“Texnologiya müəllimliyi” şöbəsi

  Şöbə müdiri

     Faiq Balayar oğlu Məmmədov 06 mart 1978-cı ildə Lerik rayonunda anadan olmuşdur. 1995-ci ildə ADPU-nun "Mühəndis pedaqoji və bədii qrafika” fakültəsinə daxil olmuş, 1999-cu ildə universiteti bitirmişdir. 2013-cü ildə Bakı Sənaye-Pedaqoji Kollecində “Texnologiya” fənn birləşmə kommissiyasının müəllimi kimi fəaliyyətə başlamışdır. Kollecdə “Kənd təsərrüfatı işlərinin texnologiyası”, “Ağac və metal emalı texnologiyası”, “İstehsalat təlimin təşkili və metodikası” fənlərini tədris etmiş. 

 ADPU-Humanist Pedaqogika üzrə pedaqoji oxuda iştiraka görə (21-22 dekabr 2016), ADPU-Ş.A.Amonaşvilinin “Humanist pedaqogika dərslərində” mövzusunda seminarda iştiraka görə (22-25 dekabr 2016 ), ADPK-nın “Fəal təlim metodları” mövzusunda təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə (06-10 fevral 2017) sertifikatlarla təltif olunmuşdur. 2016-cı ildən ”Texnologiya və təsviri incəsənət” fənn birləşmə komissiyasının sədri seçilmişdir. 2019-cu ilin  sentyabr  ayından “Texnologiya müəllimliyi” şöbəsinin müdiri təyin olunub. 

 

Texnologiya müəllimliyi şöbəsi ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu tədris korpusunda fəaliyyət göstərir. 2019-2020-ci tədris ilində Texnologiya müəllimliyi şöbəsində 30 qrupda 631 tələbə təhsil alır.  Texnologiya müəllimliyi şöbəsi qarşısında duran əsas məqsədlərdən biri yeni təlim texnologiyalarına uyğun  bilik, bacarıq və vərdişlərə yiyələnən gənclər yetişdirməkdir.

Texnologiya müəllimliyi ixtisasında müəllimlər təhsildə keyfiyyətin təmin olunmasına, peşəkarlıq səviyyələrinin yüksəldilməsinə, təhsil sisteminin müasirləşdirilməsi şəraitində informasiya texnologiyalarından istifadənin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. “Texnologiya müəllimliyi” şöbəsi fəaliyyətinin  əsas məqsədi müasir sənaye istehsalı tələblərinə və yeni cəmiyyət quruculuğuna uyğun olaraq  hərtərəfli inkişaf etmiş, fiziki cəhətdən möhkəm, çevik, ağıllı, gözəl, estetik zövqə və yüksək mənəvi keyfiyyətlərə malik texnologiya müəllimi və modelyer yetişdirməkdir.

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…