Print this page

2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” platformasında tədrisin təşkili haqqında.

29 Avqust 2019
Author :  
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” platformasında tədrisin təşkili haqqında:
Həyatın müasir ritmi təhsil prosesinin tam mənası ilə keçirilməsinə həmişə imkan vermir. Bilik əldə etməyə mane olan səbəblər kifayət qədər çoxdur. Lakin oxumaq və öyrənmək lazımdır. Son dövrlərdə dünyada baş verən koronavirus pandemiyası səbəbi ilə tədrisin distant formaya keçirilməsi zəruri çıxış yolu kimi göründü. Sağlamlığın qorunması, təhlükəsizliyin təmin edilməsi və təhsilin davam etdirilməsi üçün mövcud şəraitdə kollec məsafədən təhsil yolunu seçdi. Təlim-tədris prosesinin dayanmaması, təhsilin mümkün olduğu qədər səmərəli təşkili üçün müxtəlif tədris platformalarının istifadəsi zərurət olaraq qarşıya qoyuldu. Kollecdə 2020-ci ilin mart ayından etibarən “ZOOM”, “ Microsoft Teams” platformalarından istifadə edərək tədris prosesi təşkil olundu. “Davamlı təhsil və təlim” şöbəsi 2020/2021-ci tədris ilində məsafədən tədrisin təşkilində pedaqoji kollektivin imkanlarının təyin edilməsi və çətinliklərin aradan qaldırılması, müəllimlərin “Microsoft Teams” platformasından istifadə etmək bacarıqlarının təkmilləşdirilməsi, məsafədən təhsilin keyfiyyətinin artırılması məqsədi ilə “Onlayn tədrisin alətləri” mövzusunda təlim təşkil etdi və keçirildi. Təlimdə kollecin 130-140 müəllimi iştirak etmişdir.Lakin kollecin müəllim kollektivi bununla kifayətlənmədi və 2020/2021 tədris ilinin fevral ayında “Moodle” tədris platforması ilə tanışlığa başladı. Keçirilən təlimə kollecin 80 -ə yaxın müəllimi həvəslə qoşuldu.
“Moodle” nədir? Moodle - təlim prosesinin təşkilinin daha bir effektiv modeli, distant tədrisin təşkili üçün optimal həll üsuludur. Bu platforma çərçivəsində pedaqoq öyrənilən materialın yerləşdirilmə ardıcıllığını və qrafikini sərbəst seçə bilər, həmçinin materialın mənimsənilməsi səviyyəsini yoxlaya bilər. Tələbələr, xüsusilə qiyabi təhsil alan tələbələr üçün, bu platformadan istifadə çox əlverişlidir. Bu gün üçün Moodle – elektron təlimin ən populyar platformalarından biridir.
Təlimin nəticəsi olaraq fevral ayında “Moodle” platformasında 76 müəllim 87 fənn kurslarını yaratdılar və tələbələri bu kurslara əlavə etdilər. Rekord göstərici, sədri Lətifə müəllimə Ələkbərova olan, Riyaziyyat-İnformatika fənn birləşməsinə aiddir. Bu fənn birləşməsinin 19 müəllimi ümumilikdə 24 kurs yaratmış və hal - hazırda fəaliyət göstərirlər. Digər fənn birləşmələrindən - pedaqogika – psixologiya, təbiət elmləri, xarici dil fənn birləşmələrinin müəllimləri də bu işdə göstərdikləri təşəbbüs və səyə görə öndə gedənlərdəndir. Bu, kiçik bir dövr üçün böyük bir müvəffəqiyyətdir.
“Moodle” platformasında kurslarının yaradılmasında, müəllimlərin öz fərdi kurslarının üzərində fəaliyyət göstərməsində, öyrədici videoların hazırlanmasında, müəllimlərin maarifləndirilməsində, materialların hazırlanıb yerləşdirilməsində kollecin müəllimlərinə göstərdikləri yardıma görə riyaziyyat – informatika fənn birləşməsinin müəllimlərindən Samirə Kərimovaya, Əsmər Qasımlıya, Leyla Xambatovaya xüsusi təşəkkürümüzü bildiririk. Tələbələrin Moodle-da tədrisə qoşulması, bu platforma üzərindən tədris prosesinin təşkili davam etdirilir. Qarşıda duran prioritetlərdən biri kollecin müəllimlərinin əksəriyyətinin bu platformada fəaliyyətinin təşkili və davam etdirməsidir. Bu işdə müəllim kollektivimizə uğurlar arzu edirik.
 
Davamlı Təlim və Təhsil
 
2593 Views
Fərhad Mirəliyev

Latest from  Fərhad Mirəliyev

We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…