“Fiziki  tərbiyə  və təsviri  incəsənət”  fənn    birləşmə komissiyası

 

Fənn birləşməsi komissiyasının sədri

mzəbəyova  Təranə  AğaRza   qızı  1963 –cü  ildə  Bakı şəhərində  anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət Bədən  Tərbiyəsi  İnstitutunu   bitirib. Hələ  tələbə  olarkən Həmzəbəyova  Təranə AzTV-nin  “Günün  xəbərləri”  proqramında   idman  şərhçisi işləmiş,  “Azərbaycanın ilk qadın idmançıları” adlı  verilişin müəllifi  və  aparıcısı  olmuşdur.  1982-1984-cü  illərdə Tələbə  Elmi  Cəmiyyətinin  xətti  ilə  Krasnodar  və  Kaunas şəhərlərində  tələbə  elmi  işi ilə bağlı  məruzələr  etmiş  və  1985-ci ildə  Təhsil  Nazirliyinin  “Ən  yaxşı  tələbə  elmi  işinə  görə” medalı  ilə  təltif  olunmuşdur. 1985-1989-cu  illərdə  təyinatla Bakıxanov  qəsəbəsindəki  “Şahin”  idman  klubunda  təlimatçı – müəllim,  1989-1990-cı  illərdə  Xətai rayonu 63  saylı  məktəbdə  bədən tərbiyəsi müəllimi, 1991-2016-cı illərdə  Bakı Sənaye-Pedaqoji Kollecində, 2016-cı ildən isə Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllim işləyir. 2013  və  2015-ci illərdə  Bakı Sənaye-Pedaqoji kollecinin rəhbərliyi  tərəfindən Fəxri fərmanla təltif edilib. Müxtəlif illərdə kurslarda olmuş və sertifikatlarla təmin edilmişdir: 2013  və  2015-ci illərdə  Bakı Sənaye-Pedaqoji kollecinin rəhbərliyi  tərəfindən Fəxri fərmanla təltif edilib. Müxtəlif illərdə kurslarda olmuş və sertifikatlarla təmin edilmişdir: Azərbaycan Respublikası TN və “Mədəd” humanitar təşkilatın “ İKT-nin təhsilə tətbiqi üzrə İNTEL-gələcək üçün təhsil” təlim kursunda iştiraka görə-2011, ADPU- Ş.A.Amonaşvilinin “Humanist pedaqogika dərslərində” mövzusunda seminarda iştiraka görə (22-25 dekabr 2016 ), ADPK-nın “Fəal təlim metodları” mövzusunda təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə (06-10 fevral 2017). 20-dən  çox fənn  proqramı,  bir  dərs  vəsaiti (“Vətənin  müdafiəsinə  hazıram” R.Quliyev, T.Həmzəbəyova – 2016), bir dərslik (“Vətənin  müdafiəsinə  hazıram” R.Quliyev, T.Həmzəbəyova , S.Hacıyeva, N.Çobanova– 2018)  müəllifidir. Hal-hazırda  “Mülki müdafiə”  dərsliyi (R.Quliyev, C.Dadaşov, T.Həmzəbəyova, O.Salayev)  və  “İdman  turizmi” (R.Quliyev, T.Həmzəbəyova, N.Çobanova)  dərs  vəsaitini  çapa hazırlayır,  “İdman qurğuları” (E.Abbaslı, R.Quliyev, T.Həmzəbəyova)  dərsliyi  üzərində  işləyir. 2000- ci ildən   fənn    birləşmə komissiyasının sədridir.

 


 

 

   1998-ci ildə pedaqoji  şuranın  qərarı  ilə «Bədən tərbiyəsi və hərbi hazırlıq » fənn birləşməsi yaradılmışdır. 1999-2001-ci illərdə «Dil və ədəbiyyat, bədən tərbiyəsi və hərbi hazırlıq», 2001-2009-cu illərdə «Xüsusi hazırlıq»,  2009-2011-ci illərdə «Bədən tərbiyə və idman» fənn komissiyası,  2011-2012-ci illərdə «Fiziki tərbiyə və gənclərin çağırışaqədərkihazırlığı», 2012-2015-ci illərdə «İlkin hərbi və fiziki hazırlıq» fənn birləşməsi adı ilə çalışıb.  Hal  hazırda  “Fiziki tərbiyə və təsviri incəsənət” fənn  birləşməsi adı altında fəaliyyət  göstərir. 2000/2001-ci  tədris ilindən  etibarən  bu  fənn  birləşməsinə   Həmzəbəyova Təranə  AğaRza qızı  rəhbərlik  edir.

   2003-cü  ildən  etibarən kollecdə “Fiziki tərbiyə  müəllimliyi”  ixtisası  fəaliyyət  göstərir. Burada  subbakalavriat pilləsində “Fiziki tərbiyə müəllimliyi” istiqaməti üzrə ixtisasçılar hazırlanır.  Fənn birləşmə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bir çox sahələri əhatə edən 23-dən çox müxtəlif fənnin tədrisini həyata keçirir.

   Fənn birləşmənin tədris etdiyi fənlər  yüksək ixtisaslı mütəxəssislər tərəfindən  tədris olunur. Tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək,  tələbələrin müxtəlif sahələr üzrə nəzəri biliklərlə yanaşı, təcrübi vərdişlərini  də artırmaq məqsədi ilə təhsil müəssisələrində,  texniki peşə məktəblərində təcrübə keçirilərək, onlara təhsil müddətində öyrənmiş olduqları biliklərin real həyatda istifadəsi öyrədilir. Bu mənada tədris metodikasında nəzəriyyə iləpraktika arasında qurulması vacib  sayılan  körpü və tarazlıq fənn birləşməsinin  əsas  prioritetidir.

    “Fiziki  tərbiyə  və təsviri  incəsənət” fənn    birləşmə komissiyasının tərkibi 26 müəllimdən ibarətdir.Bunlardan 1 müəllim şöbə  müdiri  vəzifəsində  çalışan pedaqogika üzrə fəlsəfə doktoru(Dadaşov  Canəmir ), 1  müəllim hərbi rəhbər, ehtiyatda olan kapitan  (Quliyev  Rövşən), 1  nəfər  bədən tərbiyə rəhbərivəzifəsində  çalışan Bədən tərbiyəsi və idman xadimi(Əliyev  Vidadi), 1nəfər  Azərbaycan Rəssamlar İttifaqının üzvü(Mahmudova Rəsmiyyə),  digərləri isə tam ali təhsilli, magistr və bakalavr təhsili almış müəllimlərdir.

   “Fiziki  tərbiyə  və təsviri  incəsənət”  fənn    birləşmə komissiyasında çalışan  müəllimlər tam ali təhsilli, magistr və bakalavr  təhsili almış müəllimlərdir. Fənn  birləşmə  komissiyasına daxil olan müəllimlərin əksəriyyəti müxtəlif  kurslarda olmuş  və sertifikatlar almış  vədərslərinmaraqlı keçməsinə,  tələbələrdə fənnə maraq oyatmağa və fənni sevdirməyə çalışırlar.

   Fənn birləşməsinin  müəllimləri  həm fənn  blokunda  ümumtəhsil  bazasından  1-ci  kurslarda  tədris  olunan  “Fiziki  tərbiyə” və  “GÇQH”  fənlərini, həm  də orta  təhsil  bazasından ixtisas  blokuna  daxil olan    “Fiziki  tərbiyə  nəzəriyyəsi  və  metodikası”, “Fiziki  tərbiyə  tarixi”,  “Atletika  və  TM”,  “Gimnastika  və  TM”,  “Ağır  atletika”,  “Üzgüçülük  və  TM”,  “İdman  təbabəti  və  gigiyenası”, “UBFTTM”,  “İdman  oyunlarının  TM”,  “İdman  turizmi”, “VMH”, “Güləş  və  TM”,  “İdman  ustalığının  artırılması”, “Mütəhərrik  oyunlar”, “Rəsm”,  “Təsviri sənət  və tədrisi  metodikası”,  “Boyakarlıq”,  “Dekorativ  tətbiqi  sənət”,  “Plastik  anatomiya”,  “Musiqi  və  tədrisi  metodikası” və s. fənləri  tədris  edirlər. 

  İxtisas fənləri blokunda müvafiq ixtisaslar üzrə aşağıdakı fənlər tədris olunur:

  • İbtidai sinif müəllimliyi: “Fiziki tərbiyənin tədrisi metodikası”, “Musiqi və tədrisi metodikası”, “Təsviri sənət və tədrisi metodikası”.
  • Məktəbəqədər təlim və tərbiyə: “Uşaq bağçasında  fiziki tərbiyənin tədrisi metodikası”, “Musiqi və tədrisi metodikası”, “Təsviri sənət və tədrisi metodikası”
  • Ailə və ev təhsili:  “Fiziki tərbiyənin tədrisi metodikası”, “Musiqi və tədrisi metodikası”, “Təsviri sənət və tədrisi metodikası”
  • Məktəbəqədər təhsildə korreksiyaedici təlim: “Sağlamlıq imkanları məhdud uşaqların fiziki tərbiyəsi”, “Təsviri sənət və tədrisi metodikası”.

   Son  bir  neçə  ildə  fənn  birləşməsindəmüxtəlif  fənn  proqramları,  dərslik  və  dərs vəsaitləri  çapdan  çıxmışdır.

   Hər  il fənn  birləşməsi  müxtəlif  idman  tədbirlərində  iştirak  edir.  OİTM arasında  keçirilən  Spartakiada  və  Respublika  birinciliklərində  kollecin  tələbələri  idmanın şahmat,  dama,  stolüstü  tennis,  voleybol,  basketbol  növlərində iştirak  edirlər.  Sevindirici  haldır ki,  tələbələrimiz  bu  yarışlarda  qazandıqları  birinciliyibir  neçə ildir ki,  qoruyub  saxlayırlar.   Tələbə  rəssamlarımız  da  böyük  uğurlar  qazanıblar. Mütəmadi  olaraq onların  əl  işlərindən ibarət  sərgilər  təşkil olunur.  Bundan  əlavə  fənn birləşməsində  əlamətdar  günlərə  həsr  olunmuş  idman  tədbirləri,  rəsm  sərgiləri  də  keçirilir.

   Sevindirici  haldır  ki,  fənn  birləşməsinə  daxil  olan  ixtisas  qruplarında  təhsil alan tələbə - məzunlarımız  arasında  Ali  məktəblərdə təhsilini  davam  etdirən  və orta  məktəblərdə  müəllim  işləyənlərdə  az  deyil.

   Fənn  birləşməsi  növbəti  tədris  illərində  də  əldə  etdikləri  nailiyyətləri  qoruyaraq  müasir  tələblərə cavab verən yeniliklərə imza atmağa  çalışır.

 

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…