“Şuşa Laləsi” adlı geyim modellərinin nümayişi keçirilib.
ADPU-nun nəzdində Azərbayan Dövlət Pedaqoji Kollecinin müəllimi K.Qayıbovanın təşkilatçılığı ilə tələbələrinin təqdimatında “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı”dır adlı lahiyə çərçivəsində “Şuşa Laləsi” adlı geyim modellərinin nümayişi keçirilib.
Tələbələr tərəfindən tikilmiş geyimlər səhnələşdirilmiş formada tamaşaçılara təqdim edilib və göz oxşayan geyim formaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Nominasiyalar üzrə münsiflər tərəfindən qiymətləndirmə aparılmış, həmi münsiflərin, həm də ki, tamaşaçıların rəğbətini qazanan iştirakçılara hədiyyələr təqdim edilmişdir.