ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci əlavə təhsil üzrə sənəd qəbulu elan edir!

01 İyun 2020 Author :  

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci əlavə təhsil üzrə sənəd qəbulu elan edir!

  • Maliyyə və vaxt imkanlarına uyğun, minimum zaman çərçivəsində təhsilini artırmaq, müasir və yeni bir peşəni qazanaraq, ona sahib olmaq istəyənlər ADPU – nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə müraciət edə bilərlər. Dinamik inkişaf edən, daha kreativ zəkaya malik, çevik kadrlar tələb edən əmək bazarlarında arzunuza, istəyinizə uyğun bir peşə ilə təmsil olunmaq istəyirsinizsə bu imkanı Sizə Azərbaycan Dövlət Pedaqoji Kolleci verə bilər.
    Ölkənin iki qocaman – M.Ə.Sabir adına Texnikum (xüsusi istiqaməti məktəbəqədər və orta məktəblər üçün pedaqoji kadrlar hazırlığı) və Bakı Sənaye Pedaqoji Texnikumu (xüsusi istiqaməti peşə təhsil müəssisələri üçün usta və pedaqoji kadrların hazırlanması) təhsil müəssisəsinin birləşməsi nəticəsində yaranmış ADPK bu il özünün 100 illiyini qeyd etdi. Pedaqoji və sənaye üzrə kadr hazırlığında 100 illik təcrübəsi, bacarıqlı və səriştəli pedaqoji kadr potensialına malik Azərbaycan Dövlət Pedaqoji Kolleci Sizlərə aşağıdakı ixtisaslar üzrə təktrar orta ixtisas təhsili (təhsil müddəti 1 ildən çox) almağı təklif edir.
    “Məktəbəqədər təlim və tərbiyə”;
    “Məktəbəqədər təhsildə korreksiyaedici təlim”;
    “Ailə və ev təhsili”.

    Əlavə təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Dövlət Pedaqoji Kolleci arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə təhsil müvafiq ixtisas üzrə subbakalavr (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan Təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. Təhsil müddəti tələbənin əvvəlcə aldığı təhsil proqramı ilə yeni ixtisasın təhsili proqramı arasındakı fərqdən və tələbənin semestr üzrə götürdükləri kredit sayından asılı olaraq bir neçə tədris ilini əhatə edir.
    Əlavə təhsil almaq istəyənlər aşağıdakı sənədləri yalnız elektron formada göndərməlidirlər:

    Təhsil haqqında dövlət sənədinin (diplomun) və diploma əlavənin surəti (scan formada);
     
     
    Şəxsiyyət vəsiqəsinin surəti (scan formada);
     
    Ərizə;

    Xarici Təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

    Sənədlərin təsdiqinin sürətləndirilməsi üçün göndərilən maildə məzunun soyadı, adı, atasının adının aydın yazılması məqsədəuyğundur. Müraciət üçün iş günləri saat 10:00 – 15:00 müddətində telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
    Əlavə təhsil almaq üçün sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər, müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.

    Əlavə təhsil ilə bağlı sualları olan şəxslər əlaqə saxlaya bilərlər:
    Telefonlar (012)539-11-57; (050)798-31-23.
    Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.,
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır..
 

Leave your comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı bizə müraciət edə bilərsiniz:

  • Ünvan: Bakı şəhəri, İnşaatçılar pr. 11
  • Tel: +994 12 537 21 72
  • Email: info@adpk.edu.az
  • İş saatları: 09:00 - 18:00

Digərləri bizim haqda nə düşünür?

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…