ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaoji Kollecində nümunəvi dərs!

Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. 

Bu tədbiri nəzərə alaraq müəllim Akif Əliyev Məktəbəqədər təhsil ixtisasında təhsil alan tələbələrlə sıra düzülüşü, kumulyativ silah xüsusilə qumbara mövzusunda dərs keçib və əyani nümunələr təqdim edib.