ADPU nəzdində ADPK-nın əziz tələbələri, müəllimləri, inzibat-təsərrüfat heyəti, hörmətli təhsil ictimayyəti,
Bu gün yeni tədris ilinin ilk günüdür, bu günü hər kəs böyük ümid, sevinc və inamla gözləmişdir. 2004-cü ildən etibarən bu gün - 15 sentyabr "Bilik Günü" kimi qeyd olunur. Hər il böyük sevinclə, təntənəli şəkildə qeyd etdiyimiz həyəcanlı günü bu il bir az fərqli formada keçiririk. Bütün dünyanı ağuşuna alan COVID-19 virusu bizim ölkədən də yan keçmədi. Bu səbəbdən mart ayından etibarən təlim, tərbiyə və tədris prosesi məsafədən idarə edildi. Ölkə başçısı cənab prezident İlham Əliyevin xüsusi diqqəti əsasında itkilər minimuma endirildi. Hazırlıqsız yaxalandığımız vəziyyət qarşısında bəzi problemlər yaşasaq da, Azərbaycan təhsil ictimayyətinin bir üzvü kimi əzmkar kollektivimizin səyləri və Təhsil Nazirliyinin, ADPU-nun rektoru professor Cəfər Cəfərovun dəstəyi nəticəsində çətinliklərin öhdəsindən layiqincə gəldik.
Hörmətli tələbələrimiz və müəllimlərimiz, Sizə yeni tədris ilində uğurlar arzulayır, bizi seçəcək olan abituriyentlərə ilk öncə təşəkkür edir, ADPK-nın onlar üçün ümid, inam, cəsarət, güvən mənbəyi olacağına söz verir, işinə vicdanla yanaşan bütün təhsil işçilərinə isə uğurlar diləyirəm!
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dosent İsrayıl İsgəndərovun müraciəti.
Latest from Aynur Məmmədli
- ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Təsviri incəsənət müəllimliyi” ixtisasında keçirilən dərslər
- ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris işləri üzrə direktor müavini Məhbubə Məmmədovanın məqaləsi dərc edilib.
- Aprel döyüşləri
- Azərbaycan Xalq Cümhuriyyətinin süqutu
- ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsildə korreksiyaedici təlim ixtisasının 3-cü kurs tələbəsi Həmidə Babayeva Fəxri Fərmanla təltif olunub.