fbpx
Image
Təhsilinizi peşəkarlara etibar edin.
HAQQIMIZDA

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected] 
İş saatları: 08:30 - 17:30
Bizi İzləyin
Bakı ş. İnşaatçılar pros. 11 +994 12 5372172 +994 51 2908085 [email protected]

44 gün davam edən Vətən Müharibəsində qəhrəmancasına şəhid olan məzunlarımız.

 

 Arəstə Kərim qızı Baxışova (4 may 1989; Qımılqışlaq, Xaçmaz, Azərbaycan SSR – 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri, Vətən müharibəsinin iştirakçısı və şəhidi. O, 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə təhsilini Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə davam etdirib. Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

 

 

 

Cilingir Azad oğlu Nəbiyev (18 yanvar 1996, Tovuz rayonu – 27 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. 2013-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində "Texnologiya müəllimliyi" üzrə təhsil alıb. Azərbaycan Ordusunun giziri olan Cilingir Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cilingir Nəbiyev oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cilingir Nəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cilingir Nəbiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cilingir Nəbiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cilingir Nəbiyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İlkin Saməddin oğlu Ağaquliyev (4 oktyabr 2000, Dəvəçi – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Vətən müharibəsi şəhidi. Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbdə almışdır. 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olmuşdur. Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil almışdır. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olmuş və rayon və zona yarışlarında mükafatçı olmuşdur.  İlkin Ağaquliyev 08.10.2018-ci ildə hərbi xidmətə yollanmışdır. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vurmuş və Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək qəhrəmancasına şəhid olmuşdur. 18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağaquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin təhsil alan tələbələrimiz yaz sessiyasını yüksək müvəffəqiyyətlə başa vurublar.

 

Məktəbəqədər təhsil üzrə:

 

 

 

 

Məktəbəqədər təhsil (qiyabi) üzrə:

 

 

Peşə təlimi üzrə:

 

 

Ailə ev təhsili ixtisası üzrə:

 

 

Texnologiya ixtisası üzrə:

 

 

[modal title="Microsoft İD hesabında təhlükəsizlik parametrlərinin aktivləşdirilməsi-nömrənin əlavə edilməsi" header="Əlavə məlumat"]Əlavə sual yaranarsa tyutora müraciət edin[/modal]

[youtube height="HEIGHT" width="WIDTH" align="center"]https://www.youtube.com/watch?v=ey-BdWT0OIw&t=32s[/youtube]

[divider margin="0 2em 0 2em"]



[modal title="İstifadəçi tərəfindən Microsoft İD hesabı şifrəsinin bərpası" header="Əlavə məlumat"]Əlavə sual yaranarsa tyutora müraciət edin[/modal]

[youtube height="HEIGHT" width="WIDTH" align="left|right|none"]https://www.youtube.com/watch?v=jT-pNR5LZT4[/youtube]

[divider margin="0 2em 0 2em"]


[modal title="Microsoft ID hesaba ilk dəfə giriş ( hesabın aktivləşdirilməsi )" header="Əlavə məlumat"]Əlavə sual yaranarsa tyutora müraciət edin[/modal]

[youtube height="HEIGHT" width="WIDTH" align="left|right|none"]https://www.youtube.com/watch?v=GsxL5Wr7A90[/youtube]

[divider margin="0 2em 0 2em"]

 

 

[modal title="İlk dəfə giriş edərkən şifrənin istifadəçi tərərfindən müəyyən edilməsi" header="Əlavə məlumat"]Əlavə sual yaranarsa tyutora müraciət edin[/modal]

 

[youtube height="HEIGHT" width="WIDTH" align="left|right|none"]https://www.youtube.com/watch?v=cDb4mKam4_o[/youtube]

[divider margin="0 2em 0 2em"]


[modal title="Moodle LMS üzrə tələbələr üçün üçün qısa təlimat" header="Əlavə məlumat"]Əlavə sual yaranarsa tyutora müraciət edin[/modal]

[youtube height="HEIGHT" width="WIDTH" align="left|right|none"]https://www.youtube.com/watch?v=1fy-y1CoMts[/youtube]

 

 

      “Bir” Tələbə-Könüllü proqramı 14 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycanın siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudəvaxtlarının dəyərləndirilməsi üçün yaradılmış uzunmüddətli proqramdır.

        “Bir” Tələbə-Könüllü proqramı Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şəki, Masallı, Lənkaran, Şamaxı, Ağdam, Göyçay, Quba şəhərlərində yerləşən 26 ali təhsil müəssisəsi və 18 orta ixtisas təhsil müəssisələrindən ibarətdir.Ümumilikdə Proqram 23.000-dən çox könüllünü əhatə edir. Proqram yalnız bakalavr, magistr və ya orta ixtisas səviyyəsində təhsil alan tələbələrə aid edilir. Proqramın fəəaliyyətinin əsasını tələbələrin akademik göstəricilərinin yüksəldilməsinə dəstək ilə yanaşı, onların beynəlxalq arenaya çıxışının təmin edilməsi və inkişaf etdirilməsi təşkil edir.

        Tələbələrin asudə vaxtlarını səmərəli edən, onların müxtəlif tədbir və təlimlərdə iştirakını təmin edən, tələbələri yardıma ehtiyacı olan şəxslərə köməklik göstərilməsinə cəlb edən “Bir” Tələbə-Könüllü proqramı 6 müxtəlif istiqamətdən – Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al-dan ibarətdir. Qeydiyyatdan keçmiş tələbə - könüllülərin müəyyən istiqamət çərçivəsində keçirilən fəaliyyətdə iştirak edə bilər. Qeyd edilən istiqamətlər tələbə-könüllülərin təhsil mühitinin yaxşılaşdırılması, geniş imkanların yaradılması, ictimai fəallığın təmin olunmasına xidmət edir. 

Tələbə-Könüllü hərakatı olaraq təsis edilmiş “Bir” Tələbə-Könüllü proqramı, 2 aprel 2019-cu ildən öz fəaliyyətini “Bir Könüllü” Tələbələrin-Əməkdaşlığı ictimai birliyi kimi davam etdirir. Hal-hazırda proqram üzrə koordinatoru Zeynəb Bağırovadır.

“Bir Könüllü” tələbələrin-əməkdaşlığı ictimai birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi tələbələr arasında əməkdaşlığın inkişaf etdirilməsinə və könüllülük fəaliyyətinin təşviqinə kömək etməkdən ibarətdir.

“Bir Könüllü” tələbələrin-əməkdaşlığı ictimai birliyinin vəzifələri aşağıdakılardır:

  • Elm və təhsilin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
  • Tələbə-Könüllülərin fərdi inkişafına, bilik-bacarıqlarının artırılmasına, ictimai və sosial fəallığına, digər fəaliyyətlərinə dəstək vermək;
  • Müvafiq istiqamətdə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin 15 fevral 2005-ci il 41 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Kollecdə Tələbə Gənclər Təşkilatı 2007-ci ildə təsis edilib. Təşkilata hazırda Aysu Ələsgərli sədrlik edir. Tələbə Gənclər Təşkilatı ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai birliyidir. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə və təşkilatın əsasnaməsinə uyğun fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-aynılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikamızın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Əlbəttə, bütün bunlar Kollecdə təhsil alan gənclərin əmyi və işgüzarlığı nəticəsində mümkün olur. Kollec bu gün gənclərə böyük həyata aparan yolu göstərməklə yanaşı, onlar həm də yüksək ixtisaslı kadrlar olmağa ruhlandırır. Təşkilat yarandığı gündən bu vaxta qədər:

-Azərbaycan Respublikasının dövlətçiliyinə sədaqətli gənc nəslin yetişdirilməsi məqsədilə kollecdə tədbirlər həyata keçirir;

-Tələbələrin sosial problemlərini həll etməyə çalışır, tələbələr arasında maarifləndirmə işi aparır;

-Kollecdə tələbə gənclərin tərbiyəsinin, asudə vaxtının səmərəli təşkilinin, onların fiziki, psixoloji sağlamlığının, istedad və qabiliyyətinin artırılması qayğısına qalır; tələbələrin hüquqlarını təmin edir;

-Tələbə-gənclər birliklərinin işini təşkil edir;

-Tələbə-gənclərin fiziki sağlamlığının qayğısına qalır, idmanın və bədən tərbiyəsinin inkişafına çalışır;

-Tələbə-gənclərin yaradıcılıq sərgilərini, baxış-müsabiqələrini, bayram və idman yarışlarını təşkil edir;

-Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və yaradıcı tələbələrin iştirakını təmin edir;

-Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsini həyata keçirir.

Təşkilat yarandığı gündən kollecdə bir çox mədəni-kütləvi tədbirlər, görüşlər keçirilib.
Tələbə-Gənclər Təşkilatının nəzdində müxtəlif klublar fəaliyyət göstərir: İdman klubu, xeyriyyə klubu, kitab klubu, debat klubu, incəsənət klubu.

Bizimlə Əlaqə

Sizi maraqlandıran suallara bizimlə cavab tapın:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 50 798 31 23
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30