05.10.2022-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecində müəllim günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir Azərbaycan Dövlət himni ilə açıq elan edildikdən sonra, qanı ilə tarix yazan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edil

 

Sonra kollecimizin rəhbəri dos.İ.İsgəndərov tədbir iştirakçılarını salamlayıb onların gələcək fəaliyyətlərində uğurlar arzulamış, müəllimləri fəxri fərmanlarla təltif edib. Ana dili və ədəbiyyat fbk-nın müəllimi Y.Şərifova 5 Oktyabr Müəllimlər gününün tarixi haqqında məlumat vermiş, onlara xoş arzularını bildirmişdir. Ümumilli liderimiz H.Əliyevin, Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin, Azərbaycanın birinci xanımı M.Əliyevanın təhsilə göstərilən qayğıdan və islahatlardan ibarət videoçarxlar nümayiş etdirilmişdir. Tədbir Kollecin xor qrupunun ifasi ilə başa çatmışdır.