Print this page

“Şəhidlər ölməz –Vətən bölünməz”adlı maarifləndirici vebinar

26 May 2021
Author :  

26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər fənn birləşməsinin müəllimləri Amurəhmədov Lalə Baba və Əsgərova Vüsalə Nürədin təşkilatçılığı ilə “Şəhidlər ölməz –Vətən bölünməz”adlı maarifləndirici vebinar-tədbir təşkil olunmuşdur. Tədbirdə kollecin direktoru, dossent İsrail İsa oğlu İsgəndərov, Tədris işləri üzrə direktor müavini- Məhbubə Məmmədova, Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva,və digərləri o cümlədən qazi tələbələrimiz Anar Alıyev, Zahir Fərəczadə, Vüsal Cəfərli və kollecin şəhid olmuş məzun tələbələrinin yaxınları – II Qarabağ müharibəsinin qadın şəhidi, kollecimizin tələbəsi olmuş Arəstə Baxışovanın ailə üzvləri, anamız Məktubə xanım, qardaşı Vüqar Baxışov, övladları Mərdan və Zəhra və şəhid Asif Kərimovun yaxın qohumu kollecin Texnologiya şöbəsinin I kurs tələbəsi Nazpəri Hüseynova iştirak etmişdir. Tədbirin əsas məqsədi təlim –tərbiyəsi ilə məşğul olduğumuz gənc nəslə şəhid və qazilərimizi örnək tutaraq onların keçdiyi şərəfli döyüş yolu barədə məlumat vermək, şəhid və qazilərimizlə sinxron görüş tədbiri hazırlamaqla onları tələbələrə tanıtmaqdan ibarət idi.

322 Views
Aynur Məmmədli

Latest from  Aynur Məmmədli

We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…