ZƏFƏR TARİXİ

25 Oktyabr 2021
Author :  

  ZƏFƏR TARİXİ

   Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir. Həmin gün Azərbaycan xalqı, dövləti, ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə, zəfər tariximizin başlanğıcına çevrildi. Həmin tarixdən milli qürur,əyilməzlik kimi keyfiyyətlər yenidən mübariz xalqın polad iradəsində tüğyan etdi və biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik,biz qamətimizi düzəltdik, biz 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardıq, biz illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq...

   Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Vətən müharibəsi Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.

   Azərbaycanın dövlət sükanı arxasına keçdiyi ilk andan son dərəcə ağır bir mirasla üzbəüz qalan dövlət başçısının siyasi xəttində ilk növbədə Qarabağ düyününü açmaq, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək, müstəqilliyin ilk günündən bu dövləti və xalqı müşayiət edən yüz minlərlə vətəndaşın qaçqınlıq və köçkünlük müsibətindən xilasına nail olmaq amalı dururdu. Prezident İlham Əliyevin apardığı xətti dünəndən bu günə səhifə-səhifə izlədikcə şahid olursan ki, ölkəmizin hazırki ötkəm mövqeyi illərdən bəri dərindən düşünülərək, sabahları daim göz önündə saxlayaraq davamlı aparılmış ağıllı siyasətimizin, zəncir kimi hər halqası bir-birinə bənd olan doğru yolumuzun nəticəsində qazanılıb. Prezident  “bayrağımızı bir gün Qarabağa sancacağıq” deyəndə düşmən elə bilirdi ki, bu, xalqın hüzurunda verilən sözdür, içilən anddır. Bu əhdi yerinə yetirmək bu dövrün insanlarının, qəhrəmanlarının nəsibi oldu. Deməli, millət həm də ümmət kimi birlikdə olanda güclüdür.

    28 işğal ili boyunca elan edilməmiş müharibə bircə gün də dayanmayıb. Açıq və örtülü şəkildə hər gün davam edib! Yalnız cəbhə xəttində davam etməyib. Siyasət meydanında, beynəlxalq təşkilatlarında, mətbuat səhifələrində davam edib.

   Doğma torpaqların düşmən tapdağında qalmasından, acı bağırsaq kimi uzanan nəticəsiz və gələcəyə heç nə vəd etməyən danışıqlardan bezən ata-baba yurdu həsrətli insanlar dəfələrlə səsini qaldırıb, dövlətə üz tutub, savaş istəyib “Biz Vətən uğrunda ölməyə hazırıq.”söyləyib.

    Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər boyunca çox sərəncamlar, çox fərmanlar imzalayıb, çox qərarlar verib, insanlarımıza çox müraciətlər edib.

    Lakin 2020-ci il sentyabrın 27-də onun imzaladığı ölkədə hərbi vəziyyət elan edilməsi haqqında fərman da, elə həmin gün xalqa müraciəti də əvvəlkilərin hamısından ciddi şəkildə fərqləndi. Müasir həyatımızın və bütöv tariximizin də ən həlledici tarixi müraciəti idi. Sanki, bu hərbi vəziyyət və səfərbərlik elanı ürəklərdən asılmış ağır daşı götürdü, hamı dərindən köks ötürərək “Axır ki!” dedi.

  Bütün ölkəni o əzm, o yekdillik, o böyük ideal qovuşdurdu ki, nəhayət, düşmən tapdağında olan torpaqlarımızı azad edə biləcəyik. Şəhid olaq, ancaq yurdlarımız əsarətdən qurtarsın, qurban gedək, amma yolumuzu gözləməkdən gözünün kökü saralmış işğal altındakı ərazilərimizdə bayrağımız ucalsın!

   Və həmin gün...

   27 sentyabrdan başlanan tarixi gün bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu müharibədə Azərbaycan xalqı da,dövləti də, Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. Azərbaycan Prezidenti torpaqlarımıza qarşı yeni erməni həmlələri başlayan ilk saatlardan sonra xalqa üz tutaraq tam qətiyyətlə: “Bu işğala son qoyulmalıdır və son qoyulacaq”- dedi, “Biz   zəfər çalacağıq!” - söylədi.

    Prezident bu sözləri deyəndə dəmir yumruğu düyümlənmişdi. Bu, Azərbaycan xalqının, Azərbaycan Ordusunun erməni həyasızlığına, erməni irticasına ən ağır zərbəni vuracaq yumruq idi!

   Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişəsinin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə  yerinə yetirdi, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldu. Bütün dünya gördü ki, 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü.

   Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “Dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacayıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi.Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də bu mənfur plan alınmadı, Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi.

   Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyir. Prezident İlham Əliyev həmişə deyirdi ki,o,nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bir il öncə döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi.

   Ali Baş Komandan vurğulayırdı ki, “Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular”. Ona görə də bu gün tam əminliklə deyə bilərik ki, Müzəffər Ordumuz tarixi missiyanı şərəflə yerinə yetirdi, işğal edilmiş torpaqları düşməndən azad etdi.

   8 noyabr 2020-ci il,Qarabağa qovuşduğumuz tarixi gün...Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Qarabağ münaqişəsinə xaqımızın zəfəri ilə NiDA! qoyduğu gündür.

   8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu Müzəffər Azərbaycan Ordusu  Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin-Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq.

   44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünk bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.” Məhz həmin tarix- xalqımızın tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi gün 8 noyabr Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda Zəfər Günü kimi təsis edildi.

   Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi.Düşmənin 30 il ərzində qurduğu, milyonlarda vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi,müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhəyət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.

   İndi biz torpaqlarımıza Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına,qəhrəmanlarımızın şücaəti, milli şərəf lövhəmizi bəzəyən igidlərin hesabına qayıdırıq. Ali Baş Komandanı bir sözünə minlər olub hərbi komissarlığın önünə növbəyə düzülən, arxaya baxmadan,tərəddüd belə etmədən Vətəni qucaqlamağa gedən, silahına sarılıb canıyla-qanıyla “ Qarabağ Azərbaycandır” hayqıran igidlərin sayəsində tarixi Zəfərə qovuşduq. Xalqımız öz şəhidlərini qürurla,” Vətən sağolsun!” deyib qarşıladı,millət öz mənəvi dünyasının böyüklüyünü ortaya qoydu,bütöv Vətən fəlsəfəsinə dəyərli töhvə verdi. Vətən uğrunda şəhid olan balasının tabutuna girən ananın, həyat yoldaşının nəşinə çiyin verən gənc qadının timsalında xalqın qeyrət hünəri kükrədi.

   İndi biz həsrətində olduğumuz Qarabağımıza qayıdırıq. Bu torpaqlarda həyata keçirilən abadlıq-quruculuq işləri doğma diyarı yenidən öz əvvəlki görkəminə qayıdır. Prezident hər Şuşaya gedəndə hər şeyi öz əvvəlki yerinə qoyur,bununla onu həm də öz əvvəlki simasına qovuşdurur. Şuşanı xalqın milli-mədəni sərvətinə çevirən ulu öndər Heydər Əliyevdən qalan quruculuq ənənəsi bu gün daha təsirli formada davam edir. Artıq “Xarıbülbül” festivalı, Vaqif poeziya günləri uzun fasilədən sonra bərpa olunub,Üzeyir bəyin adını daşıyan musiqi günləri artıq Şuşada keçiriir,dahi Bülbülün ev muzeyi öz qonaqlarını qarşılayır. Şuşada aparılan sürətli quruculuq işləri bizi müqəddəs hədəflərimizə daha da yaxınlaşdırır. O, hədəflər arasında uzun illərdir bulokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının tarixi Vətənlə birləşdirilməsi də var. Zəngəzur dəhlizinin işə düşməsini qarşıya mühüm məqsəd kimi qoyan Prezident İlham Əliyev bu hədəfə çatmaq üçün var gücüylə çalışır. İşğaldan azad edilmiş digər torpaqlarımızda başlayan infrastruktur işləri müasir Azərbaycanın gücünə güc qatır.

   Artıq həyatımızda yeni dövr başlayıb. Bu dövrün özünəməxsus özəllikləri var. Biz Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görürük. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunur. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf edib, ölkəmiz haqqında,onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşıb. Onlar görürlər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdit dilində danışmaq olmaz. Çünki,onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən,” Qarabağ Azərbaycandır” kəliməsini Azərbaycan tarixinə əbədi həkk edən Lideri var.      

  Əzizova Şəfəq

Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin müəllimi

                                                           

275 Views
Aynur Məmmədli
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi uğurlarımızda, torpaqlarımızın düşmən ...
Aşıq Ələsgər-200   Aşıq Ələsgər irsinin təbliği gənc nəslin milli ruhda tərbiyəsinə ciddi ...
                                              Zəfər tarixi Zəfər tariximizin yolu bir qədər ...
  Çalış öz xalqının işinə yara Geysin əməlinlə dünya zərxara Əsrlərdən-əsrlərə, ...
“Zəfərin Mübarək- Azərbaycan!” ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 5 Noyabr ...
Qeyri-ənənəvi rəsm texnikası   Annotasiya. Məqalədə qeyri-ənənəvi rəsm texnikası haqqında ...
Qarabağ millətimizin ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri ...
QARABAĞDAN YÜKSƏLƏN ZƏFƏR HAYQIRIŞI                                       Vətən mənim bu günüm, ...
Günümüz, qələbəmiz mübarək!           10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə ...
Qarabağa  gedən  yol Vətənimin tarixi qədimdir. Bu tarix özündə neçə-neçə acılı səhnələri, göz ...
  ZƏFƏR TARİXİ    Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir. ...
 Zəfər gətirən müharibə               Azərbaycan adlı dövlət bütün azərbaycanlıların sahib ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr ...
Erməni terror aktları-Gəncə və Bərdə faciəsi II Qarabağ müharibəsində ard-arda məğlubiyyət ...
                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!         XX ...
“Zəfərə gedən yol” Tam da bir il öncə -27 sentyabr 2020-ci il  tarixində  Azərbaycan xalqı 44 ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya fənn birləşmə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənovanın Azərbaycan ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Fatma Kərimovanın müsahibəsi. ...
ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsinin "Fiziki tərbiyə" ...
1. Özünüzü təqdim edin.Mən Əliyeva Tamam Məhəmməd qızı. 29 yaşım var. Azərbaycan Dövlət Pedaqoji ...
Təhsil millətin gələcəyinin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təhsil müəssisələrinin ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…