
HAQQIMIZDA
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected]
İş saatları: 08:30 - 17:30
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Şöbə müdiri
İsmayılovava Mətanət Əli qızı Bakı Dövlət Universitetinin məzunu. 1993- cü ildə Azərbaycan Dövlət Pedaqoji Kollecində əmək fəaliyyətinə başlamışdır. 1994-cü ildən Biologiya kimya fənn birləşməsində müəllim təyin olunmuşdur. Biologiya, Uşaq anatomiyası, fiziologiyası və məktəb gigiyenası, Həyat bigisi və onun tədrisi metodikası, Ətraf aləm və təbiətlə tanışlığın tədrisi metodikası fənlərini tədris etmişdir. Təhsil sahəsində aparılan yeniliklərin kollecdə həyata keçirilməsində səylə çalışmış, və Beynəlxalq layihələrin iştirakçısı olmuşdur. Kollecin ictimai həyatında fəal iştirak etmiş, silsilə tədbirlərin təşkilatçısı olmuşdur. 2004-cü ildən Təbiət elmləri fənn birləşməsinin sədri təyin olunmuşdur. Respublika Təhsil Şurasının üzvüdür.
SERTİFİKATLAR:
Müasir tələblərə cavab verən bir neçə fənn proqramlarının- Həyat bigisi və onun tədrisi metodikası, Ətraf aləm və təbiətlə tanışlığın tədrisi metodikası, Uşaq anatomiyası, fiziologiyası və məktəb gigiyenasınin müəllifi olmuşdur. 2019-cu ilin aprel ayından isə Məktəbəqədər təlim və tərbiyə şöbəsinin müdiri təyin olunmuşdur.
Azərbaycan Dövlət Pedaqoji Kollecində hazırda tələbə sayına görə ən böyük fakültələrdən biri olan Məktəbəqədər təlim və tərbiyə fakültəsi 2014-2015-ci tədris ilindən fəaliyyətə başlamışdır. Məktəbəqədər təlim və tərbiyə fakültəsində Azərbaycan və rus bölmələri, eləcə də qiyabi təhsil bölməsi fəaliyyət göstərir. Şöbənin indiyə qədər 156 nəfər mütəxəssis bitirmişdir. Hazırda kollecdə Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 825-dən çox tələbə təhsil alır.
Məktəbəqədər təhsilin inkişafı dövlətin təhsil siyasətində xüsusi yer tutur. Bunun üçün məktəbəqədər təlim-tərbiyə müəssisələrinin şəbəkəsi ilbəil genişlənir. Deməli, bu sahədə işləyə biləcək kadrlara da ehtiyac artır və biz bu işlərə xüsusi diqqət yetiririk. İnsanların öyrəndikləri bilik və bacarıqların çox böyük əksəriyyətini məktəbəqədər dövrdə öyrədirlər. Əlbəttə ki, bu dövrdə onlara ailədən əlavə, pedoqoji kadrların kömək etməsi əhəmiyyət kəsb edir. Bu sahədə isə, təlim və tərbiyə ixtisasında oxumuş, bu istiqamətdə təcrübələrini zənginləşdirmiş kadrların olması böyük köməklik göstərir. Bu məqsədlə kollecimiz “Play Orena” və “Albalı “ və başqa uşaq bağçaları ilə müqavilələr bağlanmışdır. IV kurs tələbələrimiz bu bağçalarda pedaqoji təcrübə keçirlər.
Məktəbəqədər yaş dövrü təlim və tərbiyədə vacib dövr olduğu üçün burada tədris olunacaq dərslər xüsusi həssaslıqla seçilir. Bu bölmədə tədris olunan dərslərin başında Azərbaycan dilinin tədrisi böyük əhəmiyyət daşıyır. Bütün bunlarla yanaşı, məktəbəqədər təlim və tərbiyə bölməsində uşaq psixologiyası, ümumi psixologiya, pedoqoji psixologiya, məktəbəqədər pedoqogika kimi pedoqoji və psixoloji dərslər keçirilir. Həmçinin, defektologiya və loqopediya kimi, pediatriya və gigiyena, uşaq anatomiyası kimi dərslər də tədris olunur. Bu bölmədə metodiki dərslər olan musiqinin, sadə riyazi təsəvvürlərin tədrisi, ingilis dilinin təlimi, ətraf aləmlə tanışlığın, incəsənətin, texnologiyanın tədrisi metodikası kimi dərslər də tədris olunmaqdadır.
Məktəbəqədər yaş dövrü həm də uşaqların oyun dövrü olduğu üçün bu bölmədə uşaqların fiziki tərbiyəsi və oyun inkişafı ilə bağlı dərslər də tədris olunmaqdadır. Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan tələbələrdən bir qrupu TİPİİ-nin təşkil etdiyi “Oynayaraq öyrədək “ layihəsində iştirak etmiş və sertifikatlar almışlar.
Azərbaycan təhsilində dövlət səviyyəsində tətbiq olunan yeniliklərdən biri də kurrikulum təlimlərinin uğurla həyata keçirilməsidir. Kollecimizin müəllimləri də bu yeni proqramların tətbiqinə, onları gələcək müəllimlərə-tələbələrimizə öyrətmək üçün xüsusi təlimlər keçirlər və tətbiq edirlər.
Tələbələrimiz kollecdə keçirilən tədbirlərdə fəal iştirak edirlər. Respublikanın tarixində və həyatındakı önəmli hadisələrə həsr olunmuş ictimai-siyasi, əyləncəli tədbirlər, xeyriyyə aksiyaları tələbələrin dünyagörüşünün formalaşmasında böyük rol oynayır.
Məktəbəqədər təlim və tərbiyə ixtisasına son illərdə maraq daha da artmışdır və kollecin digər şöbələrinə nisbətən yüksək balla qəbul olan tələbələr məhz bu ixtisası seçmişlər. Məktəbəqədər təlim və tərbiyə ixtisasına olan bu maraq və müsbət münasibətin bir sıra səbəbləri vardır:
Sizi maraqlandıran suallara bizimlə cavab tapın: