«Fiziki tərbiyə müəllimliyi» şöbəsi

 

                                                                                                                    Şöbə müdiri

Canəmir Vəliməmməd oğlu Dadaşov 02 fevral 1960-cı ildə Lerik rayonunda anadan olmuşdur. 1982-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun “Bədən tərbiyəsi və İbtidai hərbi hazırlıq” fakültəsinə daxil olub. 1986-cı ilin dekabr ayında 25 saylı Orta texniki peşə məktəbinə hərbi rəhbər təyin olunmuş, 1989-cu ildən 1993-cü ilədək həmin peşə məktəbində Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1998-ci ildən 2003-cü ilədək 10 saylı Bakı Peşə liseyində Tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmiş, həmin liseydə çalışdığı dövrdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə I Kateqoriyalı müəllim adına layiq görülmüşdür. 2003-cü ilin sentyabr ayında Bakı Sənaye Pedaqoji Texnikumunda hərbi rəhbər, 2005-ci ildə isə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində şöbə müdiri vəzifəsində çalışır. 2010-cu ildə “Avropa Nəşr Mətbu Evi”nin Ən yaxşı təhsil işçisi qızıl medalına, 2015-ci ildə isə Bakı Sənaye Pedaqoji Texnikumundakı fəaliyyətinə görə Fəxri Fərmana layiq görülmüşdür. 2012-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır 13 elmi məqalənin, 5 fənn proqramının müəllifidir. “Məktəb və ailənin əlbir işi” adlı kitabını nəşrə hazırlayır.

 

2003-2004-cü tədris ilində şöbə “Fiziki tərbiyə və Gənclərin Çağrışaqədərki hazırlığı” adı ilə fəaliyyətə başlamışdır. 2009-2010-cu tədris ilində şöbənin adı dəyişdirilmiş və şöbəyə “İlkin hərbi və fiziki hazırlıq” adı verilmişdir. 2010-2011-ci tədris ilindən isə şöbə “Fiziki tərbiyə müəllimliyi” adı ilə hal-hazırki dövrə qədər fəaliyyət göstərir. Şöbədə müxtəlif tədris illərində “Peşə təlimi”, “Texnologiya müəllimliyi”, “Nəqliyyatda daşımaların təşkili” və “Yol hərəkətinin təşkili” ixtisasları üzrə çoxlu sayda tələbələr təhsil almışlar. Hal-hazırda şöbədə “Fiziki tərbiyə müəllimliyi” və “Peşə təlimi” ixtisasları üzrə 418 tələbə təhsil alır. Şöbədə təhsil alan tələbələrlə tərbiyə işinin təşkili, dövlətimizin xarici və daxili siyasət məsələləri,gənclərin tərbiyəsi ilə bağlı problemlər və bu problemlərin həllinin yolları gündəlik müzakirə mövzusudur. Tədrisin kredit qaydalarına uyğun təşkili ilə əlaqədar bütün məsələlər tələbələrin nəzərinə çatdırılır. Valideyinlərlə görüşlər keçirilir. Tədris proqramının tələblərinə uyğun olaraq keçiriləcək semestr imtahanlarına hazırlığın təşkili əsas prioritet məsələlərdən biridir.

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…