Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini

 

   

Axundova Sevda Hidayət qızı 1970-ci ildə Bakı şəhərində anadan olub. 1977-1987-ci illərdə Bakıda 29 saylı orta məktəbdə, 1988-1993-cü illərdə ADU-nun filologiya fakültəsində təhsil alıb. 1993-cü ildən etibarən ADPK-da müəlllim, hal-hazırda Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə direktor müavini vəzifəsində çalışır. Eyni zamanda Təhsil Şurasının katibi, Xəzər Universitetinin disertantıdır. Ölkəmizdə və xaricdə dərc olunmuş bir çox elmi məqalələrin müəllifidir.

 “Cəmiyyətin formalaşmasında və inkişafında təhsilin rolu” mövzusunda respublika elmi-praktik konfransında iştirak etmiş, Azərbaycan Təhsil Şurası tərəfindən sertifikatla, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin tələbələrinin  sosial problemlərinin həllində göstərdiyi xidmətlərinə görə kollecin rəhbərliyi tərəfindən fəxri fərmanla, Siyasi Psixologiya Mərkəzi tərəfindən keçirilən “Effektiv kommunikasiya”, “Tələbə Naliyyətlərinin Qiymətləndirilməsi və Qiymətləndirmə texnologiyaları”, “Təqdimat bacarıqları”, “Müəllim-tələbə münasibətlərinin inkişafı” treyninqlərini müvəffəqiyyətlə bitirdiyinə görə sertifikatla, Azərbaycan Respublikasının Təhsil Naziri, Ceyhun Bayramovun əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə 2019-cu il, 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. 

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…