Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması

08 May 2021
Author :  

Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması

Gənclərin peşə marağının öyrənilməsi, qabi­liyyətlərinin müəyyənləşdirilməsi, peşələrə aid bilik, bacarıq və vərdişlər kolleclərdə peşə yönümü­nün məzmununu təşkil edir. Tələbələrdə peşəyə maraq oyatmağın elmi-nəzəri əsaslarını kamil bilmək müəllim uğurunun etibarlı bünövrəsidir. Müasir dövrdə peşəyönümü işini təlim və tərbiyənin tərkib hissəsi kimi dərk edən müəllim bacarığını elə istiqamətləndirməlidir ki, tələbələrdə peşələrə maraq oyada bilsin. Bu baxımdan tələbələrin peşəyönümü tərbiyəsində, onların müxtəlif peşələrə istiqamətləndirilməsində ədəbiyyat fənninin imkanları genişdir. Bədii ədəbiyyat müxtəlif peşəli obrazlar silsiləsilə zəngindir. Ədəbi qəhrəmanların peşəsinə vurğunluğu tələbə şəxsiyyətini tərbiyə edir, onlarda bütün peşələrin faydalı olması qənaətini yaradır. Müsbət obrazın peşəsi bacarıqlı müəllimin şərhində elə qüdrətli zirvəyə ucaldılır ki, tələbə də həm bu zirvəni aydın görür, həm də bu zirvə onu heyrətləndirir.

Bəşəriyyətin ən böyük dühalarından olan Nizami Gəncəvinin yaradıcılığı xalqımızın elə bir möhtəşəm və mənəvi xəzinəsidir ki, bu xəzinənin 880 ildir  ki, qiyməti, dəyəri artır. Bu həmişəyaşar poeziya tərbiyə olunan gənc nəslin mənəvi cəhətdən formalaşmasında əhəmiyyətli rol oynayır. Onun “Xəmsə”sində dini və fəlsəfi, hüquqi və əxlaqi, elmi və estetik baxışları bir-birini tamamlayan sistem şəklində açılır. N.Gəncəvinin yaradıcılığı tələbələrdə əmək tərbiyəsi aşılamaq üçün müəllimlərə zəngin material verir. Əmək və peşə anlayışlarını əlaqəli şəkildə izah edərkən tələbələrdə bu inam formalaşır: hər hansı bir peşəni kamil bilmək üçün gərgin əmək sərf etmək lazımdır. İnsan çalışmalıdır ki, öz sənətinin kamil ustası olsun, seçdiyi peşənin dərinliyinə və incəliklərinə bələd olsun. Bu baxımdan Nizami Gəncəvinin yaradıcılığı olduqca səciyyəvidir:

Həm həkim, həm fəqih olsan sən, əgər,

Hamının yanında adın yüksələr.

Həyat da, ölüm də qul olar sana,

Səadət və şöhrət düşər payına.

Bir elm öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Məndən söyləməkdir, səndən eşitmək,

Bir insan əliboş gəzməsin gərək. (“Leyli və Məcnun”)

 

Dahi şair əsərlərində əkinçi, bağban, çalğıçı, kərpickəsən, dəllək, qulluqçu, çoban, rəssam, alim, memar, usta və s. kimi surətlər yaratmışdır. Məsələn, “Yeddi gözəl” poemasında dörd il sürən quraqlığın başa çatması münasibətilə keçirilən şənliklərdə iki fərsəng cərgədə düzülüb bərbət, rübab və çəngi səsləndirilməsini təsvir etmişdir. “Xosrov və Şirin” poemasında Nizami Gəncəvi Fərhadı bir mühəndis, sənətkar kimi təqdim edir. Şirin Qəsri-Şirinə çəkdirmək haqqında Şapurla məsləhətləşəndə şair Şapurun dili ilə Fərhadı Şirinə belə təqdim edir:

“Fərhad adlı bir cavan vardır,

Usta mühəndisdir, bir sənətkardır”.

Bu bədii obrazlar şairin xalqına, onun sadə nümayəndələrinə ehtiramının bədii ifadəsidir. Ləyaqəti, fərasəti, ağlı ilə hökmdarlardan yüksəkdə duran bu obrazlarda şair humanist ideyalarını daha qabarıq şəkildə göstərmişdir.

Şairin “Xəmsə”sində memarlıq, xalçaçılıq, musiqi, rəssamlıq və s. sənətlər haqqında dəyərli fikirlər kifayət qədərdir. “Yeddi gözəl” poemasında N.Gəncəvi rənglərin xüsusiyyətlərini, rəssamlıq sənətinin əhəmiyyətini, estetik tərbiyədə bu sənətin rolunu mahir rəssam kimi vəsf edir. Bu cəhətdən, “Yeddi gözəl” poemasında Bəhramın yeddi rəngdə yeddi günbəz tikdirməsi haqqındakı hekayələr daha çox diqqət çəkəndir.

Nizami Gəncəvinin poemalarında xalq sənətlərinə və xüsusən xalçaçılıq sənətinə, saraylar bəzəyən gözəl xalça təsvirlərinə geniş yer verilib. “İsgəndərnamə” əsərində İsgəndərin Bərdə şəhərinə Nüşabənin sarayına qonaq getməsi səhnəsini, “Xosrov və Şirin”də Xosrovun Şirinin qəsrinə getməsi səhnəsini təsvir edərkən müxtəlif xalça növlərinə, Xosrovun ova çıxmasını təsvir edərkən məfrəşin və “Yeddi gözəl” əsərində Azərbaycanda çox geniş yayılmış xalça məmulatı olan heybənin təsvirini verib. Təsviri incəsənət dərslərində xalçaçılıq sənətinin inkişaf tarixindən və xalça məmulatlarının müxtəlif növlərindən bəhs edərkən bu faktlardan bir dəlil kimi istifadə olunması həm tələbələrin bu barədə biliklərini genişləndirir, həm də şairi xalça sənətinin bilicisi kimi də onlara sevdirir.

Müasir elmi pedaqogikaya görə, əmək tərbiyəsinin başlıca istiqamətlərindən, tərkib hissələrindən biri peşəyönümü işidir. Peşəyönümü işində peşə maarifi, peşələrə maraq və peşə seçmək üçün məsləhətin verilməsi mühüm rol oynayır. “Xəmsə”nin bu məsələlər baxımından tədqiqi və təhlili göstərmişdir ki, dahi Nizami demək olar ki, bütün poemalarında müxtəlif peşə və sənət növlərinə diqqəti cəlb etmiş, onların əhəmiyyətini, səciyyəvi xüsusiyyətlərini, cəmiyyətdəki mövqeyini açıb göstərmişdir. Ona görə də tələbələrdə peşələrə maraq tərbiyəsi məqsədilə şairin müvafiq fikirlərindən istifadə edilir.

Məmmədli Naibə Aqil

 

293 Views
Aynur Məmmədli
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…