"Pedaqoji təcrübə" şöbəsi

                                                                                             Şöbə müdiri

 Həmidova Gülxara Əkbər qızı 20 sentyabr 1958-ci tarixdə Salyan rayonunun Navahı kəndində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi fərqlənmə ilə bitirmiş, 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirib, təyinatla Saatlı rayon 3 saylı orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1982-1988-ci illərdə Navahı kəndində, 1989-1996-cı illərdə Yasamal rayonunun 21 və 158 saylı məktəblərində, 1996-cı ildən Pedaqoji Kollecdə müəllim işləmiş, 2012-ci ildən Kollecdə istehsalat təcrübə rəhbəri kimi fəaliyyətini davam etdirmişdir. Kollecin 95 illik yubileyində Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına laiyq görülmüşdür.

 

Tələbələrimizin pedaqoji təcrübədə gördükləri işlərin məzmunu, məqsəd və vəzifələri rəsmi  sənədlərlə tənzimlənir. Bu sənədlərə Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il, 221   №-li qərarı ilə təsdiq edilmişdir). Yüksək ixtisaslı müəllim kadrlarının hazırlanmasında pedaqoji təcrübənin öz yeri, öz rolu vardır. Pedaqoji təcrübə tələbələrin yiyələndikləri təkcə biliklər üçün sınaq meydanı yox, həm də onların müəllimlik peşəsinin bəzi praktik bacarıq və vərdişlərə yiyələnmələri üçün ilk zəmin, ilk təcrübə məktəbidir. Buna görə də pedaqoji təcrübənin yüksək səviyyədə təşkili və aparılması həm də gələcək müəllimlərdə bir sıra səriştəlilik bacarıqlarının  yaranması üçün geniş imkanlar açır. Əsas məsələ bu imkanlardan bütünlüklə yararlana bilmək, onu təkcə sınaq dərslərinin aparılması ilə məhdudlaşdırmamaq və əsl təcrübə məktəbinə çevirməkdir. Pedaqoji təcrübə təlim, tərbiyə, təhsil və onların idarə edilməsi proseslərinin qovşağında olan və bilavasitə onlardan ibarət bir proses olduğundan təlimin, tərbiyənin, o cümlədən təhsilin və idarəetmənin bütün funksiyalarını özündə əks etdirir.2018-2019-cu tədris ilində ADPU-nin nəzdində ADPK-ndə təhsil alan IV kurs tələbələridə ixtisaslarına uyğun olaraq müəssisələrdə təcrübə kecmişdilər.Pedaqoji ixtisaslarda təhsil alan tələbələr orta ümumtəhsil məktəblərində, peşə təlimində təhsil alan tələbələr isə ixtisaslarına uyğun Liseylərdə, peşə məktəblərində təcrübə keçmişdilər. Belə ki, kollecdə Ailə və ev təhsili, Texnologiya müəllimliyi, Təsviri incəsənət Müəllimliyi, İdman, İnformasiya texnologiyaları sistemi, Mühasibat uçotu, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim tərbiyə, Geyimlərin modelləşdirilməsi və Nəqliyyatda daşımaların təşkili ixtisasları üzrə tələbələr təhsil almışdılar. Təcrübəyə həmin ixtisasda dərs deyən ixtisas müəllimləri rəhbərlik etmişdir. 10 Ümumtəsil müəssisələri, 5 lisey və peşə məktəbləri və 7 uşaq bağçası və körpələr evi ilə qarşılıqlı müqavilə əsasında təcrübə keçilmişdir. 2019-2020-ci tədris ili üçün də təcrübənin iş planı, təcrübə saatlarının ixtisaslarla metodika müəllimlərinin dərs yükünə əlavə olunması işləri hazırdır. Planda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün lazımı işlər görülür.

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…