Tədris işləri üzrə direktor müavini

 

     ADPU-nun Pedaqogika kafedrasının müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru, Məhbubə Ərziman qızı Məmmədova Ucarda anadan olub. Orta məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra ADPK-ya daxil olmuş, fərqlənmə diplomu ilə təhsilini başa vurduqdan sonra müəllimlik fəaliyyətinə başlamış və eyni zamanda ADPU-nun Filologiya fakültəsində təhsil almışdır, filoloq ixtisasını fərqlənmə diplomu ilə uğurla başa vurduqdan sonra müəllimlik fəaliyyətini davam etdirmiş, həmin illər ərzində təhsillə, tədrislə bağlı həm ölkə daxilində, həm də ölkə xaricində keçirilən çoxsaylı müsabiqələrdə, konfranslarda iştirak etmiş, “İlin müəllimi”, “İlin kabineti”, “İlin direktoru” və bir çox tədrislə bağlı keçirilən müsabiqələrin qalibi olmuş, müxtəlif təlim kurslarında iştirak edərək 30-a yaxın sertifikat sahibidir. 1985-ci ilə qədər Ucar rayonunda əmək fəaliyyəti ilə məşğul olmuş, 1986-cı ildən Bakı şəhəri Xətai rayonunda, 1998-ci ildən Bakı şəhər Nərimanov rayonunda  212 nömrəli məktəbdə Tədris işləri üzrə direktor müavini kimi çalışmışdır. 2001-ci ildə Nərimanov rayon 66 nömrəli məktəbə direktor vəzifəsinə təyin olunmuşdur və 16 il bu məktəbin direktoru vəzifəsində çalışmışdır. 66 nömrəli məktəb 2006-ci ildən məzunlarının yüksək nəticələri ilə fərqlənən İ.Hacıyev adına” Tərəqqi” texniki-humanitar liseyi olmuşdur.

  Uzun illər bir çox ölkələrdə təhsillə bağlı Yaponiya, Fransa, Almaniya, Pribaltika,Türkiyə, Macarıstan və başqa ölkələrdə səfərlərdə olmuş, konfranslarda, qurultaylarda  iştirak etmiş, sertifikatlarla geri dönmüşdür. Və bu illər ərzində Azərbaycan təhsilində aparılan islahatların həyata keçirilməsində  yaxından iştirak etmiş, bu dövrlərdə ölkə daxilində keçirilən bir çox layihələrdə, təlimlərdə uğurla iştirak etmişdi. YAP-ın yarandığı gündən üzvü olmuş, Nərimanov rayonu YAP Qadınlar Şurasının sədr müavini kimi partiyanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş və burada göstərdiyi xidmətlərinə görə təltif olunmuşdur. Hal-hazırda YAP-ın Yasamal rayon təşkilatının sıralarındadır.

      2008-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycanın Əməkdar müəllim”i adına, 2009-cu ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət heyətinin qərarı ilə “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Bu dövrdə elmi fəaliyyətlə məşğul olaraq ATİ-nin doktoranturasına qəbul omuş, “Qloballaşma şəraitində ümumi  təhsilin məzmununun pedaqoji problemləri” mövzusunda dissertasiya üzərində işləməyə başlamışdır və 2016-cı ildə müdafiə edərək Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hal-hazırda ADPK-da Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır, eyni zamanda ADPU-nun Pedaqogika kafedrasında pedaqogika müəllimi kimi də fəaliyyət göstərir.

 

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…