Explore

Könüllü proqramı ilə bağlı açıqlama

Azərbaycan Respublikası Təhsil Nazirliyi

“Bir” Tələbə-Könüllü proqramı

       “Bir” Tələbə-Könüllü proqramı 14 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycanın siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudəvaxtlarının dəyərləndirilməsi üçün yaradılmış uzunmüddətli proqramdır.

        “Bir” Tələbə-Könüllü proqramı Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şəki, Masallı, Lənkaran, Şamaxı, Ağdam, Göyçay, Quba şəhərlərində yerləşən 26 ali təhsil müəssisəsi və 18 orta ixtisas təhsil müəssisələrindən ibarətdir.Ümumilikdə Proqram 23.000-dən çox könüllünü əhatə edir. Proqram yalnız bakalavr, magistr və ya orta ixtisas səviyyəsində təhsil alan tələbələrə aid edilir. Proqramın fəəaliyyətinin əsasını tələbələrin akademik göstəricilərinin yüksəldilməsinə dəstək ilə yanaşı, onların beynəlxalq arenaya çıxışının təmin edilməsi və inkişaf etdirilməsi təşkil edir.

        Tələbələrin asudə vaxtlarını səmərəli edən, onların müxtəlif tədbir və təlimlərdə iştirakını təmin edən, tələbələri yardıma ehtiyacı olan şəxslərə köməklik göstərilməsinə cəlb edən “Bir” Tələbə-Könüllü proqramı 6 müxtəlif istiqamətdən – Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al-dan ibarətdir. Qeydiyyatdan keçmiş tələbə - könüllülərin müəyyən istiqamət çərçivəsində keçirilən fəaliyyətdə iştirak edə bilər. Qeyd edilən istiqamətlər tələbə-könüllülərin təhsil mühitinin yaxşılaşdırılması, geniş imkanların yaradılması, ictimai fəallığın təmin olunmasına xidmət edir.

Tələbə-Könüllü hərakatı olaraq təsis edilmiş “Bir” Tələbə-Könüllü proqramı, 2 aprel 2019-cu ildən öz fəaliyyətini “Bir Könüllü” Tələbələrin-Əməkdaşlığı ictimai birliyi kimi dəvam etdirir.

“Bir Könüllü” tələbələrin-əməkdaşlığı ictimai birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi tələbələr arasında əməkdaşlığın inkişaf etdirilməsinə və könüllülük fəaliyyətinin təşviqinə kömək etməkdən ibarətdir.

“Bir Könüllü” tələbələrin-əməkdaşlığı ictimai birliyinin vəzifələri aşağıdakılardır:

  • Elm və təhsilin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
  • Tələbə-Könüllülərin fərdi inkişafına, bilik-bacarıqlarının artırılmasına, ictimai və sosial fəallığına, digər fəaliyyətlərinə dəstək vermək;
  • Müvafiq istiqamətdə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək

"BİR" Tələbə-Könüllü Proqramı

  • Müvafiq istiqamətdə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək.

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 45
  • Tel: +994 12 537 21 72
  • Mobil: +994 55 301 15 42
  • Email: info@teams.adpk.edu.az 
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…