Print this page

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan müsahibə

25 Aprel 2021
Author :  
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Mustafayeva Qəmərxanım xanımla olan müsahibəni sizlərə təqdim edir və məzunumuza gələcək fəaliyyətində uğurlar arzulayırıq!
 
1. Özünüzü təqdim edin.
Mən Mustafayeva Qəmərxanım Tahir qızı. 20 yaşım var. Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunuyam.
 
2. Hansı ixtisas və neçənci ildə məzun olmusunuz?
2016-2020-ci il tədris illərində həmin Kollecin "Ailə və ev təhsili" fakültəsinin 4ae2 qrup tələbəsi olmuşam. Hal- hazırda Bakı şəh.Sabunçu ray. Maştağa qəsəbəsində fəaliyyət göstərən "Elm tədris mərkəzində" baş Defektoloq/Loqoped vəzifəsində öz pedaqoji fəaliyyətimi göstərirəm.
 
3. Tələbəlik illərində yaşadığınız çətinliklər?
Tələbəlik illərimdə şükürlər olsun ki, heç bir çətinliyim olmayıb. Daha doğrusu desək, bizim çətinlik çəkməyimizə Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim kollektivi heç bir əngəl yaratmayıb. Əgər hər hansı bir anlaşılmazlıq olubsada belə həmin məsələni yerindəcə həll etməyə çalışıblar.
 
4.Tələbəlik illərindən olan xoş xatirəniz?
Tələbəlik illərimdən o qədər xoş xatirələr var ki....
Bu gün sizə müsahibə verən zaman əlimə tələbəlik illərinin foto şəkili düşdü. Şəkilə baxa-baxa xəyalən tələbəlik illərinə qayıtdım.
Hər gün, hər ay, hər il kino lenti kimi göz önündə canlandı. Mən belə düşünürəm ki, bizim üçün tələbəlik illərindən gözəl illər yox imiş. Ona görə ki insan həyatının bütün qayğılarını,sevinclərini məhz tələbəlik illərində yaşayır. Kaş əlimizdə sehirli çubuğumuz olaydı, o illəri geri qaytara bilərdik. Amma təəssüflər olsun ki, keçən günləri geri qaytara bilmərik.
Müsahibə vasitəsilə bizə o xoş günləri yaşatdığlarına görə başda ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dosent İsrayıl İsgəndərov 'a həmin kollecin "Ailə və ev təhsili" fakültəsinin şöbə rəhbəri Babayeva İradə xanıma, tyutor Gülnarə müəlliməyə və bütün müəllim kollektivinə xüsusi təşəkkürümü bildirirəm.
 
5.Tələbə və bizi seçəcək abituriyentlərə məsləhətiniz?
Ümumiyyətlə bu həyatda hər kəs öz sevdiyi peşənin sahibi olmalıdır. Ona görə ki zamanında öz peşəsini layiqincə yerinə yetirsin deyə. Bunu da unutmayaq ki, "Müəllimlik"peşəsi çox ali və şərəfli peşədir. Ümumilliderimiz H.Əliyev də belə vurğulamışdır:
"Mən yer üzündə Müəllimdən başqa ad tanımıram.
 Sonda isə bütün tələbə və abituriyentlərə o tələbəlik hissini yaşamağı arzu edirəm.
1048 Views
Aynur Məmmədli

Latest from  Aynur Məmmədli

We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…