“Riyaziyyat-İnformatika” fənn birləşmə komissiyası

 Fənn birləşməsi komissiyasının sədri

   Ələkbərova Lətifə Böyükağa qızı 19 iyul 1957- ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1964-1974-cü illərdə  orta məktəbi, 1977-1981-ci illərdə  M.Ə.Sabir adına pedaqoji məktəbi (fərqləmə diplomu ilə), 1982-1986-cı illər  V.İ.Lenin adına Pedaqoji İnstitutu, 2001, 2009 –cu illər  Riyaziyyat və İnformatikadan ixtisasartırma  kurslarını bitirmişdir. 1974-cü ildən əmək fəaliyyətinə başlayıb. Astanlı kənd orta məktəbində 1985- ci ildən Bankə qəsəbə 1 nömrəli orta məktəbdə, 1997- ci ildən indiki ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. 2011- ci ildən Fənn birləmə komissiyasının sədri vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi “döş nişanı , Yasamal rayon İcra Hakimiyyətinin, Yasamal rayon Azad Həmkarlar təşkilatının, Yeni Azərbaycan Partiyasının fəxri fərmanları ilə təltif olunmuşdur.


   "Təhsildə keyfiyyət ili”ndə əldə olunmuş nailiyyətlər ümid etməyə əsas verir ki, qarşıdan gələn 2019\2020-ci növbəti dərs ilində də düzgün seçilmiş strategiya bizə öz hədəflərimizə çatmaqda kömək edəcəkdir.

   XXI əsrin “Təhsil əsri” olması cəmiyyətin bütün sahələri ilə yanaşı, bilavasitə təhsilə daha çox diqqət yetirilməsi, müasir dünyamızın qlobal problemi kimi onu bütün fəaliyyətlərin fövqünə qaldırılması ilə nəticələnir.  Artıq neçə illərdir ki, ölkəmizin təhsil məkanında həyata keçirilən islahatlar,  onun müasir tələblərə cavab verməsi üçün görülən tədbirlər Respublikanın bütün tədris müəssisələrində olduğu kimi ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində də səmərəli şəkildə həyata keçirilir. Müasir  dövrün tələbinə cavab verən tədris planları və proqramları üzərində işlənilir, müəllimlər də yeni innovasiyaları öyrənmək üçün təlim və treninqlərə cəlb olunur.  Bu baxımdan Riyaziyyat-İnformatika fənn birləşmə komissiyasının müəllimləri də aktiv şəkildə çalışır.

         2018\2019 - cu tədris ilində Riyaziyyat-İnformatika fənn birləşmə komissiyasının tərkibi 37 müəllimdən ibarət olmuşdur. Bunlardan 1 müəllim Pedaqogika  üzrə fəlsəfə doktoru (Seyid Nüşabə Baba q.), 1 müəllim Riyaziyyat üzrə fəlsəfə doktoru (Nəzərova Tubu Yusif q.) digərləri isə tam ali təhsilli, magistr və bakalavr təhsili almış müəllimlərdir. Müəllimlərdən bəziləri hal-hazırda doktorant və dissertant kimi elmi yaradıcılıqlarını davam etdirir. Kollecdə mütəxəssis hazırlığında böyük zəhməti olan müəllimlərimiz Dövlət və təhsil nazirliyinin təltiflərinə layiq görülmüşlər.  Məmmədova Sənubər -”Tərəqqi medalı” , Hacıyeva Sevinc-  “İlin müəllimi”, “Kollecin  ən yaxşı müəllimi”, Ələkbərova Lətifə, Həmidova Gülxara, Məmmədova Dilarə  və ( Məmmədova Sənubər 2 dəfə) - “Qabaqcıl təhsil işçisi” döş nişanı, Seyid Nüşabə, Səfərova Şəfiqə  və  başqaları  bir çox fərmanlarla təltif olunmuşdur.

         Müəllim peşəkarlığının  artırılması məqsədilə  müəllimlərin kurslara , müsabiqələrə qatılmasına imkan yaradılmışdır.  Belə ki, kollecin informatika müəllimi Aslanova Aybəniz 01.08.18 - 1.02.19- cu il tarixlərində “Ankara məktəbi” Məktəb Liseyində təşkil olunmuş “Yeni təlim üsulları ilə  tədris”  müsabiqəsində iştirak etmiş, 15000  min müəllim ordusu içində 12 müəllimdən biri olmuşdur.

        Fənn birləşməsinin müəllimləri Riyaziyyat, İnformatika, ”İnformasiya texnologiyaları və sistemləri” ixtisası üzrə əsas  və seçmə fənləri tədris edirlər.

      Riyaziyyat-İnformatika  fənn birləşmə komissiyasında tədris olunan fənn blokuna aşağıdakılar daxildir:

      Ümumtəhsil fənləri (bütün ixtisaslar üzrə): Riyaziyyat,İnformatika

      2018-2019-cu tədris ilində İxtisas fənləri blokunda müvafiq ixtisaslar üzrə aşağıdakı fənlər tədris olunmuşdur:

      İbtidai sinif müəllimlyi: Təlim prosesində İKT-dən istifadə, Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları, İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası

      Məktəbəqədər təlim və tərbiyə: 

Təlim prosesində  İKT-dən istifadə, Sadə riyazi təsəvvürlərin formalaşması metodikası.

        Ailə və ev təhsili:  İnformatika və təlim prosesində  İKT-dən istifadə, Sadə riyazi təsəvvürlərin formalaşması metodikası.

 

          Məktəbəqədər təhsildə  korreksiyaedici təlim: Təlim prosesində  İKT-dən istifadə, Riyaziyyat və xüsusi müəssisələrdə onun tədrisi  metodikası.

        Təsviri incəsənət və Texnologiya müəllimliyi: Təlim prosesində  İKT-dən istifadə

Peşə təlimi

(İnformasiya texnologiyası  sistemləri ixtisas üzrə):

  1. Verilənlər bazası
  2. Obyektyönlüproqramlaşdırma
  3. Proqram kombinasiyaları
  4. Kompüter hesablama texnikası və arxitekturası
  5. Kompüter qrafikası
  6. Proqramlaşdırma dilləri
  7. Sistem proqramlaşdırma
  8. Kompüter və informasiya şəbəkələri
  9. Kommunikasiya vasitələri
  10. İnternet və qlobal şəbəkələr
  11. Tətbiqi proqram paketi
  12. İntellektual sistemlər
  13. Təhsildə İKT-dən istifadə
  14. Sistem proqram təminatı və əməliyyat sistemləri
  15. İnformasiyanın emalı nəzəriyyəsi

         Hər tədris ilinin əvvəlində fənn birləşməsinin iş planı, proqramlar üzrə mövzu təqvim-planları və sillabuslar hazırlanıb fənn birləşməsinin ilk iclasında müzakirə edilərək təsdiq olunmuşdur.

        Hər il olduğu kimi, 2018 – 2019 – cu tədris ilində də müəllimlərimiz müxtəlif təlim və treninqlərdə iştirak etmişlər. ADPU-da təşkil olunan inklüziv təhsillə bağlı təlimdə, 17-26 aprel tarixlərində ADPU-nun nəzdində ADPK-da “Siyasi psixologiya mərkəzi”nin təşkilatçılığı ilə keçirilən təlimlərdə müəllimlərimiz fəal iştirak etmişlər.

        Hər il olduğu  kimi, bu tədris ilində də müəllimlərimiz tərəfindən kollecimizdə maraqlı tədbirlər keçirilmişdir.

Belə ki, ötən tədris ilində 4 oktyabr  “Müəllim günü” münasibəti ilə təşkil olunmuş tədbirdə öz peşəkarlığı ilə fərqlənən 7 müəllim fəxri fərmanla təltif olunmuşdur.

Müəllimlər 11.10.18- ci il tarixində “İnformasiya texnologiyaları və sistemləri” ixtisasında təhsil alan bir qrup tələbə ilə BAKI-EXSPO  mərkəzində “Bakı -2018  Təhsil sərgisi”ndə iştirak etmişdir.

12.10. 18 -ci il tarixində 20 tələbə ilə “Silsilə” tədbirlər planında nəzərdə tutulmuş “Şamaxı  Astro-Fizika  rəsədxanasi”na ekskursiyaya getmişlər. (Seyidova Nüşabə, Hacıyeva Sevinc, Məmmədova Gülxara).     

Mart ayında 1-ci kurs tələbələri arasında  Riyaziyyatdan “ADPK-100”-adı altında  olimpiada və May ayında  “İnformasiya texnologiyalari və sistemləri” ixtisasında təhsil alan tələbələr arasında “BRAİN-RİNQ” bilik yarışması keçirildi.

     Bu cür tədbirlər tələbələrin dünyagörüşünün formalaşmasındamühün rol oynayır.  Ona görədə  növbəti tədris ilin digər tədbirlərlə yanaşıbu tip tədbirlərin  keçirilməsi  nəzərdə tutulmuşdur.

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…