MİQ-də “İbtidai sinif müəllimliyi” ixtisası üzrə yüksək nəticə göstərən məzunlarla görüş keçirildi

18 Aprel 2015 Author :  

ADPU-nun nəzdində ADPK-da MİQ-də “İbtidai sinif müəllimliyi” ixtisası üzrə yüksək nəticə göstərən məzunlarla görüş keçirildi.

 Kollecin direktoru, dosent İsrayıl İsgəndərov müəllimlərin işə qəbulunda yüksək nəticə göstərən məzunları: 
1. Aidə Mikayılzadə -58 bal
2. Sara Xanlarova -58 bal.
3. Lamiyə Mirzəyeva -55 bal
4. Bəyim Talıbova -54 bal.
təbrik etdi, onlara gələcək müəllimlik fəaliyyətində uğurlar, təhsillərini davam etdirməyi arzuladı.
Məzunlar kollecdə aldıqları təhsilin keyfiyyətindən, imtahanların obyektiv və şəffaf keçirilməsindən söz açaraq, Təhsil Nazirliyinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə və Azərbaycan Dövlət Pedaqoji Kollecinə öz minnətdarlıqlarını bildirdilər.
Kollecin tədris işləri üzrə direktor müavini, p.ü.f.d. Məhbubə xanım Məmmədova məzunları təbrik edərək, gələcək nəslin yetişməsində müəllimlərin rolundan danışdı, Müəllim adını qazanmış məzunlara uğurlar arzuladı.

Leave your comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…