Tədris şöbəsi

 

 

  Xanımqız Rüstəm qızı Rüstəmova 1966-cı ildə Gürcüstan SSR Marneuli rayonunda anadan olub. 1989-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Pedaqogika-psixologiya (məktəbəqədər) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetində Psixologiya müəllimi ixtisası üzrə Yenidənhazırlanma təhsilini bitirib. 1992-ci ildən uşaq bağçasında tərbiyəçi-müəllim, 2003-cü ildən Bakı Sənaye- Pedaqoji Kollecində psixologiya müəllimi, 2005-2016-cı illərdə Kollecdə Metodkabinetin müdiri, 2016-2017- ci tədris ilindən 2019-2020-ci tədris ilinə qədər müəllim, metodist işləyib. 2012-ci ildə Təhsil Nazirliyi tərəfindən təsdiq və çap olunmuş orta ixtisas məktəbləri üçün “Pedaqoji ustalığın əsasları” dərs vəsaitinin müəllifi, 2018-ci ildə isə kollecin metodşurası tərəfindən təsdiq edilmiş “Psixologiyadan mühazirələr” dərs vəsaitinin müəllifidir. 2017- ci ildə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbərliyi tərəfindən –“Kollecdəki səmərəli fəaliyyətinə, təşəbbüskarlığına və gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərinə görə” fəxri fərmanla təltif olununb. Müxtəlif illərdə kurslarda olmuş və sertifikatlarla təltif edilmişdir:

  • 2010-cu ildə İntel “Gələcək üçün Təhsil”,
  • Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrası ilə əlaqədar 16-27 noyabr 2015-ci il tarixlərində təşkil olunmuş “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda 60 saatlıq seminar-treninq,
  • ADPU-nun Humanist Pedaqogika (22-25 dekabr) 2016,
  • ADPK-nın “Fəal təlim metodları” (11-15 fevral) 2017,
  • Xəzər Univetsitetində keçirilən “Beşinci Beynəlxalq Psixologiya” konfransı (7-8 aprel) 2018,
  • GİBS (Kaspi Beynəlxalq Biznes Mərkəzi) “Milli Psixologiya Forumu 2018”.

Tədris şöbəsinin işi özündə fənn birləşmə komissiyaları, metodist, təcrübə qrupu, tyutorlar və şöbələri birləşdirir. Kollecdə tədrislə bağlı yerinə yetirilən işlər  tədris şöbəsindən tədris işləri üzrə direktor müavininə çatdırılır. Tədris şöbəsi fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir:

  • Dövlət Təhsil Standartları;
  • Tədris və işci-tədris plan;
  • Proqramlarının təmini;
  • İxtisaslar üzrə tədris yükünün bölgüsü və onun yerinə yetirilməsinə nəzarət;
  • Dərs cədvəlləri və dərslərin gedişatına nəzarət;
  • Tələbə kontingenti və müəllim heyəti haqqında informasiya və statistik məlumatların toplanılması;
  • Auditoriya fondu (tələbə sıxlıgını göstərməklə) və onun fənlər üzrə bölgüsü;
  • Tədrisin təşkilində innovativ metodların tətbiqi və monitorinqlərin keçirilməsi;
  • Sistemli təhlillər apararaq zəruri təkliflərin hazırlanması;
  • İxtisas, şöbə və fənn birləşmə komissiyalarının işinin keyfiyyətinin təminatı məsələlərinin təşkili;
  • İmtahan sessiyalarının keçirilməsi və akademik borcların ləğvi (gündəlik informasiya, ümumi nəticə və yekun);
  • Tədrislə bağlı bütün statistik məlumatların və təqdimatların hazırlanması.

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…