Məktəbəqədər təlim və tərbiyə şöbəsi

Şöbə müdiri

 İsmayılovava Mətanət Əli qızı Bakı Dövlət Universitetinin məzunu. 1993- cü ildə Azərbaycan Dövlət Pedaqoji Kollecində əmək fəaliyyətinə başlamışdır. 1994-cü ildən Biologiya kimya fənn birləşməsində müəllim təyin olunmuşdur. Biologiya, Uşaq anatomiyası, fiziologiyası və məktəb gigiyenası, Həyat bigisi və onun tədrisi metodikası, Ətraf aləm və təbiətlə tanışlığın tədrisi metodikası fənlərini tədris etmişdir. Təhsil sahəsində aparılan yeniliklərin kollecdə həyata keçirilməsində səylə çalışmış, və Beynəlxalq layihələrin iştirakçısı olmuşdur. Kollecin ictimai həyatında fəal iştirak etmiş, silsilə tədbirlərin təşkilatçısı olmuşdur. 2004-cü ildən Təbiət elmləri fənn birləşməsinin sədri təyin olunmuşdur. Respublika Təhsil Şurasının üzvüdür.

               SERTİFİKATLAR:

              “Təhsilin əsasları üzrə” 2006-cı ildə Təhsil Nazirliyi tərəfindən;

              «Первые педагогические чтения по  гуманной  педагогике»  в  2016 году  Азербайджанского Государственного  Педагогического Университета;

The consul  for exceptional children ACKNOWLEDGES at 2006 by Center for Innovations in Education.

“İnkluziv Təhsil” Layihəsi çərçivəsində “Trenerlər üçün treninq”  2006-cı ildə Müasir Təhsil və Təhsilə Yardım Mərkəzi tərəfindən;

“Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris” 2011-ci ildə Təhsil Nazirliyi və b. yüksək peşəkarlığına, uzun müddət səmərəli pedaqoji fəaliyyətinə, eləcə də gənc nəslin təlim- tərbiyəsi işindəki uğurlarına görə təhsil müəsisələri tərəfindən sertifikatlarla təltif olunmuşdur.

Müasir tələblərə cavab verən bir neçə fənn proqramlarının- Həyat bigisi və onun tədrisi metodikası, Ətraf aləm və təbiətlə tanışlığın tədrisi metodikası, Uşaq anatomiyası, fiziologiyası və məktəb gigiyenasınin müəllifi olmuşdur. 2019-cu ilin aprel ayından isə Məktəbəqədər təlim və tərbiyə şöbəsinin müdiri təyin olunmuşdur.

      Azərbaycan  Dövlət Pedaqoji Kollecində  hazırda tələbə sayına görə ən böyük fakültələrdən biri olan Məktəbəqədər təlim və tərbiyə fakültəsi 2014-2015-ci tədris ilindən fəaliyyətə başlamışdır. Məktəbəqədər təlim və tərbiyə fakültəsində Azərbaycan və rus bölmələri, eləcə də qiyabi təhsil bölməsi fəaliyyət göstərir. Şöbənin indiyə qədər 156 nəfər mütəxəssis bitirmişdir. Hazırda kollecdə Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 825-dən çox tələbə təhsil alır.

Məktəbəqədər təhsilin inkişafı dövlətin təhsil siyasətində xüsusi yer tutur. Bunun üçün məktəbəqədər təlim-tərbiyə müəssisələrinin şəbəkəsi ilbəil genişlənir. Deməli, bu sahədə işləyə biləcək kadrlara da ehtiyac artır və  biz  bu işlərə xüsusi diqqət yetiririk. İnsanların öyrəndikləri bilik və bacarıqların çox böyük əksəriyyətini məktəbəqədər dövrdə öyrədirlər. Əlbəttə ki, bu dövrdə onlara ailədən əlavə, pedoqoji kadrların kömək etməsi əhəmiyyət kəsb edir. Bu sahədə isə, təlim və tərbiyə ixtisasında oxumuş, bu istiqamətdə təcrübələrini zənginləşdirmiş kadrların olması böyük köməklik göstərir. Bu məqsədlə kollecimiz  “Play Orena” və  “Albalı “ və başqa uşaq bağçaları ilə müqavilələr bağlanmışdır. IV kurs tələbələrimiz  bu bağçalarda pedaqoji təcrübə keçirlər.

Məktəbəqədər yaş dövrü təlim və tərbiyədə vacib dövr olduğu üçün burada tədris olunacaq dərslər xüsusi həssaslıqla seçilir.  Bu bölmədə tədris olunan dərslərin başında Azərbaycan dilinin tədrisi böyük əhəmiyyət daşıyır. Bütün bunlarla yanaşı, məktəbəqədər təlim və tərbiyə bölməsində uşaq psixologiyası, ümumi psixologiya, pedoqoji psixologiya, məktəbəqədər pedoqogika kimi pedoqoji və psixoloji dərslər keçirilir. Həmçinin, defektologiya və loqopediya  kimi, pediatriya və gigiyena, uşaq anatomiyası kimi dərslər də tədris olunur. Bu bölmədə metodiki dərslər olan musiqinin, sadə riyazi təsəvvürlərin tədrisi, ingilis dilinin təlimi, ətraf aləmlə tanışlığın, incəsənətin, texnologiyanın tədrisi metodikası kimi dərslər də tədris olunmaqdadır.

Məktəbəqədər yaş dövrü həm də uşaqların oyun dövrü olduğu üçün bu bölmədə uşaqların fiziki tərbiyəsi və oyun inkişafı ilə bağlı dərslər də tədris olunmaqdadır. Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan tələbələrdən bir qrupu TİPİİ-nin təşkil etdiyi “Oynayaraq öyrədək “ layihəsində iştirak etmiş və sertifikatlar almışlar.

Azərbaycan təhsilində dövlət səviyyəsində tətbiq olunan yeniliklərdən biri də kurrikulum təlimlərinin uğurla həyata keçirilməsidir. Kollecimizin müəllimləri də bu yeni proqramların tətbiqinə, onları gələcək müəllimlərə - tələbələrimizə öyrətmək üçün xüsusi təlimlər keçirlər və tətbiq edirlər.

Tələbələrimiz kollecdə keçirilən tədbirlərdə fəal iştirak edirlər. Respublikanın tarixində və həyatındakı önəmli hadisələrə həsr olunmuş ictimai-siyasi, əyləncəli tədbirlər, xeyriyyə aksiyaları tələbələrin dünyagörüşünün formalaşmasında böyük rol oynayır.

   Məktəbəqədər təlim və tərbiyə ixtisasına son illərdə maraq daha da artmışdır  və kollecin digər şöbələrinə nisbətən  yüksək balla qəbul olan tələbələr məhz bu ixtisası seçmişlər. Məktəbəqədər təlim və tərbiyə ixtisasına olan bu maraq və müsbət  münasibətin bir sıra səbəbləri vardır:

  • Məktəbəqədər təlim və tərbiyə ixtisasının tələb olunan peşə olması və bu ixtisaslara marağın daha da artması;
  • ADPU–nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbərliyi tərəfindən  sağlam, şəffaf və obyektiv təhsil mühitinin yaradılması;
  • Müəllim peşəsi ilə bağlı peşəyönümlü işlərin aparılması;
  • Tələbələrə və müəllimlərə humanist münasibət, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəraitin yaradılması;
  • Respublika səviyyəli müxtəlif layihələrə qoşulma və onların həyata keçirilməsi;
  • Tələbələrin ictimai həyatda fəallığını artıran, hüquqlarının müdafiəsini, ma­­­raqlarını, asudə vaxtının səmərəli təşkilini, maraq və meyillərini, intellektual in­ki­şafını təmin edən müvafiq tədbirlərin həyata keçirilməsi;
  • Tələbələrin müstəqil həyata hazırlanması, onların buraxılış və semestr imtahanlarına hazırlaşma işinin düzgün aparılmasını  həyata keçirmək üçün daimi  nəzarət işinin təşkili;
  • Son illərdə məktəbəqədər təhsilin məcburi olması.

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…