Ailə və ev təhsili şöbəsi

 

Şöbə müdiri

Babayeva İradə Məzahim qızı 08.06.1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. 1983-1987-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun (indiki Naxçıvan Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə müəllim kimi başlayan İradə xanım elmi fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun dissertantı olmuş, filologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Müxtəlif elmi məqalələri ilə dövri mətbuatda çıxış etməkdədir. Əmək fəaliyyətini Təfəkkür Universitetinin “Fililoji elmləri kafedrası”nda müəllim və baş müəllim kimi davam etdirmişdir. 2003-2005-ci illərdə eyni zamanda Bakı şəhəri BMLK-da  müəllim kimi fəaliyyət göstərmişdir. 2005-2006-cı tədris ilindən 2015-2016-cı tədris ilinədək Bakı şəhər Novruzov qardaşları adına 36 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışmışdır. Həmin illərdə DSK-nın işində iştirak etmiş, YAP Nərimanov rayon Qadınlar Şurası İdarə Heyətinin üzvü olmuşdur. 2016-cı ilin iyun ayından öz xahişi ilə 36 saylı tam orta məktəbin direktoru vəzifəsindən azad olunmuş və fəaliyyətini Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində olan Pedaqoji Kollecdə şöbə müdiri kimi davam etdirmişdir. Hazırda pedaqoji və elmi fəaliyyətini davam etdirməkdədir. Müxtəlif beynəlxalq və yerli təlimlərin iştirakçısıdır.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin ən geniş profilli şöbələrindən biri “Ailə və ev təhsili “şöbəsidir. Şöbə 2003-2004-cü tədris ilindən fəaliyyət göstərməkdədir. Adından məlum olduğu kimi bu şöbədə təhsil alan tələbələr çağdaş dövrün ən çox ehtiyac duyulduğu bir ixtisasa yiyələnmiş olurlar. Respublikanın əmək bazarında son dövrlərdə daha çox təlabat olan bu kadrlar təhsilin və tərbiyənin vəhdət halında ilk bünövrəsini qoyanlardı. Bu ixtisas üzrə kollecə qəbul həm ümumi orta təhsil bazası, həm də tam orta təhsil bazası üzrə aparılır.İlk şüurlu davranış qaydalarını aşılayan , xüsusən 5 yaşlı uşaqların məktəbə hazırlığını təmin edən, ilk yazma, oxuma vərdişlərini öyrədən bu pedaqoqlar eyni zamanda çox ağır bir məsuliyyət daşımaqdadırlar. Belə ki, fiziki qüsurlu uşaqlarla iş onların əsas fəaliyyət sahəsidir. Bu nəzərə alınmaqla tədris prosesində şöbədə ana dili, riyaziyyat, tarix, pedaqogika kimi fənlərlə bərabər loqopediya, psixologiya, defektologiya, həyat bilgisi kimi vacib fənlər də tədris olunmaqdadır. Şöbənin məzunları çeşidli sahələr üzrə çalışmaq imkanlarına malikdilər. Belə ki, onlar həm məktəbəqədər təhsillə (tərbiyəçi-mürəbbiyə kimi bağça təlimində və ev təlimində), həm ibtidai təhsillə, həm fiziki qüsurlara malik uşaqların təlimi ilə məşğul ola, eyni zamanda loqoped, defektoloq, psixoloq kimi də fəaliyyət göstərə bilirlər. Şöbənin əvvəlki tədris ilinə aid olan məzunlarının böyük əksəriyyəti ümumi orta təhsil ocaqlarında müvəffəqiyyətlə çalışmaqdadırlar. 2019/2020-ci tədris ilində şöbədə ümumilikdə 600-ə yaxın tələbə təhsil almaqdadır. Onların təlimi ilə yüksək təcrübəyə malik çoxsaylı müəllim və pedaqoq-həkimlər məşğul olurlar. Kollecdə bu tələbələrin yüksək hazırlığını təmin etmək üçün yalniz elmi biliklər verməklə kifayətlənilmir, eyni zamanda onların müxtəlif təhsil müəssisələrində pedaqoji təcrübə keçmələri təmin olunur. Bakı şəhərinin müxtəlif məktəblərində passiv və aktiv pedaqoji təcrübə keçən tələbələrin bu müddət ərzində müəllimlik səriştəsinə, müəllimin etik davranış qaydalarına yiyələnmələri üçün həm kollecin müəllimləri, həm də məktəbin müəllimləri səmərəli fəaliyyət göstərirlər. Tələbələrimiz eyni zamanda şəhərdə yerləşən müxtəlif fiziki qüsurlu uşaqların cəlb olundugu təlim və reabilitasiya mərkəzlərdə olur, həmin uşaqların yaş xüsusiyyətlərinə uyğun onlarla həyata keçirilən davranış qaydaları ilə əyani tanış olur, eyni zamanda inklüziv təhsil aparılan tədris müəssisələrində həmin şagirdlərlə fərdi iş aparır, görüşlər təşkil edir,  mərkəzlərə müraciət etmiş valideynlərlə görüşür, psixoloji dəstəyə ehtiyacı olan uşağın əngəlləri,  ehtiyacları haqqında ətraflı məlumatlar toplayaraq gələcək fəaliyyətləri üçün təcrübə yığırlar.  Bir sözlə, “Ailə və ev təhsili” şöbəsində müasir dövrün əsl uşaq pedaqoq-psixoloqları yetişdirilərək həyatın müxtəlif sahələrində səmərəli fəaliyyət göstərə biləcək subbakalavr kadr kimi ictimai mühitə təqdim olunurlar.

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…