Təhsil haqqı

Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ödənişli əsaslarla təhsil almaq hüququ qazanan tələbələr təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödəyə biləcəklər.

İxtisasın şifrəsi İxtisaslar Tədris ili Kollecə qəbul Qəbul sənədləri İllik təhsil haqqı
Əyani Qiyabi Ödəmə qaydası
1 40103 Peşə Təlimi 2019/2020 TQDK imtahanı,
Əcnəbi vətəndaşlara imtahansız qəbul,
Təkrar təhsil və yenidən hazırlanma
Şəxsiyyət vs.surəti
Attestat (Şəhadətnamə)
3/4 şəkil
Tibbi arayış
650 650 Bank yolu ilə
2 40102 Texnologiya müəllimliyi  2019/2020 700 -  Bank yolu ilə
3 40101 Fiziki tərbiyə müəllimliyi  2019/2020 700 Bank yolu ilə 
4 40106 Təsviri incəsənət müəllimliyi 2019/2020  700 Bank yolu ilə 
5 40110 Məktəbəqədər təlim və tərbiyə  2019/2020  750 650 Bank yolu ilə 
6 40109 Məktəbəqədər təhsildə korreksiyaedici təlim 2019/2020  750 650 Bank yolu ilə 
7 40108 Ailə və ev təhsili 2019/2020  650 650 Bank yolu ilə 

2019-2020-ci TƏDRİS İLİNDƏ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ KOLLECİNƏ QƏBUL OLMUŞ AŞAĞIDAKI TƏLƏBƏLƏRƏ  TƏHSİL HAQQINDAN AZAD EDİLMƏ HÜQUQLARI ŞAMİL EDİLİR :


I. “MƏCBURİ KÖÇKÜN” STATUSU OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI.
Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il 1308 nömrəli Sərəncamı. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.

Tələb olunan sənədlər:

1. Direktorun adına ərizə;

2. Şəxsiyyət vəsiqəsinin surəti - 2 ədəd;

3.”Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd.

4. Ailə tərkibi haqqında arayış


II. “AZƏRBAYCAN RESPUBLIKASININ ƏRAZI BÜTÖVLÜYÜNÜN, MÜSTƏQİLLİYİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARININ TƏHSİL XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 18 MART 2014-CÜ İL TARİXLİ SƏRƏNCAMI.

Tələb olunan sənədlər:

1. Direktorun adına ərizə;

2. Şəxsiyyət vəsiqəsinin surəti - 2 ədəd;

3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitu¬si¬ya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşın (valideynin) əlilliyi barədə (TSEK-in arayışı) sənədin surəti - 2 ədəd;

4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxsin (valideynin) ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd;

5. Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxs (valideyn) barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd.

6. Ailə tərkibi haqqında arayış.


III. VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ 23 YAŞADƏK UŞAQLAR.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).
“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).
- valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;
- valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni:
məlum olmayan;
- valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
- xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
- cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
- uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
- uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;
- qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
- bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;
Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə təmin olunurlar.

 Tələb olunan sənədlər:

1. Direktorun adına ərizə;

2. Şəxsiyyət vəsiqəsinin surəti - 2 ədəd;

3. Vəfat etmiş valideynin ölüm şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd;

4. Bir valideyni vəfat etmiş digər valideynin I və II qrup əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayış (TSEK) - 2 ədəd.

5. Ailə tərkibi haqqında arayış.


IV.    I VƏ II QRUP ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN, HABELƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞINADƏK UŞAQLARIN TƏHSİL HAQQI XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 3 MAY 2019-CU İL TARİXLİ SƏRƏNCAMI.
(Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi).

Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əliliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

Tələb olunan sənədlər:

1. Direktorun adına ərizə;

2. Şəxsiyyət vəsiqəsinin surəti - 2 ədəd;

3. I və II qrup əlilliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayışı (TSEK) - 2 ədəd.

4. Ailə tərkibi haqqında arayış.


 

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…