Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə 23 noyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi mövzusunda “Sağlam ailə sağlam cəmiyyət” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim- metodisti Afət Məmmədova "Gənclik dövründə sağlam həyat tərzi və reproduktiv sağlamlıq, problemlər və həlli yolları, sağlamlıq üçün mümkün olan risk faktorları, Reproduktiv sağlamlıq və Ailə planlaşdırılması, Azərbaycanda erkən nigah problemi və onun törətdiyi fəsadlar, Erkən nigahların tibbi aspektləri" mövzularda çıxış edərək tələbələri maarifləndirdi. Daha sonra mövzular ətrafında tədbir iştirakçılarını və tələbələri maraqlandıran sualları cavablandırıb.
Tədbir əsasən maraqlı və canlı diskusiya formasında keçirildi. Tədbirdə Kollecin tələbə kollektivi və M.İsmayılova, S.Hacıyeva,Ü.Qədirova və tədbirin təşkilində ADPK-nin müəllimi Ş.Nəzərova, digər müəllimlərdən H.Məmmədova, M.Məmmədova və başqaları iştirak edirdilər.
Eyni zamanda Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin şöbə müdirləri S.Quliyeva, K.Muradlı və metodistlərdən G.Məmmədova və H.Kərimova iştirak etdilər.