Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci

       Azərbaycan Dövlət Pedoqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci Azərbaycan Respublikasının Azərbaycanın təhsil sisteminin formalaşdırılması sahəsində apardığı işlərin nəticəsində yaradılmış və onun varislərindən biri olaraq 100 il ərzində Azərbaycanda xalqın maariflənməsi istiqamətində əvəzedilməz rolu olan, on minlərlə layiqli kadrlar yetişdirən, hər zaman öz şöhrətinin zirvəsində dayanaraq təhsil islahatlarını uğurla tətbiq edən yüksək səviyyəli təhsil ocağıdır. Kollec bu gün də öz tarixi missiyasını uğurla həyata keçirərək müasir təhsil texnologiyalarına yiyələnmiş pedoqoji kadr hazırlığını davam etdirir.

        Kollec Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2016-cı il tarixli, 30 saylı qərarı ilə  Pedoqoji istiqamətdə fəaliyyət göstərən, hər birinin özünəməxsus şanlı tarixi olan iki qocaman kollecin birləşməsi ilə yaranmışdır. Hər iki təhsil müəssisəsinin yaranma tarixi XX əsrin 20-ci illərinə təsadüf edir.

 

Azərbaycan Dövlət Pedaqoji Kolleci haqqında məlumat


       1990-cı ilin dekabrından  2016-cı ilin aprelinədək Azərbaycan Dövlət Pedaqoji Kollecinə Nurlana Müzəffər qızı Əliyeva rəhbərlik etmişdir. Onun rəhbərlik etdiyi dövr, dövlət müstəqilliyimizin yenidən bərpası illərinə təsadüf etdiyindən texnikumun fəaliyyətində də yeni səhifələr açdı və bir çox islahatlar həyata keçitrildi. Texnikuma 1993-cü ildən cəmiyyətimizin bugünkü həyatı ilə səsləşən, gələcək üçün lazımlı kadrlar hazırlayan “Sosial pedaqogika”, “Milli əxlaq və islamşünaslıq” ixtisaslarının verilməsi bu sahədə görülən işləri daha da genişləndirmişdir. 1995-ci ilin may ayında “Müasir şəraitdə şəxsiyyətin formalaşmasına kompleks yanaşılmasının elmi-pedaqoji əsasları və praktik məsələləri” mövzusunda keçirilmiş elmi-praktik konfransda nəzəri və praktik əhəmiyyətli ideyalar, fikirlər söylənmişdir.

     1997-ci ildə ibtidai sinif müəllimlərinin problemlərinə həsr edilmiş respublika elmi-təcrübi konfransının məhz M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda keçirilməsi də təsadüfi deyildi. Bu, texnikumun pedaqoji nailiyyətlərinin, göstəricilərinin, nümunəvi təhsil ocağı kimi fəaliyyətinin yüksəlməsi zərurətindən irəli gəlmişdir. Kollecin 1999-cu ildə 80 illik yubileyi keçirilmişdir. Bu yubiley münasibəti ilə əbədiyaşar prezidentimiz, ulu öndər Heydər Əliyevin təbrikində kollecin fəaliyyəti, milli təhsilimizin inkişafındakı rolu yüksək dəyərləndirilmişdir: “Bakı Pedaqoji Texnikumu Respublikanın maarif ocaqlarının yüksək səviyyəli pedaqoji kadrlarla təmin etmək sahəsindəki uzunillik fəaliyyəti ilə Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətlər göstərmişdir. Yarandığı ilk dövrlərdən təlim-tərbiyə prosesini Azərbaycan maarifinin gözəl ənənələri üzərində qurmuş Bakı Pedaqoji Texnikumu bu gündə Azərbaycanımızın xoşbəxt gələcəyi naminə uğurla çalışır, Respublikanın ümumtəhsil məktəblərini və təlim-tərbiyə ocaqlarını pedaqoji kadrlarla təmin edir. Əminəm ki, siz texnikumumuzun uzun illər toplamış olduğu zəngin təcrübəni yeni şəraitdə daha da artıracaq və respublikada müasir tələblərə cavab verən müəllimlər hazırlanması işinə bundan sonra da var qüvvənizi sərf edəcəksiniz”.

 

Bakı Sənaye - Pedaqoji Kolleci

    Bakı Sənaye-Pedaqoji Kolleci SSRİ Nazirlər Sovetinin 22 mart 1921-ci il tarixli 27 №li əmri ilə Sabuncu rayonu ərazisində Firuddin bəy Köçərli küçəsi 41-də yerləşən qədim binada  həqiqi axşam məktəbi kimi fəaliyyətə başlamaşıdır. 

  • 1929-1967-cı illər:

    1929-cu ildə SSRİ Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsinin 23 fevral tarixli 86 №li əmri ilə həqiqi axşam məktəbi Ümumittifaq Bakı Sənaye Texnikumuna çevrilmişdir.

  • 1967-1991-cı illər:

     SSRİ Nazirlər Sovetinin Texniki-Peşə Təhsili Komitəsinin3 iyul 1967 ci il tarixli 42 №li əmri ilə Ümumittifaq Bakı Sənaye Texnikumunun adı dəyişdirilərək Ümumittifaq Bakı Sənaye-Pedaqoji Texnikumu adlandırılmışdır. Yarandığı gündən texnikumda Sovet İttifaqının Maşınqayırma və neft sənayesi üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilmişdir. 1967- ci ildə Umumittifaq Bakı Sənaye-Pedaqoji texnikumu kimi Sovet İttifaqı regionları ilə yanaşı texnikumda Banqladeş, Kuba, Vyetnam, Suriya, Yəmən, Əfqanıstan və s. kimi ölkələrin vətəndaşları da texnikumda müxtəlif ixtisaslar üzrə təhsil almışlar.Bu zaman texnikumda “Qaynaq İstehsalının texnologiyası”, “Mülki və Sənaye Binalarının tikintisi”, “Avtomobillərin təmiri və texniki qulluğu”, “Tikiş istehsalının texnologiyası”, “Kənd təsərrufatının mexanikləşdirilməsi və Mühasibat uçotu” kimi ixtisaslar üzrə peşə məktəbləri və Sənaye sahələri uzrə kadr hazırlığı həyata keçirilmişdir.

  •  1991-2016-cı illər:

     SSRİ Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsinin 4 fevral 1991-ci il tarixli 246 №li əmri ilə Bakı Ümumittifaq Sənaye-Pedaqoji Texnikumu, Bakı Sənaye-Pedaqoji Texnikumu kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmişdir.

     Azərbaycan Respublikası Nazirlər Sovetinin 25.01.1991-ci il tarixli 11\8-20 №li məktubuna əsasən texnikumun Quba rayonunda filialı açılmışdır. 2000-ci ildən Gəncə təsərrüfat hesablı Məişət Xidməti Kollecinin Balakən, Qax, Dəvəçi və Qusar rayonlarında olan şöbələri Bakı Sənaye-Pedaqoji texnikumuna birləşdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 112 №li 16 iyun 2010-cu il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Texnikomunun adı dəyişdirilərək Bakı Sənaye-Pedaqoji Kolleci adlandırılmışdır. 1991 ci ildən 1997 ci ilə qədər texnikoma Əhməd Vəliyev, 1997-ci ildən 2016-cı ilə qədər isə Vidadi Orucov rəhbərlik etmişdir.

 2016 cı ildən sonra:

    Nazirlər kabinetinin 03 fevral 2016-cı il  30 saylı qərarından sonra Bakı Sənaye-Pedaqoji  Kolleci Azərbaycan Dövlət pedaqoji Kollecinə birləşərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyətini davam etdirir. Kollec rəhbərliyi tərəfindən 2017-2018 ci tədris ili üzrə müəyyənləşdirilmiş hədəflərə çatmaq, peşəkarlıq səviyyəsinin artırılmasına nail olmaq məqsədilə müəllimlər müxtəlif seminar və beynəlxalq seminar və beynəlxalq treninqlərdə iştirak etmişlər. Belə ki, kollecimizə məşhur alim, humanist pedaqogikanın banisi Şalva Amanaşvili dəvət olunmuş, mühazirə və seminarlar təşkil olunmuşdur. Bundan əlavə Təhsil İnstitunun təşkil etdiyi seminarlarda müəllimlərimiz dərslərə kreativ yanaşmanın metodlarını öyrənmiş, tədris prosesində innovasiyaların tətbiqi üsullarına yiyələnmişlər.Həmçinin, 2017-2018 ci tədris ilində beynəlxalq əməkdaşlıq sahəsində uğurlu işlər aparılmışdır. Kollecin bir qrup qabaqcıl müəllimvə tələbələri Türkiyənin “Bilkent” universitetinin “Türkiye Türkçesi Hizmet İçi Eğitim Kursu” nda kolleci uğurla təmsil etmişlər.

     Kollecdə tələbələr üçün peşə və sosial bacarıqları aşılayan müxtəlif layihələrdə iştirak etmək üçün lazımi şərait yaradılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , Azərbaycan  Respublikasının Təhsil İnstitutu, habelə müxtəlif qeyri-hökumət təşkilatları ilə çoxsaylı layihələr həyata keçirilmişdir.

         Kolecdə təhsil alanların imahan zamanı şəffaflığın təmin olunası məqsədilə imtahanların təşkilində, keçirilməsində və qiymətləndirmə prosesində yeni mexanizmlər tətbiq edilmişdir. Bunun da nəticəsidir 2018 və 2019 cu illərdə  kollec “Məktəb güşəsi” saytının keçirdiyi sorğu nəticəsində iki dəfə ölkənin ən yaxşı kolleci seçilmişdir.Yeni ad altında fəaliyyətini  davam etdirdikdən sonra Kollecə 2016-cı ilin aprel ayından 2018 ci ilin noyabr ayınadək  h.ü.f.d Qulu Novruzov rəhbərlik etmişdir. 2018-ci ilin noyabr ayından isə Kollecə f.r.e.f.d İsrayıl İsgəndərov rəhbərlik edir. Hazırda kollecdə 6 əyani şöbə və 1 qiyabi şöbələrdə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir:

  1. Məktəbəqədər təlim və tərbiyə;

  2. Texnologiya müəllimliyi;

  3. Fiziki tərbiyə müəllimliyi,

  4. İbtidai sinif müəllimliyi;

  5. Təsviri incəsənət müəllimliyi;

  6. Ailə və ev təhsili;

  7. Məktəbəqədər təhsildə korreksiyaedici təlim;

  8. Nəqliyyatda daşımaların təşkili;

  9. Mühasibat uçotu;

  10. Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi;

  11. İnformasiya texnologiyası sistemləri: 

  12.  Sosial iş.

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…