QARABAĞ AZƏRBAYCANDIR VƏ NİDA İŞARƏSİ!

26 Oktyabr 2021
Author :  

QARABAĞ AZƏRBAYCANDIR VƏ NİDA İŞARƏSİ!!!

2020-ci il,27 sentyabr tarixi ...bu gün xalqımızın yaşadığı 44 günlük müharibədən düz bir il ötür. 2020-ci il, 27 sentyabr Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzə cavab olaraq işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinin başlandığı gündür. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı sərəncama əsasən 27 sentyabr ölkəmizdə anım günü kimi qeyd olunur. Sərəncama əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşən , ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ,şəhidlərimizə ehtiram əlaməti olaraq onların əziz xatirəsi yad edilir. 2020-ci il,27 sentyabrdan noyabrın 10- a qədər davam edən , tarixə İkinci Qarabağ müharibəsi kimi daxil olan 44 günlük savaş tarixi xalqımızın böyük qələbəsi ilə başa çatdı.Elə sentyabrın 27-də ordumuzun Qarabağda başladığı uğurlu əks- həmlə əməliyyatı nəticəsində Füzuli rayonunun Qaraxanbəyli ,Qərvənd ,Kənd Horadiz ,Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı ,Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər düşməndən azad edildi.

Başı müsibətlər çəkən , Vətənim ! ... nələr yaşamadın bu müharibədə ?!...şəhid analarının ah- naləsini , fəryadını eşitdin, ürəyin parçalandı. Düşmənin gecə ilə Gəncəyə,Bərdəyə atdığı ballistik raketlərin törətdiyi faciələri ,bir anda gözləri qarşısındaca evləri alışıb yanan insanları, valideynlərini itirən uşaqları , gözü ömürlük dünya işığına həsrət qalan ananı ,nişan xonçası qaraya bürünən qızları ,bircəcik övladını itirən anaların naləsini , ad günü yasa çevrilən məsum qızcığazın ,balasının parçalanmış ciyərini,bədənini ovcuna toplayan , ən gözəl , məsum arzularını da körpəsi ilə birlikdə o torpağa gömən atanın fəryadını, və neçə-neçə bu cür dəhşətli faciələrin şahidi oldun...Beynəlxalq hüquq isə susdu.Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələrə səs vermək məcburiyyətində qalan BMT Təhlükəsizlik Şurasının üzvləri (Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəsli) 28 il ərzində bu sənədlərin imzası üçün heç bir addım atmadılar, əksinə bu işğalın və düşmənin digər cinayətkar əməllərinin davam etməsinə şərait yaratdılar.

Türk dünyasının lideri Atatürk deyirdi: “Zəfər “zəfər mənimdir deyə bilənindir. Müvəffəqiyyət müvəffəqiyyət qazana biləcəyəm “ deyə başlayanın və müvəffəqiyyət qazandım “ deyə bilənindir.1925 (Atatürkün S.D.II,s206) . Bu savaşda Azərbaycan xalqı qürurla“zəfər mənimdir!”... deyə bildi. Zəfərimiz isə birlikdən doğdu daha güclü olduq. Böyük Türk oyandı!...

Ali Baş Komandan başda olmaqla ,ürəyi,qəlbi qübar bağlamış ,illərlə vətən həsrəti çəkən, vətən laylası ilə böyüyən , dünyanın ən qəhrəman, ən cəsur, ən təmiz ürəkli oğulları qazandırdı bizə bu qələbəni...Biz bu qəhrəmanlara minnətdarıq!.Şuşa dağlarında bizə o böyük tarixi yaşadan oğullarımıza minnətdarıq!...

“Vahid , sorma, Vətən nədən yaxşıdır?!... ,Adı gəlcək könlüm xəndan görünür.”-nəğməsini dillər əzbərinə çevirən, vətən sevgisini bütün sevgilərdən uca tutan Xudayara (Yusifzadə), məğrur duruşu ,nərəsi ilə düşməni xofa salan Topçu Vüsala, (Şahkərimov), igid ,qorxmaz Səxavətə (Alməmmədli) , iki körpə balasını qoyub özünü savaş meydanına atan ,müharibənin ilk qadın şəhidi Arəstəyə (Baxışova) ,o yaralı anında belə dilində vətən nəğməsi ,Qarabağ nəğməsini səsləndirən Məbuda (Əhmədov) və onlar kimi neçə-neçə igid , qorxmaz oğul və qızlarımıza minnətdarıq. Ürəyi vətən sevgisi ilə döyünən,işğal olunan torpaqlarımızın adını bir-bir ,dili söz tutar-tutmaz “Şuşi Yox!, Şuşa!... deyə nə qədər böyük sevgi,fəxarət hissi ilə dilləndirən ,öz çıxışı ilə dünyanı heyrətləndirən 5 yaşlı balaca Nurayımıza (Səlimova) minnətdarıq, o böyük ürəyi,sevgisi üçün!...Bu gün yetişən Azərbaycan gəncliyi vətən sevgisini bu qəhrəmanlardan örnək götürməli ,Mübariz İbrahimov , Polad Həşimov ,İlqar Mirzəyev,Şükür Həmidov ,Hikmət Mirzəyev, Raquf Orucov və b. bukimi qorxmazlığı,qəhrəmanlığı ilə tarix yazan qeyrətli oğullardan öyrənməlidir.

...Dolanır zəmanə,

Dönür qərinə,

Necə yaşamağın, necə ölməyin

Təhrini öyrədir nəvələrinə.

Vətəni sevirəm deyən çox olar

Deməyə nə var ki, dil yorulmasa

Vətən də bizim tək ölər, yox olar,

Vətənin yolunda ölən olmasa...B Vahabzadə”Şəhid məzarları”1975.

Qazandığımız qələbəni bu igidlərə , Şəhidlərimizə ,canının bir parçasını vətən yolunda itirən Qazilərimizə,onları dünyaya gətirən analara borcluyuq.Bu gün bəxtimizə doğan bu günəş iztirab dolu illərin, Qarabağ nisgilli millətimizin taleyidir.Qoy bu günəşimizin üzünü bir daha qara buludlar almasın.Bu zəfərimiz əbədi olsun!. Bu zəfər bizi bir xalq olaraq oyatdı. İllərdir dünyanın ,bütün beynəlxalq təşkilatların göz yumduğu bir həqiqətə, susma , öz doğma yurduna ,sənin olana sahib çıx! - dedi . Milli şüurumuzu oyatdı. Parçalanmış ruhumuzu yenidən özünə qaytardı.Ali Baş Komandanın “Dəmir Yumruğu” “Qarabağ Ermənistandır , nöqtə “ mifini darmadağın edərək ,”Qarabağ Azərbaycandır, nidasını !!!...” bütün dünyaya sübut etdi. Zəfərin ardından isə yeni bir aləm doğur... Yeni bir dünyaya,yeni bir aləmə doğru, irəli,Azərbaycan!...

Günəş Zakirqızı,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

191 Views
Aynur Məmmədli
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi uğurlarımızda, torpaqlarımızın düşmən ...
Aşıq Ələsgər-200   Aşıq Ələsgər irsinin təbliği gənc nəslin milli ruhda tərbiyəsinə ciddi ...
                                              Zəfər tarixi Zəfər tariximizin yolu bir qədər ...
  Çalış öz xalqının işinə yara Geysin əməlinlə dünya zərxara Əsrlərdən-əsrlərə, ...
“Zəfərin Mübarək- Azərbaycan!” ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 5 Noyabr ...
Qeyri-ənənəvi rəsm texnikası   Annotasiya. Məqalədə qeyri-ənənəvi rəsm texnikası haqqında ...
Qarabağ millətimizin ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri ...
QARABAĞDAN YÜKSƏLƏN ZƏFƏR HAYQIRIŞI                                       Vətən mənim bu günüm, ...
Günümüz, qələbəmiz mübarək!           10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə ...
Qarabağa  gedən  yol Vətənimin tarixi qədimdir. Bu tarix özündə neçə-neçə acılı səhnələri, göz ...
  ZƏFƏR TARİXİ    Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir. ...
 Zəfər gətirən müharibə               Azərbaycan adlı dövlət bütün azərbaycanlıların sahib ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr ...
Erməni terror aktları-Gəncə və Bərdə faciəsi II Qarabağ müharibəsində ard-arda məğlubiyyət ...
                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!         XX ...
“Zəfərə gedən yol” Tam da bir il öncə -27 sentyabr 2020-ci il  tarixində  Azərbaycan xalqı 44 ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya fənn birləşmə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənovanın Azərbaycan ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Fatma Kərimovanın müsahibəsi. ...
ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsinin "Fiziki tərbiyə" ...
1. Özünüzü təqdim edin.Mən Əliyeva Tamam Məhəmməd qızı. 29 yaşım var. Azərbaycan Dövlət Pedaqoji ...
Təhsil millətin gələcəyinin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təhsil müəssisələrinin ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…