Günümüz, qələbəmiz mübarək!

26 Oktyabr 2021
Author :  

Günümüz, qələbəmiz mübarək!

          10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi.

          2020-ci il sentyabrın 27-də, yəni düz bir il əvvəl bütün Azərbaycan eyni mövzunu müzakirə edirdi. Hər kəs Prezident Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq ordumuzun əks-hücum əməliyyatlarına başlamasından danışırdı….

          Əslində İkinci Qarabağ müharibəsi yetişmiş proses idi. Hələ iyul ayında düşmənin Tovuz istiqamətindəki təxribatlarından sonra bir çox ekspertlər bunun genişmiqyaslı hərbi əməliyyatlara səbəb ola biləcəyini ehtimal edirdilər. Proqnozlar özünü doğrultdu. Rəsmi İrəvanın KTMT-ni hadisələrə cəlb etməkdən ötrü atdığı təxribatçı addımlar onun “öz başını ağrıtdı”.

          İyul ayındakı dörd günlük döyüşlərdən sonra düşmənin provokasiyaları səngimədi, əksinə, davam etdi. Beləliklə, nəhayət, sentyabrın 27-də ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə silahlı qüvvələrimiz bütün cəbhəboyu hərəkətə keçdi. Xalq olaraq həm sevindik, həm də həyəcan keçirdik, təlaşlandıq. Əsas informasiya mənbələrindən biri olan internetə çıxışın məhdudlaşdırılması narahatlığımızı bir az da artırdı: bəlkə, nə isə olub, xəbərimiz yoxdur? Gözümüz isə televiziya kanallarında idi. Biz “Xəbərlər” proqramını səbrsizliklə gözlədiyimiz vaxtlarda əsgərlərimiz, zabitlərimiz döyüşür, bir qarış torpaq uğrunda can alıb, can verirdilər.

       Həmin günlərdə yüzlərlə gənc könüllü olaraq cəbhəyə yollandı, döyüşlərə qatıldı. İnsanlarımız əsgərlərimizə müxtəlif ərzaq məhsulları, həmçinin geyimlər göndərdilər.

       Döyüşlərin birinci günündən etibarən Prezident şəxsən özü xalqa müraciət etməyə başladı. Cəbhədəki vəziyyət barədə məlumatı, o cümlədən torpaqlarımızın düşməndən təmizlənməsini müzəffər ordunun müzəffər Ali Baş Komandanından eşitdik. Yəqin ki, həmin çıxışlar, dövlət başçısının  nitqi, üzündəki təbəssümü hər kəsin yadındadır. Bu, otuz illik işğala son qoymuş bir siyasətçinin qələbə təzahürü idi.

          Cəbhədən gələn ilk müjdəli xəbər özünü çox gözlətmədi. Cəmi bir neçə gün sonra Füzuli və Cəbrayılın bəzi kəndlərinin işğaldan azad edildiyini eşitdik. Bu, millətin əzmkarlığını, zəfər ruhunu bir az artırdı. Yaxşı xatırlayıram, evə yenicə daxil olmuşdum ki, televizorun səsini eşitdim. Hövlnak otağa daxil oldum. Aparıcı, sonradan bu çıxışı ilə milyonların sevgisini qazanacaq Jalə Həsənli danışırdı: “...Bəzi torpaqlarımız işğaldan azad olunub...”. Bu xəbərlə, jurnalistin titrəyən səsi ilə, az qala, ruhum bədənimdən oynamışdı. Təkcə vətəndaş olaraq yox, həm də Qarabağı kiçik yaşımda görən qarabağlı kimi sevincimin həddi-hüdudu yox idi.

          Ardınca yeni müjdələr eşitdik. Oktyabrın dördündə Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı tamamilə düşməndən azad edildi. Noyabrın səkkizində sonradan mədəniyyət mərkəzi elan edilən Şuşamıza qovuşduq. Bəli, sən mədəniyyətimizin beşiyi, tariximizin köküsən, doğma Şuşa. Təkcə şuşalıların yox, bütün Azərbaycan xalqının baş tacısan. Sən tariximizsən, damarımızda axan qanımız, Vətənimizin alınmaz qalasısan. Şuşanın işğaldan azad edilməsi təkcə strateji və hərbi baxımdan deyil, mədəni, mənəvi və tarixi baxımdan da böyük əhəmiyyət daşıyır. Bu qədim şəhərin xalqımızın qəlbində mənəvi baxımdan xüsusi yeri var. Əbəs yerə Şuşanı "Şərqin konservatoriyası" adlandırmırlar. Şuşa - unikal Azərbaycan musiqisinin beşiyi, şeir-sənət ocağı, açıq səma altında muzey, canlı tarixdir. Şuşa - Pənahəli xanın, İbrahimxəlil xanın, Vaqifin, Xan qızı Natəvanın, Üzeyir Hacıbəyovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Bülbülün və daha neçə-neçə yazıçı, sənət adamı, bəstəkar, müğənni, teatr və kino xadiminin vətənidir. Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, ecazkar mədəniyyətimizin parlaq rəmzidir. Şuşanın işğalı milli varlığımıza vurulan sağalmaz, daim inləyən yara idi. İgid oğullarımız bu yaranı sağaltdı. 8 noyabrı tariximizə qızıl hərflərlə yazdıq. Ali Baş Komandanımız, Müzəffər Ordumuz xalqımıza bu böyük qələbənin sevincini yaşatdı. Düşmən isə bu qələbəmizdən çox sarsıldı, acı məğlubiyyətin təsirindən yəqin ki, uzun illər çıxa bilməyəcək. Ordumuz Şuşanı azad etməklə təkcə hərbi baxımdan deyil, mənəvi-psixoloji baxımdan da düşmənə ağır zərbə vurdu. Şuşanın azad edilməsi Ermənistan cəmiyyətində və ordusunda böyük gərginliyə və xaosa səbəb olub. Çünki alınmaz qala hesab olunan Şuşanın ordumuz tərəfindən qısa müddət ərzində azad edilməsi düşmən ordusunun özgüvənini də məhv etdi. Qədim mədəniyyət və tarixi ocağımızı düşmən tapdağından azad etməklə mədəni irsimizi və dəyərlərimizi riyakar düşməndən geri almış olduq. Müzəffər Ordumuzun Şuşa qələbəsi Azərbaycan Ordusunun gücünü, əzmini, qətiyyət və iradəsini, uğurlu hərbi komandanlıq və idarəetməsini, sahib olduğu bütün maddi və mənəvi üstünlükləri dünyaya bir daha sübut etdi.

            Düşmən özü də Azərbaycan ordusunun bu qədər tezliklə Şuşaya çatacağını düşünmədiyini etiraf edir. Lakin Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək düşmənin 30 ildə qurduğu bütün maneələri, istehkamları qısa müddətdə məhv etməyi, Şuşaya çatmağı bacardı. Şuşa Dövlət Bayrağı günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşadı həmin gün. Çünki o üçrəngli bayrağımız 28 illik fasilədən sonra yenidən Şuşada dalğalandı. Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsidir. Şuşanın azadlığa qovuşması zati-aliləri İlham Əliyevin tarixi qələbəsidir.

           İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həm Birinci Qarabağ müharibəsi, həm iyul döyüşləri, həm də sentyabrdakı təxribatların qurbanı olan  şəhidlərimizin ruhu şad oldu. Azərbaycan otuz ildir fəaliyyətsizliyi ilə seçilən ATƏT-in Minsk Qrupunun işini gördü, BMT-nin məlum qətnamələrini icra etdi.

           44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcək.

         

       Gülnarə Kazımova

     Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin müəllimi

 

198 Views
Aynur Məmmədli
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi uğurlarımızda, torpaqlarımızın düşmən ...
Aşıq Ələsgər-200   Aşıq Ələsgər irsinin təbliği gənc nəslin milli ruhda tərbiyəsinə ciddi ...
                                              Zəfər tarixi Zəfər tariximizin yolu bir qədər ...
  Çalış öz xalqının işinə yara Geysin əməlinlə dünya zərxara Əsrlərdən-əsrlərə, ...
“Zəfərin Mübarək- Azərbaycan!” ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 5 Noyabr ...
Qeyri-ənənəvi rəsm texnikası   Annotasiya. Məqalədə qeyri-ənənəvi rəsm texnikası haqqında ...
Qarabağ millətimizin ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri ...
QARABAĞDAN YÜKSƏLƏN ZƏFƏR HAYQIRIŞI                                       Vətən mənim bu günüm, ...
Günümüz, qələbəmiz mübarək!           10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə ...
Qarabağa  gedən  yol Vətənimin tarixi qədimdir. Bu tarix özündə neçə-neçə acılı səhnələri, göz ...
  ZƏFƏR TARİXİ    Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir. ...
 Zəfər gətirən müharibə               Azərbaycan adlı dövlət bütün azərbaycanlıların sahib ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr ...
Erməni terror aktları-Gəncə və Bərdə faciəsi II Qarabağ müharibəsində ard-arda məğlubiyyət ...
                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!         XX ...
“Zəfərə gedən yol” Tam da bir il öncə -27 sentyabr 2020-ci il  tarixində  Azərbaycan xalqı 44 ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya fənn birləşmə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənovanın Azərbaycan ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Fatma Kərimovanın müsahibəsi. ...
ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsinin "Fiziki tərbiyə" ...
1. Özünüzü təqdim edin.Mən Əliyeva Tamam Məhəmməd qızı. 29 yaşım var. Azərbaycan Dövlət Pedaqoji ...
Təhsil millətin gələcəyinin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təhsil müəssisələrinin ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…