Print this page

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsildə korreksiyaedici təlim ixtisasının 3-cü kurs tələbəsi Həmidə Babayeva Fəxri Fərmanla təltif olunub.

23 Mart 2021
Author :  
Şəhidlərin xatirəsinə həsr olunan rəsm sərgisi  Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə təşkilatçılığı ilə gənc rəssam Həmidə Babayevanın şəhidlərin xatirəsinə həsr olunan əl işlərindən ibarət rəsm sərgisi keçirilib. Sərgi “Azərkitab”ın nəzdində fəaliyyət göstərən “Əzim Əzimzadə” adına qalareyada baş tutub.
Tədbir eyni zamanda “Zoom” proqramı vasitəsi ilə onlayn formatda təşkil olunub. Çıxış edən qonaqlar yaradıcı gəncin Vətən müharibəsi tarixini əbədiləşdirməsini yüksək qiymətləndiriblər. Gənc rəssam Həmidə Babayevaya “Vətən müharibəsi şəhidlərinin ailələrinə göstərdiyi diqqət və qayğıya görə” “Azərkitab”ın və Neapol-Bakı Assosiasiyasının Fəxri fərmanları təqdim edilib.
Gənc rəssam Həmidə Babayevanın şəhidlərin xatirəsinə həsr olunan əl işlərindən ibarət rəsm sərgisinin təşkilində məqsəd şəhid ailələri ilə daha ətraflı həmsöhbət olub dərdlərini dinləmək idi. Dərdləri elə onların göz yaşı idi. Amma qürurla “Vətən sağolsun” sözləri ilə dolu damcılar axırdı üzlərindən.

  

2264 Views
Aynur Məmmədli

Latest from  Aynur Məmmədli

We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…