Zəfər gətirən müharibə

25 Oktyabr 2021
Author :  

 Zəfər gətirən müharibə 

             Azərbaycan adlı dövlət bütün azərbaycanlıların sahib olduğu ən böyük, ən dəyərli sərvətdir. Bu torpağın yetirmələri bu torpağın təəssübünü əsrlər boyu ləyaqətlə, izzətlə qoruyub yeni nəsilə ərmağan edib. Xalq olaraq, millət olaraq tarixi vüqarlı keçmişimizlə qürür duymuş, sınaqlardan ölkənin gələcəyini ləyaqətlə çıxaran sərkərdələrlə fəxr etmişik. Bu gün yenə fəxr edir, qürür duyuruq.

             44 günlük Vəfər müharibəsində nail olunan Zəfər bizə bir daha, bir daha bu xalqa, bu igidlərə güvənməyi öyrətdi. Bəlkə də bu ilkdir... “Müharibə başladı” – deyilir. Və əhali sevinir, əllərində bayraq, dillərində “Qarabağ” şüarıyla böyükdən kiçiyə, hamı küçələrdədir. Ən qəribəsi budur ki, hamı bir-birini təbrik edir. Ümumuiyyətlə, Azərbaycan xalqı həmişə ilklərə imza atanlardandır.

             Otuz ilə yaxın həsrətə, nisgilə son qoyan 44 günlük müharibə, hər gün Zəfər qazanan ordu-sizə minnətdarıq. İllərin həsrətinə son qoydun, illərin acısını dindirdin, illərin nisgilini sildin, illərin möhnətindən xilas etdin.

             Oğullarını Vətən üçün fəda verən, saçları bir gecədə ağaran Analar- Səhid anaları- göz yaşı tökmədi. “Vətən sağ olsun ” dedi. “Torpağı düşmən tapdağında olan oğula, Vətən övladı demərəm”- deyərək, başını dik tutdu. Baş əyirik qarşınızda, əziz Analar. Məhz belə analar elə bu cür igidlər yetişdirə bilər.

             Qələbəyə, Zəfərə inam bu xalqı bir yumruqda birləşdirdi. Elə bu birlik-Xalq, Rəhbər,Ordu birliyi qələbə, zəfər inamını gerçək etdi. Azərbaycan torpaqları qarış-qarış düşməndən təmizləndi. Mübariz oğulların hər gün bir kəndə, bir qəsəbəyə, bir rayona sancdığı üçrəngli bayrağımız dalğalandıqca gücləndik, inandıq. Doğru deyiblər: “El bir olsa, zərbi kərən sındırar”. Var qüvvəmizlə birləşdik, böyük də, kiçik də, qoca da bu vuruşda, bu milli heysiyyət savaşına öz payını verdi. Özünə ayaqqabı almaq əvəzinə təqaüdünü orduya göndərən kim, aldığı azuqəni yollarda dayanıb əsgərə göndərən kim, “birdən əsgərim susuz qalar”, deyə su daşıyan kim, öz tikəsini qəhrəmanlarla bölüşən kim, kimlər, kimlər...

             Sözsüz ki, biz bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.
           Aydındır ki, müharibədə qələbə olduqca çox amillərin bir-birini tamamlaması, ardıcıl, məqsədyönlü, kəsərli, ölçülüb-biçilmiş kompleks səylərin və mübarizənin nəticəsində əldə edilir, lakin müharibənin ilham verəni, bütün xalqı ətrafında birləşdirib vahid məqsəd üçün səfərbər edəni və hər anına rəhbərlik edib yönəldəni olmasa, hazırkı ağır şərtlər altında bu möhtəşəm qələbəyə nail olmaq mümkün olmazdı. Qələbəmiz Prezident İlham Əliyev düşmənin başı üstündə Damokl qılıncı kimi tutduğu yumruğunu xalqımızın birlik və güc simvoluna çevirdi.
           Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq da bütün vətəndaşların güc və enerjisini Qələbəyə yönəltdi. Qələbə də, milli varlığımızı, milli kimlik və mənsubiyyət fəlsəfəmizi, bütövlükdə milli ruhumuzu yeni-yeni keyfiyyətlərlə doldurur, onu yaşadır, əbədi edir. Aydın dərk edilmiş və mübarizədə bərkimiş vətənpərvərlik isə insanı hər zaman qəhrəmanlığa, şərəfli ömür sürməyə və əməli ilə Vətəni, Dövləti şərəfləndirməyə sövq edir.

           Bəli, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd, yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.

          Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Sözsüz ki, Vətən müharibəsində qazandığımız qələbə hamımız üçün böyük qürurdur, fəxrdir.

         İki gün keçməmiş isə Ali Baş Komandan Müzəffər Ordumuzun Vətən müharibəsində qələbə qazandığımızı, düşməni məğlubiyyətə uğratdığını bəyan etdi. Yenə də bayram bayrama qarışdı. Azərbaycan tarixində, milli yaddaşımızda qızıl hərflərlə həkk olunacaq 10 noyabr yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə də sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya  həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da uğurlara çevrildi və sonda danışıqların şərtlərini Azərbaycan tərəfi diktə etdi. 44 gün davam edən Vətən müharibəsi dövründə dünyanın 10-dan artıq nüfuzlu televiziya kanalına və informasiya agentliklərinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı  irəli sürülən bütün yalan informasiyaları ifşa etdi. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

              Gənc nəsilə vətən sevgisini bir daha öyrədən Zəfər müharibəsi- şanlı tariximiz oldu. Səbr kasası dolmuş millətin qəlbinə su çilədin. Otuz illik o möhnətli tarixə 44 gündə kölgə saldın. Ərazi bütövlüyümüzlə bərabər, mənəvi bütövlüyümüz də bərqərar oldu.

              Otuz ilə yaxın həsrətə 44 gündə son qoyan müzəffər ordumuz, sizə minnətdarıq! Bu nisgillə dünyasını dəyişənlərin ruhu sevindi, çox sağ olun! Şuşa həsrətinə son qoyuldu! 44 günlük qəhrəmanlıq savaşımız əsrlər boyu şanlı qürür mənbəyimiz olacaq. Koroğlu, Cavanşir, Nəbi oğulları sizə borcluyuq. İllərlə dünyanın gözünə kül üfürən düşmən ilahi həqiqəti aldada bilmədi.Nəhayət, ilahi ədalət öz yerini tutdu. Bələkdə didərgin salınan oğullar əllərində silahla vüqarla döyüşdülər.

               2020-ci ili bütün dünyanı saran pandemiya ilə qarşıladıq. Amma bəlkə də biz bu ili çox sevdik, bəlkə də azərbaycanlılar bu ili fəxrlə xatırlayacaqlar. 2020-ci ildə bizim vüqarımız, bütövlüyümüz, qələbəmiz dünyaya səs saldı.

              44 günlük müharibə və tarixi qələbə dövlətimizin, xalqımızın, ordumuzun yenilməzliyini nümayış etdirdi.

               “Torpaq, uğrunda ölən varsa Vətəndir”. Ey Vətən, Sən bizimsən. Sən hər qarışı şəhid qanı ilə sulanan müqəddəs and yerimizsən.

             Bizə bu fəxarət düyğularını yaşadanlara eşq olsun!

             Qələbə sevinci ilə qəhərlənərək xalqını təbrik edən Rəhbərə eşq olsun!

             Qarabağ bizimdir!

             Qarabağ Azərbaycandır!

 

Məcidova Ədibə

 Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin müəllimi

                      

212 Views
Aynur Məmmədli
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi uğurlarımızda, torpaqlarımızın düşmən ...
Aşıq Ələsgər-200   Aşıq Ələsgər irsinin təbliği gənc nəslin milli ruhda tərbiyəsinə ciddi ...
                                              Zəfər tarixi Zəfər tariximizin yolu bir qədər ...
  Çalış öz xalqının işinə yara Geysin əməlinlə dünya zərxara Əsrlərdən-əsrlərə, ...
“Zəfərin Mübarək- Azərbaycan!” ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 5 Noyabr ...
Qeyri-ənənəvi rəsm texnikası   Annotasiya. Məqalədə qeyri-ənənəvi rəsm texnikası haqqında ...
Qarabağ millətimizin ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri ...
QARABAĞDAN YÜKSƏLƏN ZƏFƏR HAYQIRIŞI                                       Vətən mənim bu günüm, ...
Günümüz, qələbəmiz mübarək!           10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə ...
Qarabağa  gedən  yol Vətənimin tarixi qədimdir. Bu tarix özündə neçə-neçə acılı səhnələri, göz ...
  ZƏFƏR TARİXİ    Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir. ...
 Zəfər gətirən müharibə               Azərbaycan adlı dövlət bütün azərbaycanlıların sahib ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr ...
Erməni terror aktları-Gəncə və Bərdə faciəsi II Qarabağ müharibəsində ard-arda məğlubiyyət ...
                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!         XX ...
“Zəfərə gedən yol” Tam da bir il öncə -27 sentyabr 2020-ci il  tarixində  Azərbaycan xalqı 44 ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya fənn birləşmə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənovanın Azərbaycan ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Fatma Kərimovanın müsahibəsi. ...
ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsinin "Fiziki tərbiyə" ...
1. Özünüzü təqdim edin.Mən Əliyeva Tamam Məhəmməd qızı. 29 yaşım var. Azərbaycan Dövlət Pedaqoji ...
Təhsil millətin gələcəyinin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təhsil müəssisələrinin ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…