QAYIDAN TORPAQLAR - ŞANLI QƏLƏBƏ!

20 Oktyabr 2021
Author :  

                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!

        XX əsrin 80-ci illərinin ikinci yarısından etibarən Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları genişlənmiş və hərbi təcavüzə çevrilmişdir. 1988-1994-cü illəri əhatə edən Birinci Qarabağ müharibəsində Ermənistan Azərbaycan torpaqlarının 20 %-ni işğal etmiş, eyni zamanda həyata keçirdiyi “etnik təmizləmə” siyasəti nəticəsində 1 milyondan artıq vətəndaşımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycana qarşı həyata keçirilən hərbi təcavüz siyasətinin nəticələrinin aradan qaldırılması və münaqişənin həlli yolunda BMT TŞ bir sıra qətnamələr qəbul etmişdir ( 822, 853, 874, 884 saylı). Lakin Ermənistanın destruktiv mövqeyi bu münaqişənin 30 il ərzində nəticəsiz qalmasına səbəb olmuşdur. 2019-cu ildən etibarən Ermənistanın qəbul etdiyi təxribatçı bəyanatlar, təcavüzkar və hücum xarakterli hərbi doktrinalar, işğal olunmuş torpaqlarda qeyri-qanuni məskunlaşdırmalar, “yeni ərazi uğrunda yeni müharibə” çağırışları, mövcud status-kvonu gücləndirmək istəyi, sərhədyanı ərazilərdə tez- tez atəşkəsin pozulması, qoşunların və silah sursatın artırılması və s. ermənilərin yenidən genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdi ki, Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu və əl atdığı tədbirlər regionda sülhün və təhlükəsizliyin pozulmasına, vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.

     Ermənistanın sonuncu təxribatlarına cavab olaraq, həmçinin torpaqlarımızın işğaldan azad olunması, həmvətənlərimizin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün  Azərbaycan xalqı səfərbər və həmrəy oldu. Müqəddəs amal uğrunda 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başladı.

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 27 sentyabr saat 06:00 radələrində Ermənistan tərəfin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır.  Belə ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqeləri, eyni zamanda  Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının əhalinin sıx məskunlaşdığı kəndləri ilə yanaşı, cəbhə xəttindən xeyli uzaqda yerləşən mülki infrastruktur obyektləri müxtəlif çaplı silahlardan atəşə tutulmuşdur.

    Erməni silahlılarının hücumlarına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks tədbirlər gördü. Prezdentin fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət və həmin tarixdə imzalanmış sərəncama görə isə  qismən səfərbərlik elan edildi.  Tərəflər arasındakı qarşıdurmalar getdikcə güclənmiş və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

    Azərbaycan Ordusu tərəfindən həyata keçirilən və “Dəmir Yumruq” adlandırılan hərbi əməliyyatların ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edilmişdir.

    Oktyabrın 3-də xüsusilə şimal cəbhəsi boyu irəliləyişdə üstünlük qazanmaq üçün böyük əhəmiyyətə malik olan Tərtərin Madagiz kəndi işğaldan azad edilmiş  və kəndin adı Prezident İlham Əliyev tərəfindən bərpa edilərək Suqovuşan adlandırılmışdır.

    Qəhrəman ordumuz cənub cəbhə xətti boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-u tarixində isə Hadrut qəsəbəsini düşməndən azad etmişdir.  Hadrutun düşməndən azad olunması ilə Azərbaycan hərbçiləri Xocavənd rayonunun əlverişli mövqelərində nəzarəti ələ aldılar.

    Azərbaycan Ordusunun düşmənə ardıcıl sarsıdıcı zərbələr vurması Ermənistan tərəfini atəşkəs istəməyə məcbur etdi. Rusiyanın təşəbbüsü ilə münaqişə tərəflərinin Xarici İşlər Nazirlərinin  Moskvada 9-10 oktyabr tarixli görüşündə atəşkəslə bağlı razılıq əldə olunmasına baxmayaraq bir neçə saat sonra Ermənistan yenidən hücum cəhdi göstərdi.

    Azərbaycan Silahlı Qüvvələri tərəfindən oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad edildi. Füzulinin işğaldan azad edilməsinin olduqca çətin bir proses olması xüsusilə vurğulanmışdır. Çünki düşmən 30 il ərzində burada möhkəm istehkamlar qurmuşdu. Hətta bir çox hərbi mütəxəssislər düşünürdülər ki, Füzulini azad etmək aylarla vaxt apara bilər. Lakin Müzəffər Ordumuz bu vəzifənin də öhdəsindən layiqincə gəldi və Füzulini tez bir zamanda azad etdi.

    Oktyabrın 18-də Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı.

    Hər bir qarış torpağımız Azərbaycanın igid əsgər və zabitlərinin canı, qanı bahasına azad edilirdi. 22 oktyabr tarixində Zəngilanın Ağbənd qəsəbəsi işğaldan azad edildikdən sonra İranla dövlət sərhədini tam nəzarətə götürən hərbçilərimiz Arazın o tayındakı soydaşlarımız tərəfindən alqışlarla qarşılandılar. 

    Erməni hərbi birləşmələrinin üst-üstə ağır məğlubiyyətləri Ermənistan rəhbərliyinin danışıqlar üçün ABŞ-a üz tutmasına səbəb oldu. Oktyabrın 24-də ABŞ Dövlət Katibinin müavininin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin birgə görüşündən sonra münaqişə tərəfləri arasında Moskva bəyanatına ( 10 oktyabr) əsasən Humanitar Atəşkəs haqqında razılıq əldə olundu. Lakin ertəsi gün düşmən qüvvələr Azərbaycan ərazisinə yenidən hücum cəhdləri etdilər.

     Məşhur “Aypara” və “Qurd Tələsi” taktikası ilə əks hücuma keçən Azərbaycan hərbçiləri Laçın dəhlizinə doğru irəliləyərək Dağlıq Qarabağda yerləşmiş separatçı ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolun 10km-nə nəzarəti ələ aldılar.

    25 oktyabrda Qubadlı rayonu işğaldan azad edildi.

     İkinci Qarabağ müharibəsi yalnız ön cəbhədə gedən hərbi əməliyyatlarla məhdudlaşmırdı. Belə ki, bu müharibənin gedişində Xalq-Dövlət-Ordu birliyi daha da möhkəmləndi və dünya azərbaycanlılarının birliyi bir daha nümayiş etdirildi. Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə bir bütövlük və mükəmməl birlik yaratmışdı. Arxa cəbhədə vətəndaşlar ordumuz üçün yardım kampaniyaları, qanvermə aksiyaları təşkil edir və ordumuza hər cür mənəvi dəstəyi verməyə çalışırdılar.

     Ön cəbhədə isə qəhrəman hərbçilərimiz hərbi əməliyyatları davam etdirirdilər. Oktyabrın sonlarında Çanaqçı kəndi( Xocalı) işğaldan azad olundu və bununla da Şuşa-Laçın yolunun strateji baxımdan əhəmiyyətli hissəsinə nəzarət Azərbaycan hərbçiləri tərəfindən ələ alındı. Beləliklə, Şuşanın azad olunması uğrunda döyüşlər başlandı. Qarabağın tacı, döyünən ürəyi olan Şuşa təbii istehkam olduğu üçün şəhərə ağır silahlarla daxil olmaq mümkün deyildi. Şuşanın azad edilməsi üçün ya havadan hərbi hücumlar edilməli,  yaxud da yüngül silahlarla əlbəyaxa döyüş variantı seçilməli idi. Şuşanı tez bir zamanda azad etmək üçün əlbəyaxa döyüş taktikası seçildi. Azərbaycan tərəfinin hesablamalarına görə ərazi baxımından buraya 5 gün piyada yol gedilməli idi. Ermənistan komandanlığı Azərbaycan qüvvələrinin Qırmızı Bazar istiqamətində hücuma keçəcəyini güman edirdi. Azərbaycan qoşunlarından gözlənilən 2ci həmlə isə Laçın ərazisindən idi. Lakin Azərbaycan komandanlığı ordunun hərəkət ardıcıllığına, hərbi əməliyyatların miqyasına uyğun bir plan hazırlayaraq Şuşaya sıx Qarabağ meşələrindən 3 gün ərzində onlarla kilometr məsafəsində yeni yol açmışdı.

     Yalnız yüngül silah sursatla silahlanmış Azərbaycan Xüsusi Təyinatlıları Şuşanın sıldırım qayalarına dırmaşaraq bir neçə yerdən şəhərə daxil oldular. Bu zaman hətta hərbçilərimiz yaralı döyüş yoldaşlarını da özləri ilə çiyinlərində daşımışdılar. Eyni zamanda işğaldan azad edilmiş Daşaltı kəndindəki hərbi birliklərin atəş dəstəyi ilə düşmənin sonuncu müqaviməti də qırıldı və Şuşa şəhəri düşməndən azad edildi.

    Ali baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi.

    Noyabrın 9-u Dövlət Bayrağı günü  Müzəffər Ordumuz daha 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəkliyi işğaldan azad etdi. Bununla da 300 yaşayış məntəqəsi işğaldan azad edilmiş oldu. Şuşa uğrunda gedən döyüşlər və əldə olunan qələbə ermənilərin məğlubiyyəti qəbul etməsi ilə nəticələndi.

    Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan arasında münaqişə zonasında hərbi əməliyyatların dayandırılması haqqında birgə bəyanat qəbul edildi.  Bəyanatın şərtlərinə əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana təhvil verilməlidir.

    2020-ci il 27 setyabrda başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi qlobal pandemiyanın baş verdiyi şəraitdə böyük qələbəylə nəticələndi.  İllərdir doğma yurdlarından ayrı düşmüş Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu.

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti, xalqımızın əzmi və iradəsi, müasir ordu quruculuğu və Xalq-Dövlət-Ordu birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan xalqımız tarixi zəfər qazandı.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin dekabrında Vətən müharibəsinin yekunları ilə bağlı bir neçə fərman və sərəncamlar imzaladı.  Bu sənədlərə əsasən hər il 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər günü kimi təsis olundu.

   Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 4 dekabr 12:00-da bir dəqiqəlik sükutla yad edildi.

    Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün YAŞAT fondunun yaradılması haqqında fərman imzaladı. Döyüşlərdə iştirak etmiş minlərlə hərbçi müxtəlif orden, medal və fəxri adla təltif edildi.

    Eyni zamanda Vətən müharibəsində qazanılmış möhtəşəm tarixi qələbəyə və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması nəzərdə tutuldu.

    Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında ölkə ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə müzəffər ordumuzun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirildi.

   Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müharibə bitdikdən sonra işğaldan yenicə azad olunmuş ərazilərə bir neçə dəfə səfərlər etdi və orada yeni layihələrin (Füzuli hava limanı, Şuşaya yol və s. ) təməlini qoydu. 2021-ci ilin yanvarında Qarabağ Dirçəliş Fondu yaradıldı.

     Qasımlı Aynur Mikayıl qızı  

184 Views
Aynur Məmmədli
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi uğurlarımızda, torpaqlarımızın düşmən ...
Aşıq Ələsgər-200   Aşıq Ələsgər irsinin təbliği gənc nəslin milli ruhda tərbiyəsinə ciddi ...
                                              Zəfər tarixi Zəfər tariximizin yolu bir qədər ...
  Çalış öz xalqının işinə yara Geysin əməlinlə dünya zərxara Əsrlərdən-əsrlərə, ...
“Zəfərin Mübarək- Azərbaycan!” ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 5 Noyabr ...
Qeyri-ənənəvi rəsm texnikası   Annotasiya. Məqalədə qeyri-ənənəvi rəsm texnikası haqqında ...
Qarabağ millətimizin ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri ...
QARABAĞDAN YÜKSƏLƏN ZƏFƏR HAYQIRIŞI                                       Vətən mənim bu günüm, ...
Günümüz, qələbəmiz mübarək!           10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə ...
Qarabağa  gedən  yol Vətənimin tarixi qədimdir. Bu tarix özündə neçə-neçə acılı səhnələri, göz ...
  ZƏFƏR TARİXİ    Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir. ...
 Zəfər gətirən müharibə               Azərbaycan adlı dövlət bütün azərbaycanlıların sahib ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr ...
Erməni terror aktları-Gəncə və Bərdə faciəsi II Qarabağ müharibəsində ard-arda məğlubiyyət ...
                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!         XX ...
“Zəfərə gedən yol” Tam da bir il öncə -27 sentyabr 2020-ci il  tarixində  Azərbaycan xalqı 44 ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya fənn birləşmə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənovanın Azərbaycan ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Fatma Kərimovanın müsahibəsi. ...
ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsinin "Fiziki tərbiyə" ...
1. Özünüzü təqdim edin.Mən Əliyeva Tamam Məhəmməd qızı. 29 yaşım var. Azərbaycan Dövlət Pedaqoji ...
Təhsil millətin gələcəyinin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təhsil müəssisələrinin ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…