Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması"hədəfinə uyğun olaraq 26-27 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilatçılığı və Azərbaycan Bank Tədris Mərkəzinin təşəbbüsü ilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaş və tələbələri üçün onlayn təlim keçirilmişdir.
Təlimin əsas məqsədi əhali arasında maliyyə savadlılığını artırılmasına yönəldilmişdir.
ABTM-nin Biznes inkişaf meneceri Rauf Ağayev təlim zamanı "Məsuliyyəti borclanma" mövzusunda çıxış etmişdir. Bundan başqa Mərkəzi Bankın mütəxəssisi Fərəh Əliyeva Mərkəzi Bankın elektron resursları olan Maliyyə Savadlılığı portalı, Virtual təhsil platforması və Maliyyə məhsullarının məlumat axtarışı sistemi haqqında geniş məlumat vermiş, bu sistem vasitəsilə banklar haqqında tez bir zamanda məlumat almaq və müqayisə etmək və əlverişli bir nəticə çıxarmaqda köməklik göstərməsi haqqında ətraflı məlumat vermişdir.
Təlimdə iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk!