Notice: Trying to access array offset on value of type null in /home3/adpkedu/public_html/plugins/system/nrframework/NRFramework/SmartTags.php on line 87
Azərbaycan Dövlət Pedaqoji Kolleci - Xəbərlər
Image
Təhsilinizi peşəkarlara etibar edin.
HAQQIMIZDA

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: info@adpk.edu.az 
İş saatları: 08:30 - 17:30
Bizi İzləyin
Bakı ş. İnşaatçılar pros. 11 +994 12 5372172 info@adpk.edu.az
Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə 23 noyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi mövzusunda “Sağlam ailə sağlam cəmiyyət” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim- metodisti Afət Məmmədova "Gənclik dövründə sağlam həyat tərzi və reproduktiv sağlamlıq, problemlər və həlli yolları, sağlamlıq üçün mümkün olan risk faktorları, Reproduktiv sağlamlıq və Ailə planlaşdırılması, Azərbaycanda erkən nigah problemi və onun törətdiyi fəsadlar, Erkən nigahların tibbi aspektləri" mövzularda çıxış edərək tələbələri maarifləndirdi. Daha sonra mövzular ətrafında tədbir iştirakçılarını və tələbələri maraqlandıran sualları cavablandırıb.
Tədbir əsasən maraqlı və canlı diskusiya formasında keçirildi. Tədbirdə Kollecin tələbə kollektivi və M.İsmayılova, S.Hacıyeva,Ü.Qədirova və tədbirin təşkilində ADPK-nin müəllimi Ş.Nəzərova, digər müəllimlərdən H.Məmmədova, M.Məmmədova və başqaları iştirak edirdilər.
Eyni zamanda Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin şöbə müdirləri S.Quliyeva, K.Muradlı və metodistlərdən G.Məmmədova və H.Kərimova iştirak etdilər.
05.11.2021 tarixində ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Bir Könüllü dəstəyi ilə "Birlikdən Zəfər Doğar" adlı tədbir keçirilib.
Sərginin keçirilməsində məqsəd Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi idi.
Sərgidə ADPU-nun rektoru, professor C.Cəfərov, Yasamal rayonu Həmkarlarlar İttifaqının sədri R.İbrahimli, kollecin rəhbərliyi və müəllimlər, Qazi tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə iştirak edən qonaqlar tələbələrinin sərgidə nümayiş edilən əl işləri ilə tanış olublar.
Sərgidə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Azərbaycanın şanlı ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin 200 illik saxta tarixinə zərbə vurmasına, savaşın yeganə xanımın Arəstə Baxışovanın şəhidlik zirvəzisinə ucalmasına diqqət çəkdi.
ADPK-nın direktoru, dosent İsrayıl İsgəndərov öz çıxışında qeyd etdi ki, döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini və rəşadətli ordumuzun döyüş qabiliyyətini aydın gördü, qalib millətimiz Prezidentimizi necə dəstəklədiyini və onun ətrafında sıx birləşdiyini bir daha sübut etdi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Tədbir Yasamal rayonu Həmkarlarlar İttifaqının sədri Rövşən İbrahimlinin çıxışı və ADPK-nın Qazi tələbələrindən Z.Fərəczadə, R.Aslanov, X.Əhədli, V.Cəfərli, Ş.Bayraməliyev, R.Abdulsalamov, Z.Məmmədzadə, T.Səlimzadə, A.Yaqublu, Ş.Qurbanlı, A.Alıyev, E.Məmmədov, S.Hacıev, Ə.Məmmədli, A.Şükürlü, S.Sabirli, K.Abdullayev, İ.Rzayev və A.Nəzərli fəxri fərmanlarla təltif olunması, onlara hədiyyələr təqdim olunması davam etdi.
Tədbirdə “Məktəbəqədər təhsil” ixtisası üzrə şöbənin təşkilatçılığı ilə ilə keçirilən “Qarabağ Azərbaycandır!” adlı inşa müsabiqəsinin qaliblərindən M.Abıyeva, F.Səmədova, G.Hüseynzadə, A.Əlizadə və F.Atayevaya hədiyyələr təqdim olundu.
Tədbir boyu 44 günlük Vətən müharibəsinin əks etdirən video-çarxlar, ölkə Prezidenti Cənab İlham Əliyevin bir il əvvəl işğaldan azad olunmuş rayonlarla bağlı çıxışları nümayiş olundu, tələbələrin ifasında mahnılar səsləndirildi. Tədbir tələbələrin hazırladıqları fləşmobla sona çatdı.
Millət vəkili Erkin Qədirlinin Kollecdə görüşü keçirilib.
22.12.2021 tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri ilə millət vəkili Erkin Qədirlinin görüşü baş tutub.
Görüş zamanı o, "Şəxsiyyət və Hüquq" mövzusunda çıxış edib və hüquqi aspektdən zəngin təcrübəsini bölüşüb. Diskusiya xarakterli davam edən görüşdə tələbələr, millət vəkilinin müəllimlik, deputatlıq fəaliyyəti və digər onları maraqlandıran sualları cavablandırıb.
Fərqlənmə ilə məzun olanlara diplomlar təqdim edilib.
 
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İbtidai sinif müəllimliyi ixtisası üzrə məzun olan N.Əsgərova və S.Qaçayeva kolleci fərqlənmə diplomu ilə bitirib.
Diplomu kollecin direktoru, dos.İsrayıl İsgəndərov təqdim edib daha sonra Tədris işləri üzrə direktor müavini Məhbubə Məmmədova müəllim peşəsinin ucalığından,onun cəmiyyətdəki nüfuzundan bəhs edib.
Məzunların təhsillərini davam etdirmək arzusu və müəllim olaraq fəaliyyət göstərmək istəkləri yüksək rəğbətlə qarşılanıb.
Hər biz məzunumuza gələcək fəaliyyətində uğurlar arzulayırıq!
 

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dos. İsrayıl İsgəndərov kollecin tanınmış, fəxri məzunu Roman Pereslə görüşüb.

Dost ölkə olan İsrail vətəndaşı olan Roman 33 ildən sonra məzun olduğu doğma kollecinə yenidən gələrək xatirələrə toxunub. 29.11.2021 tarixində baş tutan görüşdə Roman , kollecin tələbələri ilə görüşüb və öz tələbəlik illərindən bəhs edərək onlara öz tövsiyyələrini verib və ona ünvanlanmış sualları cavablandırıb.

#ADPK #TəhsilNazirliiyi

Bizimlə Əlaqə

Sizi maraqlandıran suallara bizimlə cavab tapın:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: info@adpk.edu.az 
  • İş saatları: 08:30 - 17:30

Elektron tədris portalına keçid etmək istərdinizmi?