rahat, cəsarətli, təmkinli hiss etmələrinə və özgüvən hissinin yaranmasına, eyni zamanda yaradıcılıq qabiliyyətinin formalaşmasına imkan verən kiçik bir oyundur. Bu texnikalar  təxəyyülü inkişaf etdirir, özünüifadə üçün tam sərbəstlik verir. Qeyri-adi üsullarla rəsm çəkmək uşaqlarda daha çox müsbət emosiyalar yaranmasına köməklik göstərir.Məktəbəqədər təhsil müəssisələrində kiçik və orta məktəbəqədər yaşlı uşaqlar üçün qeyri-ənənəvi rəsm üçün  aşağıdakılardan istifadə oluna bilər:

  • barmaqlarla rəsm
  • ovuclarla rəsm
  • plastilin ilə möhür
  • yarpaq izləri
  • pambıq çubuqlarla rəsm
  • monotipiya

Məktəbəqədər uşaqlar üçün isə daha mürəkkəb vasitələri mənimsəmək olar:

  • sabun köpüyü ilə rəsm
  • əzilmiş kağız ilə rəsm
  • duz ilə rəsm
  • ləkələrlə rəsm
  • qrattaj (mum ilə rəsm)
  • frottaj (sürtmə ilə rəsm)
  • ebru.

Qeyri-ənənəvi rəsm texnikasından istifadə edən uşaqlar arzu etdikləri nəticəni tez əldə edirlər. 

Hesab edirəm ki, uşağa uyğun bir səviyyədə təsviri incəsənət vasitələri ilə   yaradıcılıq inkişafı onun ümumi inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək. Alternativ rəsm stress və yorğunluğa qarşı əla vasitədir. Əziz valideynlər, gündəlik həyatınızı canlandırın - uşaqlarınızla birlikdə rəsm çəkin!

 

Arzu Sədiyeva

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

 

232 Views
Aynur Məmmədli
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi uğurlarımızda, torpaqlarımızın düşmən ...
Aşıq Ələsgər-200   Aşıq Ələsgər irsinin təbliği gənc nəslin milli ruhda tərbiyəsinə ciddi ...
                                              Zəfər tarixi Zəfər tariximizin yolu bir qədər ...
  Çalış öz xalqının işinə yara Geysin əməlinlə dünya zərxara Əsrlərdən-əsrlərə, ...
“Zəfərin Mübarək- Azərbaycan!” ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 5 Noyabr ...
Qeyri-ənənəvi rəsm texnikası   Annotasiya. Məqalədə qeyri-ənənəvi rəsm texnikası haqqında ...
Qarabağ millətimizin ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri ...
QARABAĞDAN YÜKSƏLƏN ZƏFƏR HAYQIRIŞI                                       Vətən mənim bu günüm, ...
Günümüz, qələbəmiz mübarək!           10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə ...
Qarabağa  gedən  yol Vətənimin tarixi qədimdir. Bu tarix özündə neçə-neçə acılı səhnələri, göz ...
  ZƏFƏR TARİXİ    Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir. ...
 Zəfər gətirən müharibə               Azərbaycan adlı dövlət bütün azərbaycanlıların sahib ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr ...
Erməni terror aktları-Gəncə və Bərdə faciəsi II Qarabağ müharibəsində ard-arda məğlubiyyət ...
                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!         XX ...
“Zəfərə gedən yol” Tam da bir il öncə -27 sentyabr 2020-ci il  tarixində  Azərbaycan xalqı 44 ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya fənn birləşmə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənovanın Azərbaycan ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Fatma Kərimovanın müsahibəsi. ...
ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsinin "Fiziki tərbiyə" ...
1. Özünüzü təqdim edin.Mən Əliyeva Tamam Məhəmməd qızı. 29 yaşım var. Azərbaycan Dövlət Pedaqoji ...
Təhsil millətin gələcəyinin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təhsil müəssisələrinin ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…