fbpx
Image
Təhsilinizi peşəkarlara etibar edin.
HAQQIMIZDA

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected] 
İş saatları: 08:30 - 17:30
Bizi İzləyin
Bakı ş. İnşaatçılar pros. 11 +994 12 5372172 +994 51 2908085 [email protected]

Azərbaycan xalqının qəlbində Xocalı bir yara kimi qaysaq bağlamış ,dərin bir iz  buraxmışdır. Bu faciə , qətliam insanlıq tarixi üçün acı bir müsibətdir. Ümumiyyətlə müharibə bəşəriyyət üçün  xəstəliksə, qətliam , soyqırım  əlacı ,dərmanı olmayan bir yaradır.

ADPU -nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci “Orta ixtisas təhsili müəssisələri üçün tyutor hazırlığı” mövzusunda Sertifikat proqramına sənəd qəbulu elan edir.

Ali təhsilli mütəxəssisləri müasir dövrün yeni, unikal pedaqoji işçisi - tyutorluq ixtisasının mənimsənilməsi üzrə kadr hazırlığına dəvət edirik.
Tyutor – Akademik məsləhətçi - tələbələri tədris prosesində müşayiət edən, onların fərdi tədris planlarının hazırlanmasında iştirak edən, müəllimlə tələbə arasında əlaqə yaradan pedaqoji mütəxəssisdir. Əgər siz ixtisasınızı dəyişmək, artırmaq, təkmilləşmək arzusundasınızsa, bizim kurslara yazıla bilərsiniz.
Təlim kursu ödənişlidir.

Tyutor hazırlığı üzrə kursun məqsədi:
• Tyutor işinin təşkili;
• Kredit sistemi ilə təhsil alan tələbələrə tyutor xidmətinin təmin edilməsi;
• Tyutorların peşəkarlığının inkişafına dəstəyin göstərilməsi.

Tyutor hazırlığı üzrə kursun müddəti:
Təlim 2 ay müddətində (124 saat) davam edəcək. Təlim kursu iştirakçı qrupu təşkil olunan kimi başlanacaq.
Təlim kursunun sonunda iştirakçılara müxtəlif dərəcəli sertifikatlar təqdim ediləcək.

Əlavə məlumat əldə etmək üçün əlaqə nömrəsi: +(994) 51 603 03 13
Ünvan: İnşaatçılar pr.-11; Otaq:502 “Davamlı təhsil və təlim” şöbəsi
Yalnız Ali təhsilli şəxslər müraciət edə bilər.
Link vasitəsiylə qeydiyyatdan keçə bilərsiniz.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfsgpezVDruj802yeXuLO4qUCePkgpOZ6oEMP1Ye2Hac5y0yg/viewform

ADPU- nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə bərpa olunmaq istəyənlər üçün sənəd qəbulu elan edilib.

Akademik məzuniyyətdən qayıdan və xaric olunmuş təhsilalanlar ADPK- ya bərpa ilə bağlı ixtisas şöbələrinə ərizə ilə müraciət edə bilərlər.

Orta ixtisas təhsil müəssisələrində akademik məzuniyyət götürmüş və xaric edilmiş təhsil alanların bərpası qış və yay tətili dövründə həyata keçirilir.

DPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, f.r.e.f.d., dosent İsrayıl İsgəndərovun 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki:

Hörmətli həmkarlar,

Əziz tələbələr!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Yola salmağa hazırlaşdığımız 2023-cü il Azərbaycan üçün möhtəşəm bir il oldu. Bu möhtəşəmlik H.Əliyev ili adlanan bir ildə baş verdi, bu il Ulu Öndərin ili idi, ona həsr edilmişdi. Elə gün, bəlkə də elə saat olmadı ki, ADPK-da Ulu Öndərə həsr edilmiş bir tədbir keçirilməsin. Bu prosesdə bütün şöbələr və FBK-lar, əziz tələbərimiz, bütün ADPK kollektivi çox həvəs və məsuliyyətlə iştirak etdilər. Bizim tələbələrimizin H.Əliyevin həyatını, yaradıcılığını, böyüklüyünü necə təsvir etmələri bir istedaddır, sevgidir, Vətənə, millətə, ölkəyə və nəhayət, Ulu Öndərə sədaqət və sevginin təcəssümüdür.

Gördüyünüz bu işə görə hər birinizə təşəkkür edirəm.

2023-cü ili tariximizə qızıl hərflərlə həkk edən digər mühüm hadisə ildırımsürətli antiterror əməliyyatı nəticəsində bütün torpaqlarımız üzərində dövlət suverenliyimizin tam bərqərar edilməsi, üçrəngli bayrağımızın Ağdərə, Xocalı, Xocavənd, Əsgəran və Xankəndi üzərində dalğalanması oldu.

2023-cü ildə çoxminli müəllim ordusu üçün əlamətdar hadisələrdən biri də Azərbaycan müəllimlərinin XVI qurultayı oldu. Qurultay Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur. 1600 nəfər iştirakçı var idi və qurultay cənab Prezidentin iştirakçılara ünvanlanmış təbrik məktubu ilə başladı.

Bu il də, həmçinin Qarabağda quruculuq işləri və Böyük Qayıdışın 1-ci mərhələsi davam etdirildi. Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması barədə qərar verildi.

Ötən il kollektivimiz üçün də yetərincə düşərli oldu. Belə ki, Pedaqoji Kollecə həm 9, həm də 11 illik təhsil bazasından qəbul planı, demək olar ki, tam doldu, daha çox məzunumuz MİQ imtahanlarında yaxşı nəticələr göstərdi, məzunlarımızın bir çoxu isə burada aldığı biliklərin hesabına imtahanları müvəffəqiyyətlə verərək ölkənin müxtəlif ali məktəblərinə qəbul oldular. Bu nailiyyətlər, təbii ki, hər birimizi sevindirir, gələcəyə daha nikbin nəzərlərlə baxmağa sövq edir.

Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atdı. Belə ki, COP29 beynəlxalq konfrans Azərbaycanda- Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmiş və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və hörmət göstərilmişdir.

2024-cü ildə təhsilimizin, o cümlədən ADPU-nun nəzdində ADPK-nın əsas prioritetləri “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tədbirlərin keçirilməsi və Azərbaycan müəllimlərinin XVI

qurultayında qəbul olunmuş qətnamədə nəzərdə tutulmuş aşağıdakı vəzifələrə töhfə vermək olacaqdır.

• Tərbiyə işinin sistemli təşkili, Ümummilli Lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi,

azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət və vətəndaşlıq mövqeyinin formalaşdırılması;

• Təhsilin məzmununda Vətən müharibəsində “Böyük Zəfər” və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə bağlı məlumatların əks etdirilməsi, ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məzmunun daxil edilməsi və bu ideyaların yetişməkdə olan gənc nəslə aşılanması sahəsində sistemli işin aparılması;

• ADPK-da sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilinin təşkili mexanizminin yaradılması və

tətbiqi;

• İstedadlı tələbələrin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, bilik yarışmaları üzrə tədbirlərin təşkili, bu sahədə qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafına nail olunması;

Hörmətli kollektiv üzvləri! Əziz tələbələrimiz!

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili -2024-cü il gəlir. Sizin hər

birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, həmrəyliyimizin möhkəm və davamlı olmasını arzulayıram. Yeni təqvim ilinin hər bir azərbaycanlı, o cümlədən kollektivimizin hər bir üzvü üçün düşərli olmasını arzulayır, bu münasibətlə hər birinizi bir daha təbrik edir, müəllim və əməkdaşlarımıza fəaliyyətlərində, tələbələrimizə təhsillərində uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

ADPU- nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil edilib.

Tədbir ədəbi- bədii və musiqili hissə ilə başlayıb. Səhnəyə çıxan Şaxta baba və Qar qız iştirakçıları salamlayaraq  Yeni il arzularını çatdırıblar.

Sonra şənlik tələbə özfəaliyyət kollektivlərinin ifasında mahnı və rəqslərlə, şeirlərin səsləndirilməsi və  oyunlarla davam etdirilib.

Tədbirin sonunda çıxış edən kollecin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova kollektivin üzvlərini hər iki bayram münasibətilə təbrik edib, müəllim və əməkdaşlara fəaliyyətlərində, tələbələrə təhsillərində uğurlar arzulayıb.

 

Bizimlə Əlaqə

Sizi maraqlandıran suallara bizimlə cavab tapın:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 50 798 31 23
  • Email: [email protected] 
  • İş saatları: 08:30 - 17:30