Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 avqust 2020-ci il Tədbirlər Planının 4.2.3. bəndini əsas tutaraq insan alveri və məcburi əmək cinayətlərinin törədilməsi halları ilə bağlı cəmiyyətdə təlim-tərbiyənin tənzim edilməsi ilə bağlı 5 dekabr 2020-ci ildə ADPK-nın humanitar fənn birləşməsinin "İnsan alverinin qurbanı olma" mövzusunda tələbələrin və müəllimlərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Tədbirdə ADPK-nın tarix müəllimi Zalıyeva Nailə və tarix müəllimi Nəsirli Nərmin məruzə etmişdilər. Məruzələr ətrafında tələbələrlə diskussiya keçirilmiş və insan alverini törədən səbəblər və onların nəticələri barədə geniş müzakirələr aparılmışdır.
İnsan alverinin cəmiyyətə vurduğu zərərlə bağlı slayd və video nümayiş etdirilmişdir.