Bilikləri şəxsi düşüncə məhsula çevirən tədris mühiti

23 Mart 2015 Author :  

Təhsilalanların müasir tələblərə cavab verən bacarıqlara yiyələnməsində əsas göstəricilərdən biri məhz tədris mühitinin günün tələblərinə cavab verməsidir.

Bu günün tədrisi təkcə bilik vermək deyil, biliyin təhsilalanların düşüncə məhsuluna çevirilməsi üçün mühitin formalaşdırılmasıdır. Müasir dövrün tələbi təhsilalanları çoxlu informasiya və məlumatla yekləmək deyil, o, informasiya və məlumatları ötürməkdir ki, onları təhsilalanlar mənimsəsin və tədbiq edə bilsin. Verilən informasiya və biliyin həcminin çox olması əsas şərt olmalı deyil,  elə tədris mühiti yaratmaq lazımdır ki, verilən bilik daha çox düşünmək və tədbiq etmək, mühakimə yürütmək, aldıqları məlumatı və informasiyanı emal etmək, öz fikirini müstəqil şərh etmək qabiliyyəti formalaşdırsın.

Verilən biliklər sadəcə bir informasiya kimi qəbul olunmamalı, yeni biliklərin formalaşması üçün əsas olmalı, yaradıcılıq, öyrənmə, tədbiq etmə üçün imkanlar yaratmalıdır. Pedaqoji prosesin əsasını “verilən biliklərin fəal düşünmə prosesinin  bir elementinə çevirilməsini təmin etmək” təşkil etməlidir. Bu yanaşma ilə verilən biliklər təhsilalanlarda fəal düşüncə tərzinin formalaşmasına kömək göstərəcək, özünə inam və qərarvermə kimi vacib bacarıqları inkişaf etdirəcəkdir.     

Leave your comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…