QARABAĞDAN YÜKSƏLƏN ZƏFƏR HAYQIRIŞI

26 Oktyabr 2021
Author :  

QARABAĞDAN YÜKSƏLƏN ZƏFƏR HAYQIRIŞI

                                      Vətən mənim bu günüm,

                                    Sabahkı toy-düyünüm.

                                    Haqqım var ki, öyünüm

                                 Azərbaycan deyəndə.

Tarix boyu aslanlar yurdu olan torpağımıza çaqqallar diş qıcayıblar,lakin qanında atamız Oğuzun qaynar qanı axan igidlərimiz çiyin-çiyinə dayanıb bu ölkəni yad tapdağından qoruyublar. İllər əvvəl yalanlar və xəyanətlərlə erməni tapdağına verilən torpaqlarımız 1 il öncə cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı və müzəffər ordumuzun cəsarəti ilə geri qaytarıldı. I Qarabağ döyüşlərində canından keçən şəhidlərimizin də qanları yerdə qalmadı və ermənilərin sərsəm böyük Artsax arzuları ürəklərində qaldı. Döyüş tapşırığı yerinə yetirərkən canını heçə sayan igidlərimizin qanlarıyla müqəddəsləşən Qarabağ torpağı bütün Azərbaycanın and yeridir. Yurd üçün şəhid olan bu igidlər xalqın yaddaşında həmişəlik qalacaqlar. Analar övladlarını onların adları ilə səsləyəcəklər. Xalq bu qəhrəmanlar haqqında nağıllar,dastanlar yaradacaq.  Bu igidlər bilərək və istəyərək, ölümün gözünün içinə dik baxaraq, gözlərində atəş qığılcımları, dodaqlarında gülümsəmə, qorxmadan , “Vətən sağ olsun!” deyib şəhadət şərbətini içənlərdir.

Şuşa fatehləri isə artıq əfsanələşiblər. Cənab Prezidentin də çıxışlarında qeyd etdiyi kimi Şuşanın azad olunması əməliyyatları hərb tarixində görünməmiş bir iş idi. Əsgərlərimizin  bu cəsarəti və hərbi manevr bacarıqları,təcrübələri dünyada hərb məktəblərində dərs olaraq öyrədilir. Ordumuzun irəliləməsi və xalqın dövlətlə birliyi bir daha sübut etdi ki,bu xalqı və bu dövləti heç nə , heç kim yıxa bilməz. Çünki istər uşaq,istərsə də yaşlı hamı bir nəfər kimi yumruq olduq birləşdik. Üzərimizə gələn, arxalarına hegemon dövlətləri alan qudurmuş çaqqallara qarşı dəmir yumruqlu canavarlarımız var bizim. Onların “Qarabağ Azərbaycandır!”deyə Qarabağdan yüksələn nərələrini bütün dünya eşitdi və hətta dost görünüb batində düşmən olanların qulaqları kar oldu.

 Xudayarın səsi,Şahid Əhmədlinin Mübariz qardaşının şəhidlik zirvəsinə sancdığı üç rəngli bayraq,Muxtar Qasımlının anasının fəxr edərək baxan gözləri,qazi oğlu 18 yaşlı Nurlan Ağakişiyevin şəkillərdə qalan məsum gülüşü... bu adlar və daha necələri bu xalqın ən dəyərli sərvətidir.  Onların özləri də ,adları da dastana dönərək Azərbaycan xalqının tarix səhifələrinə qızıl hərflərlə həkk olundular. İllər keçəçək,qərinələr dəyişəcək ,amma onlar heç vaxt qocalmayacaqlar həmişə yaddaşlarda qalacaqlar. Vətən uğrunda canından keçən bu igidlərə həyat verən analar kimi hələ neçə-neçə ana oğullar,qızlar böyüdəcək və belə övladları olan Ana Vətən heç vaxt məğlub olub kiməsə boyun əyməyəcək. Bu millətin içindəki Vətən sevgisindən doğan yanğın bu torpaqlara uzanan hər əli yandırıb kül etməyə bəs edəcək qədər güclüdür. Hər kəs anladı və bildi ki bizim səsimiz haqq səsidir. Qarabağ Azərbaycandır!

 

 

                                                  Şərifova Yaqut

                        Azərbaycan dili və ədəbiyyat  fənn birləşməsinin müəllimi

476 Views
Aynur Məmmədli
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi uğurlarımızda, torpaqlarımızın düşmən ...
Aşıq Ələsgər-200   Aşıq Ələsgər irsinin təbliği gənc nəslin milli ruhda tərbiyəsinə ciddi ...
                                              Zəfər tarixi Zəfər tariximizin yolu bir qədər ...
  Çalış öz xalqının işinə yara Geysin əməlinlə dünya zərxara Əsrlərdən-əsrlərə, ...
“Zəfərin Mübarək- Azərbaycan!” ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 5 Noyabr ...
Qeyri-ənənəvi rəsm texnikası   Annotasiya. Məqalədə qeyri-ənənəvi rəsm texnikası haqqında ...
Qarabağ millətimizin ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri ...
QARABAĞDAN YÜKSƏLƏN ZƏFƏR HAYQIRIŞI                                       Vətən mənim bu günüm, ...
Günümüz, qələbəmiz mübarək!           10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə ...
Qarabağa  gedən  yol Vətənimin tarixi qədimdir. Bu tarix özündə neçə-neçə acılı səhnələri, göz ...
  ZƏFƏR TARİXİ    Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir. ...
 Zəfər gətirən müharibə               Azərbaycan adlı dövlət bütün azərbaycanlıların sahib ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr ...
Erməni terror aktları-Gəncə və Bərdə faciəsi II Qarabağ müharibəsində ard-arda məğlubiyyət ...
                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!         XX ...
“Zəfərə gedən yol” Tam da bir il öncə -27 sentyabr 2020-ci il  tarixində  Azərbaycan xalqı 44 ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya fənn birləşmə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənovanın Azərbaycan ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Fatma Kərimovanın müsahibəsi. ...
ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsinin "Fiziki tərbiyə" ...
1. Özünüzü təqdim edin.Mən Əliyeva Tamam Məhəmməd qızı. 29 yaşım var. Azərbaycan Dövlət Pedaqoji ...
Təhsil millətin gələcəyinin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təhsil müəssisələrinin ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…