HAQQIMIZDA
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45Tel: +994 12 537 21 72
Mobil: +994 55 301 15 42
Email: [email protected]
İş saatları: 08:30 - 17:30
Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 452021/2022
Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ödənişli əsaslarla təhsil almaq hüququ qazanan tələbələr təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödəyə biləcəklər.
№ |
İxtisasın şifrəsi |
İxtisaslar |
Tədris ili |
Kollecə qəbul |
Qəbul sənədləri |
İllik təhsil haqqı |
||
Əyani |
Qiyabi |
Ödəmə qaydası |
||||||
1 |
040101 |
Ailə ev təhsili |
2021/2022 |
DİM imtahanı, |
Şəxsiyyət vs.surəti |
900 |
- |
Bank yolu ilə |
2 |
040102 |
Fiziki tərbiyə müəllimliyi |
2021/2022 |
1000 |
- |
Bank yolu ilə |
||
3 |
040103 |
İnkluziv təhsil |
2021/2022 |
900 |
- |
Bank yolu ilə |
||
4 |
040104 |
Məktəbəqədər təhsil |
2021/2022 |
1000 |
- |
Bank yolu ilə |
||
5 |
040316 |
040316-Rəngkarlıq (sahələr üzrə) |
2021/2022 |
900 |
Bank yolu ilə |
|||
6 |
040305 |
Dekorativ tətbiqi sənət (sahələr üzrə) |
2021/2022 |
900 |
Bank yolu ilə |
|||
7 | 040532 | Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı | 2021/2022 | 900 | Bank yolu ilə | |||
8 | 040313 | Mədəni kütləvi tədbirlərin təşkilatçısı | 2021/2022 | 900 | Bank yolu ilə | |||
9 |
040713 |
Sosial iş |
2021/2022 |
900 |
800 |
Bank yolu ilə |
2020-2021-ci TƏDRİS İLİNDƏ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ KOLLECİNƏ QƏBUL OLMUŞ AŞAĞIDAKI TƏLƏBƏLƏRƏ TƏHSİL HAQQINDAN AZAD EDİLMƏ HÜQUQLARI ŞAMİL EDİLİR :
Tələb olunan sənədlər:
3.”Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd.
Tələb olunan sənədlər:
III. VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ 23 YAŞADƏK UŞAQLAR.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).
“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).
- valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;
- valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni:
məlum olmayan;
- valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
- xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
- cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
- uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
- uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;
- qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
- bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;
Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə təmin olunurlar.
Tələb olunan sənədlər:
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əliliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.
Tələb olunan sənədlər:
Təhsil haqqını ödəmək üçün bank rekvizitləri: https://bit.ly/3wkGVP5
Xeyr, peşə liseyini cari ildə bitirən və buraxılış imtahanında iştirak edən lisey məzunları da kolleclərin və V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində 11-ci sinfi cari ildə bitirənlərlə eyni qaydada – buraxılış imtahanının nəticələri əsasında iştirak edirlər.
Bəli, iştirak edə bilərsiniz. Qeyd edək ki, tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən əlavə imtahan verməlidirlər.
Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə Azərbaycanda bitirən və ya xaricdə yerləşən təhsil müəssisələrini cari və əvvəlki illərdə bitirən abituriyentlər ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) müsabiqəsində iştirak etmək üçün Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verməlidirlər. Qəbul imtahanını rus dilində verən abituriyentlər (2020-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.
Ümumi (9-illik) və tam (11 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər kolleclərə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili, riyaziyyat və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
Həm cari ilin, həm əvvəlki illərin məzunları ərizə qəbulunda iştirak etməlidirlər.
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ KOLLECİNƏ
2022-2023-ci TƏDRİS İLİNDƏ QƏBUL OLUNMUŞ ŞƏXSLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI SƏNƏDLƏRİ TƏQDİM ETMƏLİDİRLƏR:
Ünvan: AZ1010, Bakı şəhəri, İnşaatçılar 11
Əlaqə telefonları: +994 50 798 31 23
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Sizi maraqlandıran suallara bizimlə cavab tapın: