Ələkbərova Sevinc Məhəmməd qızı  08 dekabr 1975-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olub. Daha sonra 1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib. 2012-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Riyaziyyat müəllimliyi" ixtisası üzrə ikinci təhsil alıb. 1998-2017-ci illərdə isə özəl müəssisəyə rəhbərlik edib. 2017-2018ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan  Dövlət  Pedaqoji Kollecində müəllim, "Sosial-iqtisad" fənn birləşmə sədri  kimi fəaliyyət göstərib. 2019-cu ildən Peşə təlimi şöbəsinin müdiridir.

 

"Peşə təlimi" şöbəsi 1998-ci ildən "Mühasibat uçotu", "Yol hərəkətinin təşkili",  "Nəqliyyatda daşımaların təşkili" ixtisasları ilə fəaliyyətə başlamışdır. 2010-2011-ci tədris ilindən isə "Peşə təlimi" şöbəsində "Mühasibat uçotu", "İnformasiya texnologiyası sistemləri", "Nəqliyyatda daşımaların təşkili" və "Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi" ixtisasları fəaliyyət göstərir.

"Peşə təlimi"şöbəsi üzrə hal-hazırda 900 tələbə təhsil alır. Peşə təlimi şöbəsində Riyaziyyat və informatika (Fənn birləşmə sədri L.B.Ələkbərova), Pedaqogika və psixologiya (Fənn birləşmə sədri Ü.M.Qədirova), (Fənn birləşmə sədri), Sosial-iqtisad və avtomobil (Fənn birləşmə sədri M.Ə.Bayramov) fənn birləşmələrinin fənləri tədris olunur.

Tədris planına əsasən "Mühasibat uçotu" ixtisası üzrə Ümumi iqtisadi nəzəriyyə, Azərbaycanın iqtisadiyyatı, İqtisadi informasiyanın avtomatlaşdırılması, Mühasibat uçotu nəzəriyyəsi, Vergi sistemi, Beynəlxalq iqtisadi əlaqələr  və s. fənlər, "İnformasiya texnologiyası sistemləri" ixtisası üzrə İnformasiya texnologiyaları və sistemləri, Kompüterin və hesablama texnikasının arxitekturası, Proqramlaşdırma dilləri, Sistem proqramlaşdırma, Kompüter qrafikası, Kompüter və informasiya şəbəkələri, İnformasiya sistemlərində təhlükəsizliyin təmini və s. fənlər, "Nəqliyyatda daşımaların təşkili" ixtisası üzrə Nəqliyyat vasitələrinin konstruksiyasının əsasları, Nəqliyyatda servis işinin təşkili, Avtomobil yük daşımaları, Vahid nəqliyyat sistemləri, Yükləmə, boşaltma işlərinin təşkili və s fənlər, "Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi" ixtisası üzrə Mühəndis qrafikası və perspektiv, Geyimlərin stil tarixi, Geyimlərin konstruksiyası və modelləşdirilməsi 2, Materialşünaslıq, İxtisas rəsmi və bədii qrafikası, Tikiş məmulatları texnologiyası-1, Sahələrin iqtisadiyyatı və s. ixtisas fənləri tədris olunur.

 Peşə təlimi ixtisasını bitirən hər bir tələbə:

  • Peşə məktəbi və peşə liseylərində istehsalat təlimi ustası, ixtisas fənn müəllimi, mühasibatlıq proqramı üzrə kurslarda müəllim, sənaye sahələri üzrə mühasib kimi;
  • Peşə məktəbi və peşə liseylərində istehsalat təlimi ustası, ixtisas fənn müəllimi, informasiya texnologiyası sistemləri üzrə mütəxəssis kimi ;
  • Peşə məktəbi və peşə liseylərində istehsalat təlimi ustası, sürücülük kursları üzrə dərnək rəhbəri, Nəqliyyat Departamentində, Dövlət Yol Polisində, avtonəqliyyat müəssisələrində;    
  • Peşə məktəbi və peşə liseylərində istehsalat təlimi ustası, ixtisas fənn müəllimi, moda evlərində modelyer-konstruktor, tikiş fabrik və atelyelərində fəaliyyət göstərə bilər.