ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Təsviri incəsənət müəllimliyi” ixtisasında keçirilən dərslər

16 Aprel 2021
Author :  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına (tədrisin onlayn formada keçirilməsinə dair) və 10 sentyabr 2020-ci il 332 №li “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” haqqında qərarına (praktik məşğələlər tələb olunan fənlər üzrə təhsilalanların fiziki iştirakı)  əsasən ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Təsviri incəsənət müəllimliyi” ixtisasında – Boyakarlıq-1, Rəng, Kompozisiyanın əsasları və Materialların texnologiyası fənləri, “Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi” ixtisasında isə İxtisas rəsmi və bədii qrafika, Geyimlərin konstruksiyası və modelləşdirilməsi - 2, Tikiş məmulatlarının texnologiyası, Mühəndis qrafikası və kompüterdə modelləşdirmə  fənlərindən 16 fevral 2021-ci il tarixindən ənənəvi dərslər keçirilir.

        “Texnologiya” fənn birləşmə komissiyasının müəllimi Kəmalə Qayıbova “Geyimlərin konstruksiyası və modelləşdirilməsi” fənninin əyani tədrisində tələbələrə bir sıra bacarıqlar formalaşdırır. Baza torun qurulması zamanı tələbələrə nəzarət, düz istiqamətləndirmək, ölçülərin götürülməsi, düstürların tətbiqinə diqqət yetirmək, müxtəlif model geyimlərin konstruksiyasının (çertyojun) millimetrovkada qurulması, masştab xətkeşi ilə istifadə, ülgünün hazırlanması, ülgünün parça üzərində düzülməsi, kəsilməsi, tikiş payların qoyulması, məmulatın tikiş ardıcıllığı, parçaların xüsusiyyəti və sair, eyni zamanda kollec tərəfindən təmin edilmiş material və texniki vəsaitlərdən istifadəsi şərait yaradır ki, tələbələr fənni yüksək səviyyədə mənimsəsinlər. Tələbələr praktik iş zamanı konkret materiallardan istifadə edir. Təkcə gözlə görmək (yəni görmə duyğusu) böyük effekt vermir. Tələbə materialı əlinə götürməlidir ki, onun bərk və ya yumşaq, isti və ya soyuq, ağır və ya yüngül, hamar və ya nahamar olduğunu anlasın. Onu biçməyi, kəsməyi, tikməyi öyrənsin, materialların fiziki,  kimyəvi, mexaniki xassələri ilə tanış olsun, onları nəzəriyyə materialları ilə tutuşdursun və bunarın əsasında görəcəyi işə dair müstəqil qərar qəbul etsin. Dərk etmə prosesində nə qədər çox duyğu üzvü iştirak edərsə qavranılan material bir o qədər yadda qalan olur. Distant yolla bunları lazımi səviyyədə etmək mümkün deyil, lakin əyani tədris zamanı buna müvəffəqiyyətlə nail olunur.

               

 

 

                “Texnologiya” fənn birləşmə komissiyasının müəllimi Pərvin Yusifova “Tikiş məmularlarının texnologiyası” fənninin tədrisində əyani materiallarla praktik iş zamanı  tələbəyə ixtisaslaşdığı peşə sahəsi üzrə bilik, bacarıq, vərdiş, davranış, ünsiyyət, kollektivdə işləmək, qərar qəbul etmək, fikir bildirmək, işi planlaşdırmaq, öyrəndiyini praktik olaraq tətbiq etmək və sair məsələləri özündə ehtiva edən kompetensiyaları aşılamağa çalışır.

       

 

                “Texnologiya” fənn birləşmə komissiyasının müəllimi Zəkiyyə Quliyeva “Mühəndis qrafikası və kompüterdə modelləşmə” fənnini əyani tədris edir. “Mühəndis qrafikasi və kompyuterdə modelləşmə” fənni həm qabiliyyət tələb edən, həm də texniki fənn olduğu üçün qrafiki işlərin qurulmasında müxtəlif alət və ləvazimatlardan istifadə olunur. Z.Quliyeva tələbələrə müxtəlif tipli karandaşlardan, elastik pozanlardan, əyri xətlərin qurulmasında pərgar və lekal əyrilərindən, A3 və A4 formatlı kağızlardan, müxtəlif üçbucaqlardan, xətkeşlərdən istifadə edərək fəza fiqurlarının horizontal və frontal profil müstəvisi üzərində proeksiyalarının qurulmasını öyrədir.

 

 

 

        “Təsviri incəsənət və fiziki tərbiyə” fənn birləşmə komissiyasının müəllimi Rəsmiyyə Mahmudova tələbələrlə gundəlik olaraq emalatxanada praktiki dərslər keçir. Dərslər qarışıq üslubda keçirilir. Məsələn Rəng dərsində demək olar ki, rəssamlığın butun texnikaları - sulu boya, yağlı boya, akril boya, keramika və vitraj boyalari ilə işləmə üslubları tələbələrə çatdırılır. Burada parça, kətan, kağız, karton, kötuk hətta, şuşə uzərində isləmə texnikası öyrədilir. Eyni zamanda Master klass göstərməklə tələbələr təcrubə qazanırlar. Hal-hazırkı dərslərdə vətən uğrunda canından keçərək şəhid olan qəhrəmanlarımız və vətənimizin səfali guşələrini təsvir edən rəsmlər çəkilir. Bu prosses yağlı boyalarla kətan üzərində tətbiq edilir.

 

       

3105 Views
Aynur Məmmədli
Erməni terror aktları-Gəncə və Bərdə faciəsi II Qarabağ müharibəsində ard-arda məğlubiyyət ...
                                                 QAYIDAN TORPAQLAR  -  ŞANLI QƏLƏBƏ!         XX ...
“Zəfərə gedən yol” Tam da bir il öncə -27 sentyabr 2020-ci il  tarixində  Azərbaycan xalqı 44 ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika və Psixologiya fənn birləşmə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənovanın Azərbaycan ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Fatma Kərimovanın müsahibəsi. ...
ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsinin "Fiziki tərbiyə" ...
1. Özünüzü təqdim edin.Mən Əliyeva Tamam Məhəmməd qızı. 29 yaşım var. Azərbaycan Dövlət Pedaqoji ...
Təhsil millətin gələcəyinin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə təhsil müəssisələrinin ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya müəllimliyi ixtisası üzrə ...
Azərbaycan Dövlət Pedaqoji Kollecinin uğurlu nəticəsi!   5 iyul tarixindən etibarən start verilən ...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərovun 64-cü doğum ...
26.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici Dillər ...
15.05.2021-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Həmkarlar ...
Nizami Gəncəvinin əsərlərində peşəyönümlü tərbiyənin aşılanması Gənclərin peşə marağının ...
  İsrayıl İsgəndərov: “İnsan beyni azad düşünəndə onun məhsuldarlığı daha çox olur” ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət fakültəsinin tələbələri ...
"Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?" – Mektebgushesi.az-in ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 №li Qərarına ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini, ...
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə ...
Hörmətli tələbələr, "Xüsusi karantin rejimi dövründə ADPU-nun nəzdində ADPK-da tədris və ...
ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri təşəkkürnamə ilə təltif ...
08.01.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində ...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini ...
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 03.02.2021 tarixində Microsoft Teams ...
ADPU-nun rektoru professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici ...
ADPU –nun nəzdində ADPK-nın Sabunçu korpusunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ...
2020/2021 tədris ilində ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Moodle” ...
ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ...

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…